Zakir Fərəcov vergi borcu olan şirkətlərin tender pullarını verəcəkmi?

hokm 25a75a51089e4d70c11f9be8b07ad979 h48bv9teszigayxqnw2mSumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” MMC tərəfindən elan edilən tender müsabiqələrinin qalibləri məlum olub.

Bu barədə Yeniavaz.com saytı məlumat yayıb.

Məlumatda deyilir ki, tender müsabiqələrinin qalibləri fərdi sahibkarlar Murad Qiyas oğlu Həsənov (VÖEN – 7200163142) və Nigar Rauf qızı Bağırova (VÖEN – 1702068062) olublar.

Qeyd edilir ki, bu şəxslər Sumqayıt İcra Hakimiyyəti başçısının tabeliyindəki “Sumqayıt Bulvar” MMC-yə Ağac və kol bitkiləri, həmçinin güllər satacaqlar. Murad Həsənov və Nigar Bağırova satacaqları ağaç, kol və güllərin qarşılığında Sumqayıt Şəhər İcra Hakimiyyətindən 159 min 950 manat alacaqlar.

“Qeyd edək ki, Murad Həsənov 112 min manata 1 000 ədəd çinar, 2 000 ədəd leylandi, 600 ədəd iydə, 1 200 ədəd alyandra, 1 500 ədəd zeytun ağacı satacaq. Nigar Bağırova isə 47 min 950 manata ümumilikdə 40 500 ədəd geran, qızılgül, xrezantema, osteopermum və digər adda güllər satacaq”.

Sayt xəbər verir ki, tenderin qalibi olan Murad Qiyas oğlu Həsənovun hazırda dövlət büdcəsinə 99,09 manat, Nigar Rauf qızı Bağırovanın isə dövlət büdcəsinə 363,77 manat vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün deyil.

JAMAZ.İNFO xəbər verir ki, Sumqayıt İcra Hakimiyyəti tenderi udan şirkətlrin pullarını ya vermir, ya da elə bir şəkildə verir ki, onu istəməyin özü ayıb olur. Belə ki, Zakir Fərəcov 2016-cı ildən etibarən bir qrup iş adamının pulunu hələ də verməyib. Bununla bağlı iş adamları dəfələrlə rəsmi qurumlara müraciət etsələr də, heç bir nəticə olmayıb.

İndi Sumqayıtın icra başçısı Bulvarın tikintisini həyata keçirən şirkətlərin pulunu verməyib, hazırda da həmin bulvar üçün gül və ağacların alınmasını həyata keçirir. Görəsən, Fərəcov Bulvarı tikənlərin başına gətirdiklərini gül və ağac alanların başına gətirməyəcəkmi?

araz.az

Əlaqəli xəbərlər