Əflatun Amaşov Azərbaycanın yeganə fransızdilli mətbu orqanını təbrik etdi

Eflatun AmasovAzərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın yeganə fransızdilli mətbu orqanı "Le Carrefour" (Yol qovşağı) qəzetinin yaranmasının 13 ili ilə bağlı qəzeti təbrik edib. Təbrikdə deyilir: "Azərbaycan Mətbuat Şurasının sıralarında təmsil olunan ölkəmizdəki yeganə fransızdilli mətbuat orqanı olan “Le Carrefour” (Yol qovşağı) qəzeti 13 yaşını qeyd edir. Bu münasibətlə nəşrin qurucusu Zeynəb xanım Kazımova başda olmaqla kollektivinin hər bir üzvünü təbrik edirəm.

Qəzetin son dərəcə vacib missiyası var. O, ölkəmizdəki fransızdilli auditoriyaya xitab etməklə kifayətlənmir, eyni zamanda ümumən fransızdilli ölkələrlə əlaqələrimizin inkişafına kömək göstərməklə Azərbaycanla bağlı həqiqətlərin yayılmasına töhfə verir. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin təbliği mühüm əhəmiyyət daşımaqdadır.

Əlamətdar haldır ki, “Le Carrefour” Fransada da tanınır, əsasən də fransızdilli əcnəbilər tərəfindən maraqla qarşılanır. Ümumən nəşri xarakterizə edən, onun nüfuzunu vurğulayan cəhətlər yetərincə çoxdur və hər biri haqqında ayrıca söhbət etmək mümkündür. Bütün bunlar isə, şübhəsiz 13 ilin uğurlarıdır. Qəzetin malik olduğu yaradıcı potensial onu deməyə əsas verir ki, onun uğurları davamlı xarakter alacaqdır.

Bir daha “Le Carrefour” qəzetinin rəhbərliyini və kollektivini təbrik edir, qarşıdakı fəaliyyətlərində yeni-yeni yaradıcılıq zirvələri arzulayıram.

Əlaqəli xəbərlər