YIXILMAZ Alİ BAŞ KOMANDAN!!!

SAVE 20201014 220750Düşmən aldığı zərbələrdən artıq özünü itirib. Paşinyan bu gün bir daha erməni silahlı bölmələrində xeyli itkilərin olduğunu, saysız-hesabsız hərbi texnikanın və infrastrukturun Azərbaycan Ordusu tərəfindən sıradan çıxarıldığı barədə məlumatları səsləndirib. Özünü yazıq görkəmə salan baş nazir beynəlxalq birlikdən hərbi-siyasi dəstək almaq üçün, utanıb-qızarmadan yalvarışlar edir. Düşmən Ermənistan Azərbaycanın güc və qüdrəti qarşısında diz çökmək üzrədir. 
          Mən bunu gəlişi gözəllik naminə demirəm. Otuz ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan erməni və onun havadarlarında belə bir fikir formalaşmışdı ki, artıq hər şey bitib, Qarabağ bir daha Azərbaycanın olmayacaqdır. Bütün beynəlxalq tədbirlərdə də, bu yaramazlığı nümayiş etdirirdilər. Hətta xatırlamış olarsınız, Rusiyanın Soçidə keçirdiyi bir
tədbirdə Nikol Paşinyan çıxışının sonunda həyasızcasına nöqtədən danışmışdı. Bizim prezidentimiz də həmin toplantıda ona yekə bir NİDA göstərmişdir. İndi bu NİDANIN ağrısını və biabırçılığını çəkə bilmir. O zaman bu NİDANIN gücünə içimizdəki bəzi özündənrazılar da ironiya ilə yanaşmışdılar. Yenə də bəzi mövqelərə baxarkən təəssüflərimi gizlədə bilmirəm. Onlar sətiraltı düşüncələri ilə, İlham Əliyevin yıxılmasını daha çox arzulayırlar.  Artıq, bu, mümkün olan bir şey deyil! 
         Ali Baş Komandanımız elə bir tarix yaratdı ki, onu bir daha xalqın ürəyindən çıxarmaq barədə fikirləşməyə belə dəyməz. Hamımız əl-ələ verərək, onun düşmən üzərində başlatdığı bu qələbəni sona çatdırmasına kömək etməliyik. XALQ və İLHAM bu gün yekdildir. Düşmən Ermənistanın məğlubiyyət planı məhz bu iki birliyin sayəsində baş tutub. 
           Paşinyanı vahimə içərisində  saxlayan və onun yuxusunu qaçıran qorxu da, Silahlı Qüvvələrimizə döyüş əmri verən və onu məharətlə idarə edən Ali Baş Komandanımız İlham Əliyevin məhz xalqdan aldığı sarsılmaz gücə bağlıdır. Eşq olsun rəşadətli Ordumuza, eşq olsun İlham Əliyevə, eşq olsun qəhrəman xalqımıza!!!!  
Eldar SABİROĞLU,
sabiq millət vəkili, ehtiyatda olan polkovnik.

Əlaqəli xəbərlər