Bu xalq bu biganəliklə Mirzə Fətəliyə, Mirzə Cəlilə, Sabirə, Haqverdiyevə möhtac olacaq…
2017-ci il tamam olmasa da bu ilin hesabatını verərkən ilk ağlıma gələn dörd istiqamətdə zövq ala biləcəyim məqamı hələlik qeyd edə bilərdim. İlk olaraq Allah imkan verdi ki, il ərzində bizə ünvanlanan müraciətləri lazımi ünvanlara göndərmək, vətəndaşların təşəbbüs və təkliflərinin əhəmiyyətli hissəsini gündəmə gətirmək, Milli Məclisin tribunasından cəmiyyəti narahat edən məsələlər barədə danışmaq kimi vacib işləri gücüm yetən səviyyədə görə bildim.