“Rusiya və Fransa ermənilər qarşısında günahlarını yumaq üçün kömək edəcəklər...”

bandicam 2021 01 12 20 10 35 605

"Bu bombaların köməyi ilə, işğal olunmuş ərazilər bizə qaytarılmasa, biz azərbaycanlıları və onların muzdlularını nüvə tozuna sala bilərik və..."

Ermənilər məğlubiyyətlə barışa bilmir və gündəlik olaraq revanşist təbliğat aparırlar. Əgər indiyədək  revanşı Rusiyanın, Fransanın, İranın köməyi ilə , müasir silahlar alıb yeni ordu yaratmaqla həll etməyi fikirləşirdilərsə, indi yeni revanş metodunun təbliğatına başlayıblar. Bütün beynəlxalq qanunlara zidd olaraq kütləv qırğın silahından-atom bombasından istifadə etməyin vacibliyini və Ermənistanın guya buna imkanlarının mövcud olduğunun təbliğatını aparırlar. 
Yaxın gələcəkdə bu silahdan istifadənin variantlarından danışan “Armenian report”-un müəlliflərindən biri Tevos Arşakyan 12 yanvar tarixli “Azərbaycan və Türkiyəni  çəkindirəcək radioaktiv güc” məqaləsində Ermənistanın atom bombası əldə etmək imkanlarına yaxın olduğunu və artıq bunun bir zərurətə çevrildiyini vurğulayıb. Uranın zənginləşdirilməsinin, nüvə silahının əldə edilməsinin beynəlxalq nəzarətdə olduğunu bilə-bilə, onsuz da “erməni xəstəliyi” kimi özündən müştəbeh obraz yaradan  bu millət artıq kütləvi şezofreniyayaya  tutulub.  
Ermənistanda nüvə texnologiyası üzrə kifayət qədər fizik-alim, mütəxəssis olduğunu yazan müəllif atom bombasının ərsəyə gəlməsi üçün kənar qüvvələrə ehtiyac olduğunu da qeyd edir. Bu xəstə təfəkkürün sahibi vurğulayır ki, “Rusiya və Fransa ermənilər qarşısında günahlarını yumaq üçün bu məsələdə bizə kömək edəcəklər”. Fransızları bilmək olmaz, onların mütəxəssisləri pulun müqabilində 70-ci illərdə Səddam Hüseynin tapşırığı ilə İraqda uranı zənginləşdirən nüvə reaktoru düzəldirdilər. Yenə də İsrail kəşfiyyatının pulu qarşısında fransız mühəndis siqnal qurğusu apararaq obyektdə yerləşdirmiş və nəticədə İsrail pilotları həmin yeri darmadağın etmişdilər.  Buna baxmayaraq bu ermənilərin Fransa və Rusiya qarşısında  görəsən hansı xidmətləri olub ki, indi Qarabağ müharibəsində özlərini günahkar  bilirlər və günahlarını da ermənilərə atom bombası yaratmaqla yumalıdırlar? 
Ümumiyyətlə, “ermənilik” ideologiyası onu təbliğ edir ki, Yer planetindəki bütün xalqlar onlara borcludurlar. Adam da ermənidir, Həvva da ermənidir, dünyanın üzünü su alanda erməni peyğəmbər Nuh da bəşəriyyəti gəmisinə mindirib Ararat dağının zirvəsində lövbər salıb. Ona görə də, indi dünya atom bombası düzəldib erməniyə verməlidir ki, onlar da bunu Azərbaycana atsınlar.
Arşakyan dayanmır: “... heç kim ərazilərin itirilməsi ilə razılaşmır. Bunu yalnız Paşinyan və hakimiyyətdəki bir neçə adamı qəbul edə bilər, lakin bütün erməni xalqı bunu qəbul edə bilməz. Bu o deməkdir ki, yaxın gələcəkdə kiçik bir enerji yükü olan nüvə bombasına ehtiyacımız ola bilər. Bu bombaların köməyi ilə, işğal olunmuş ərazilər bizə qaytarılmasa, biz azərbaycanlıları və onların muzdlularını nüvə tozuna sala bilərik və hər kəsi erməni dövlətlərinə ( ?) hücum etmək fikrindən əbədi çəkindirə bilərik. Belə ki, saçlarınızı yolub ağlamağı dayandırın, döyüşü uduzduq, amma müharibəni yox deməklə heç nə əldə edə bilməyəcəyik.. Əgər biz nüvə silahı əldə etsək, işğalçılarla qısa bir söhbət edərik”.
Təbii ki, nə erməni atom bombası düzəldəsidir, nə də kimsə ona bu silahı verəsidir. Sadəcə olaraq ermənilərin təfəkkürünün, bizə olan münasibətinin hansı düşmənçilik səviyyəsində olmasını bilməliyik. Erməni təbliğatı hərdən deyəndə ki, Azərbaycanda rəsmi “ermənifobiya” təbliğatı aparılır, bu atom bombası məsələsini onların gözünə soxmaq lazımdır və dünya da bilməlidir ki, hansı antibəşəri bir toplumla üzbəüzük.
Moderator.az-ın Analitik Qrupu

Əlaqəli xəbərlər