Azərbaycanın Qazaxıstandakı səfirliyi soydaşlarımıza müraciət etdi

qazax33Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.

Müraciətdə deyilir:

“Beynəlxalq rabitə əlaqələrinin fəaliyyətində yaranmış çətinliklər səbəbindən Qazaxıstan Respublikasında yaşayan qohum və yaxınları ilə əlaqə yarada bilməyən soydaşlarımıza Səfirlik tərəfindən müvafiq köməklik göstərilməkdədir.

Bu səbəbdən xatırladırıq ki, Səfirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanı, +7780002838, +77172755527 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Vətəndaşlarımız tərəfindən ölkədə internetin işləməməsinin və ya qismən işləməsinin, habelə rabitə xətlərinin gün ərzində bir neçə dəfə kəsilməsinin nəzərə alınmasını xahiş edirik. Baş verən hadisələr nəticəsində zərər görən vətəndaşlarımız barəsində Səfirliyə məlumat daxil olmayıb”.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər