Samsung Galaxy S9 və S9+ smartfonlarının görüntüləri yayıldı

1369418-samsunggalaxysafp-1490855013-533-640x480.jpg

Sosial şəbəkələrdə 2018-ci ildə buraxılacaq Samsung Galaxy S9 və S9+ smartfonlarının görüntüləri yayılıb.

Araz.az-ın xəbərinə görə, fotoları “Venture Beat” portalı dərc edib.

Nəşr qeyd edir ki, 5,8 düym diaqonallı ekrana malik S9 və 6,2 düym ölçüdə ekrana malik S9+ əvvəlki nəsil smartfonlardan çox fərqlənməyəcəklər. 

Birinci model dörd giqabayt əməliyyat və 64 giqabayt quraşdırılmış yaddaşa, ikinci model isə müvafiq olaraq altı və 128 giqabayt yaddaşa malik olacaq.

Galaxy S9 və S9+ əsas üstünlükləri şəkil və videoların emalı üçün aparat və proqram təminatının yenilənməsdir.

Посмотреть изображение в Твиттере
12 meqapiksel təsvir ölçüsünə malik kamera “slow-motion” super effektindən istifadə etməyə icazə verəcək, saniyədə 480 kadr. 

Bundan əlavə, ön kamera 8 meqapiksel təsvir ölçüsünə. 

Hər iki smartfonda sifət tanınması sistemi təkmilləşdirilib.

www.oxu.az

Bakıda avtoxuliqanlara nəzarət gücləndirilir-VİDEO

images.jpg

Araz.az xəbər verir ki, son günlər Bakıda bir neçə avtoxuliqanlıq hadisəsi qeydə alınıb. Hadisənin birində sürücülük hüququ olmayan şəxs əlillərə dövlət tərəfindən verilən avtomobili götürərək təhlükəli idarə edib, DYP-yə tabe olmayıb. Faciədən son anda yayınan sürücü yol polisindən qaçmağa cəhd göstərib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayıb.

Digər avtoxuliqanlıq Nobel propektində qeydə alınıb. İki “Mercedes” markalı avtomobilin ötüşməsi zamanı maşınların biri hərəkətdə olan başqa avtomobilə çırpılıb.

Məsələ ilə bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polis polkovniki Vaqif Əsədov bildirib ki, Bakı şəhərində avtoxuliqanlara nəzarət daha da güclənib:

“Kimliyindən aslı olmayaraq, avtoxuliqanlıq edən şəxslər cəzalandırılır. Təkcə bu ilin yanvarın 25-nə qədər Bakı şəhəri üzrə 10 avtoxuliqan saxlanılıb. Hər birinə ən azı 15 sutka həbs verilib. Keçən ilə nisbətən avtoxuliqanlıq edən şəxslərin sayı azalıb, 2017-ci ildə bu rəqəm 16-17 idi. Lakin məsələ ondan ibarətdir ki, avtoxuliqanlıq edənlər, əsasən, 22- 25 yaşlı gənclərdir”. 

Yol-nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, dünyanın hər yerində avtoxuliqanlıq edən sürücülər var. 

O, avtoxuliqanlıqla mübarizə təkliflərini açıqlayıb:

“Birincisi, heç kəsə güzəşt olunmamalı, hamı qanun qarşısında bərabər olmalıdır. Avtoxuliqanlıq faktı istər yol polisi tərəfindən, istər texniki vasitə ilə, istər digər sürücülər tərəfindən lentə alınanda məsələ araşdırılmalı, həmin şəxslər cəzalandırılmalıdır. Avtoxuliqanlıq edən şəxs ən az bir illik sürücülük hüququndan məhrum edilməlidir. 

İkincisi, avtoxuliqanlar cəza çəkəndən sonra bir müddət nəzarətə götürülməlidir. Dünyanın bir neçə ölkəsində belə təcrübə var. Avtoxuliqan yenidən sükan arxasına keçərsə, o, saxlanılır və yenidən məsuliyyətə cəlb edilir.

Üçüncü məsələ təbliğat və təşviqatdır. Cəmiyyət avtoxuliqanlığı qınamalıdır”. 

Ərşad Hüseynov qeyd edib ki, əlillərə dövlət tərəfindən verilən avtomobillərin gənclər tərəfindən idarə olunmasına tez-tez rast gəlinir:

“Bu avtomobilləri idarə edənlərin çoxu əlil deyil. Gənclərin bu maşınları idarə etməsi faktları ilə tez-tez rastlaşırıq. Təbii ki, onların müharibə əlili olması inandırıcı deyil. 

Bəzən əlillərə hörmət edib avtomobili saxlamırlar. Gənclər də bundan istifadə edirlər”. Oxu.az

SÜRÜCÜLƏR OXUSUN! – Bu halda məsuliyyətdən azad olunursuz!

882640.jpg

Araz.az-ın əldə etdiyi məlumatda deyilir ki, statistikaya əsasən, Azərbaycanda piyadaların avtomobillə vurulması halları ümumi yol-nəqliyyat hadisələrinin 67%-ni təşkil edir. Nəticədə hadisəni törətmiş sürücü məsuliyyətə cəlb edilir.

Baş verən hadisə ilə bağlı sürücü hansı hansı hallarda məsuliyyətdən azad oluna bilər?

Yol eksperti, hüquqşunas Ərşad Hüseynov bildirib ki, nəqliyyat hadisələrinin hər birinə Cinayət Məcəlləsi, Yol-hərəkəti qaydalarına uyğun qiymət verilməlidir:

“Gündüz vaxtı yerüstü piyada keçidindən keçən, yaxud işıqforun avtomobil üçün yanan qırmızı işığında yolu keçən piyadanın vurulması hadisəsində sürücünün günahını müzakirə etməyin heç bir ehtiyacı yoxdur. Günah ortadadır. Bəzən piyada keçidinin olmadığı bir yerdə piyada özünü avtomobilin qarşısına atır. Belə halda sürücünün heç bir günahı yoxdur. Hər bir hadisəyə fərdi qiymət verilməlidir”.

Şikayət geri götürülərsə, sürücü məsuliyyətdən yayına bilərmi?

Hüquqşünas bildirdi ki, belə bir şey yoxdur:

“Yol-nəqliyyat hadisəsi baş veribsə, həmin hadisəyə hüquqi qiymət verilməlidir. Bu, hadisədən zərər çəkmiş piyadanın aldığı xəsarətin nəticəsinə baxır. Məsələn, piyada yol-nəqliyyat hadisəsində ölür. Sürücünün günahı sübut olunur. Orada şikayətin geri çəkilməsinin heç bir əhəmiyyəti yoxdur. Həmin sürücü mütləq məsuliyyətə cəlb olunmalıdır. Sadəcə olaraq, ölən piyadanın yaxınları sürücünü bağışlayırsa, bu zaman cəza yüngülləşdirilə bilər. Məsuliyyətin yüngülləşdirilməsi o deməkdir ki, 3 ildən 6 ilə qədər olan cəza ilə bağlı sürücüyə 4 il cəza verilir, 6 il yox. Barışmaq buna gətirib çıxara bilər.

İkinci məsələ, yol-nəqliyyat hadisəsində sürücü günahkardır, piyadanın sağlamlığına ağır zərər dəyib. Belə halda, zərəçəkmiş şəxs təqsirli sürücü ilə barışarsa, ərizə yazmalıdır. Ərizədə bildirilir ki, vurulmuş zərər ödənilib, heç bir tələbim yoxdur və barışmışıq. Belə halda sürücü məsuliyyətdən azad olunur. Amma bu şərtlərlə – hadisəni sərxoş vəziyyətdə törətməsin, hadisə yerindən qaçmasın, bir də sürücülük hüququ olan adam olsun. Qeyd olunan 3 şərt varsa, sürücü cinayət məsuliyyətindən azad olunur.

Üçüncü bir məsələ, sürücü təqsirlidir, lakin piyadanın sağlamlığına dəyən zərər yüngüldür. Bu halda sürücü ilə piyadanın barışmağının heç bir əhəmiyyəti yoxdur. Həmin sürücü cinayət yox, inzibati məsuliyyətə cəlb olunur və iş məhkəməyə göndərilir. Orada sürücüyə 200 manat cərimə tədbiq oluna, yaxud sürücülük hüququ 1 ilə qədər məhdudlaşdırıla bilər.

Sonda bildirək ki, qeyd olunan şərtlər sürücü təqsirli olduğu halda baş verir. Hadisədə sürücünün təqsiri yoxdursa, zərərçəkmiş şəxsin, ölən piyadanın yaxınlarının şikayəti heç bir əhəmiyyət daşımır”. Metbuat.az

SÜRÜCÜLƏR OXUSUN!–Bu halda məsuliyyətdən azad olunursuz!

2 -dən səhifə 6

Əlaqəli xəbərlər