El Hərəkatı Partiyası parlament seçkilərinə hazırlaşdığını bəyan edib

3A0BE265 7483 4BF7 AFC4 EDF12E34C01A

Partiyanın İdarə Heyətinin geniş iclasında ciddi müzakirələr olub

 El Hərəkatı Partiyası İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. Partiyadan araz.az-a verilən məlumata görə, bazar günü keçirilən iclasda EHP sədri Əflan İbrahimov gündəliyə daxil olan məsələlər barədə məlumat verib. Öncə respublikanın 50-yə yaxın bölgəsində  partiyanın rayon təşkilatlarının olduğunu deyən sədr, fəaliyyətlərinin yeni mərhələyə qədəm qoyduğunu və təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün, səylərin artırılmasının vacibliyini vurğulayıb. O, iclasda iştirak edən qurum təmsilçilərinə, bir sıra rayon və şəhər təşkilatlarının rəhbərlərinə təşkilati məsələlərlə bağlı da müvafiq tapşırıqlar verib.

     A58C077E 5395 4473 B09E C35F39C8C750 Sonra tədbirdə qərarların icrası, ictimai-siyasi və təşkilati məsələlər, eləcə də ölkənin ictimai-siyasi durumu müzakirə olunub. Sədr son vaxtlar ölkədə baş verən vacib əhəmiyyətli olaylar barədə də iştirakçıları məlumatlandırıb. Azərbaycandakı mövcud iqtisadi inkişafdan, quruculuq işlərindən danışan natiq, onu da deyib ki, bütün bunları görməmək mümkün deyil. Sədr, elə, özünün yaşadığı Qobustan rayonundakı inkişafı bunun sübutu kimi önə çəkib. Respublikadakı siyasi sabitlikdən danışan partiya rəhbəri bildirib ki, ölkə başçısının əhalinin rifah halının yüksəldilməsi ilə bağlı son vaxtlar imzaladığı fərman və sərəncamlar alqışalayiqdir. O, problemli kreditlərin həlli ilə əlaqədar prezidentin son fərmanını deyilənlərin bariz nümunəsi kimi qiymətləndirdiyini xüsusi vurğulayıb. Ölkə həyatının bütün sahələrində islahatların vacibliyini önə çəkən natiq, qarşıdan gələn parlament seçkilərində partiyanın iştirakının, gənclər siyasətinin gücləndirilməsinin əhəmiyyətindən də danışıb. 

      El Hərəkatı Partiyası sədrinin çıxışından sonra, İdarə Heyətinin üzvləri ictimai-siyasi məsələlərlə bağlı müzakirələrə başlayıblar. Öncə xarici ölkələrdəki soydaşlarımızın təxribatçı düşmən qüvvələrin fitnələrinə uymamaları üçün çağırışlar edilib. İclasda çıxış edənlər özümüzdən küsənlərlə barışıq və onların doğma Vətənə gətirilməsi ilə bağlı hökumətə çağırışlar da ediblər.

668091B6 47D1 4FE8 A31A A00D56AD8B2BOlkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı məsələlər iclasın əsas müzakirə obyekti olduğundan,  bununla bağlı partiyanın mövqeyi formalaşdırılıb, zəruri qərarlar qəbul edilib. El Hərəkatı Partiyası sədrinin birinci müavini Rəhim Qasımov, İdarə Heyətinin üzvü Əmir Çıraqəliyev və digər çıxış edənlər də, qeyd ediblər ki, parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında ən mühüm hadisə hesab edilir və bu baxımdan, onların təmsil olunduqları partiya da artıq öz mövqeyini müəyyən edib: “Biz, birmənalı surətdə parlament seçkilərində iştirakı vacib sayır və Azərbaycandakı ictimai-siyasi sabitliyin, əmin-amanlığın bundan sonra da davam etməsini istəyən hər kəsi seçkilərdə fəal olmağa çağırırıq."

      Konstruktiv, səmimi müzakirələr şəraitində keçən və yekdillik nümayiş etdirilən İdarə Heyətinin iclasında çıxış edən digər natiqlər partiyanın aktiv fəaliyyəti üçün, yerlərdə təbliğat və təşviqat işlərinin aparılmasının vacibliyini vurğulayıblar. Bu məqsədlə, rayon və şəhər təşkilatlarının fəallarının, eləcə də yerli sakinlərin iştirakı ilə, yerlərdə parlament seçkiləri ilə bağlı toplantıların keçirilməsi təşəbbüsü irəli sürülüb. Belə toplantıların öncə Azərbaycanın böyük şəhər və rayonlarında keçirilməsi qərara alınıb. 

 araz.az

Əlaqəli xəbərlər