Dələduzluğun alqoritmi: "Bravo" supermarketində vitrində olan qiymətlə kassada olan qıymət düz gəlmir

1596176666 3
 
Teref.a yazır ki, sosial şəbəkə istifadəçisi Ada Qurbanova bir çox vətəndaşlar kimi "Bravo" supermarketlər şəbəkəsində baş verən qanunsuzluqdan şikayət edir. Ada xanım şikayətində yazır:
"Məni artiq taniyirlar Bravo marketdə)) hər dəfə mənə ya artiq məbləğ vururlar,olmayan məhsulun ödənişin alirlar və yaxud da vitrin qiyməti ilə,kassa qiyməti eyni olmur.
Bu baletkadan 2 ədəd almişam vitrin qiyməti "5.90" amma kassada "7.90". 15.80 azn ödəniş hesabladi xanim. Bildirdim ki xanim vitrin qiyməti "5.90" dir) deyir mən bilmirəm, nə var onu vururam)Ş dedim lap yaxşi), qəbzi və məhsulu alib yaxinlaşdim saticiya şikayətimi bildirdim, "xanim gözləyin gəlirəm" yoxa çixdi. Səbrim daşdi, yaxinlaşdim müdir müavininə şikayəti bildirdim. Saticini çağirdi ki, "müştəri vitrində nə qiymət görübsə onuda hesablayin" və getdi. Satici məni 15 dəqiqə saxladi. Deyirəm nəyi,kimi gözləyirik? Deyir xanim araşdiriram)) inanin əsəblə qarişiq gülmək gəlib mənə.
Gah nala gah mixa tutarli səbəb deyə bilmir. Axir deyir ki, mən sizə 4 manat verərəm amma görürəm ki, qəbul etməzsiz. Dedim mənə sizin 4 manatiniz lazim deyil. Məni lox yerinə qoyub aldiğiniz pulum lazimdir. Hər dəfə başima bu işi gətirirsiz. "


Şiksyətinin axırında Ada xanım "Bravo" supermarketində olan bu biabırçılığın dələduzluq olduğunu bildirərək yazır:
"Ayaqqabini götürüb çixdim. Satici düşündüki, "əşi,yola verdik getdi", amma bunun bir adi var oda dələduzluq! Şikayət etməyəcəkdim, amma düşündüm ki, mən etməsəm,sən etməsən, o etməsə bunlar bizə edəcəklərini edəcək.4 qəpiyə görə müştəridən 1 manat alib xirdaliyirlar.bir dəfədə 4 manat az məbləğ vursunıar edərlər heç?! təbii ki, yox! kim bu işdə məsuliyyətsizdirsə, cəzasini çəksin.
p.s anama almişdim deyə geri qaytarmadim."

Teref.az olaraq qarşı tərəfin fikirlərini dinlməyə hazırıq!
Teref.az

 

Əlaqəli xəbərlər