TƏKZİB

   metro030818 02

   Mən, araz.az internet saytının təsisçisi və Baş redaktoru Mustafayev Hüseyn Əziz oğlu, bildirirəm ki, cavabdehlər Şixəliyev Fikrət Sərvər oğlu, Abdullayev Nazim Mədət oğlu, Mustafayev Hüseyn Əziz oğlu, Əhmədova Nüşabə Bəyoğlan qızı, Rzayev Asif Mirzə oğlu, Zeynalov Akif Mehdi oğlu, Yunusov Bəxdiyar İzzət oğluna qarşı işgüzar nüfuzun müdafiəsi tələbinə dair “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində qaldırılan iddiaya adıkeçən məhkəmədə baxılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.11.2019-cu il tarixli 2(008)-2400/2019 saylı qətnaməsi ilə araz.az internet saytının təsisçisi və Baş redaktorunun üzərinə iddiaçı “Bakı Metropoliteni” QSC-nin işgüzar nüfuzuna ciddi xələl gətirən, həqiqətə uyğun olmayan məlumatları rəhbəri olduğu araz.az internet saytında yaydığına görə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən yazılı şəkildə araz.az saytında yerləşdirilməklə üzr istənilməsi və həmin saytda 04.05.2018-ci il tarixdə yerləşdirilmiş “Bakı metrosunda korrupsiya trenajoru” başlıqlı məqalədə həqiqətə uyğun olmayan məlumatların təkzib olunması, təkzibin həmin məqalələrin yığıldığı şriftlə və “Təkzib” başlığı altında yerləşdirilməsi vəzifəsi qoyulmuşdur. 

          Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.11.2019-cu il tarixli 2(008)-2400/2019 saylı qüvvəyə minmiş qətnaməsi ilə, araz.az internet saytının təsisçisi və Baş redaktorunun üzərinə qoyulmuş vəzifənin icrasını təmin etmək üçün, mən, Mustafayev Hüseyn Əziz oğlu, təsisçisi və Baş redaktoru olduğum araz.az internet saytında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətin işgüzar nüfuzuna ciddi xələl gətirən həqiqətə uyğun olmayan məlumatları yaydığıma görə təəssüf hissi keçirdiyimi ifadə etməklə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən üzr istəyir, araz.az saytında 04.05.2018-ci il tarixdə yerləşdirdiyim “Bakı metrosunda korrupsiya trenajoru” başlıqlı məqalədə yer almış məlumatların həqiqətə uyğun olmadığını təsdiqləməklə təkzib verirəm.

Əlaqəli xəbərlər