İkiqapılı Range Rover gəlir - FOTO

 

Range-R1100-front-2dr-silver1.jpg

Araz.az xəbər verir ki, Jaguar Land Rover qrupunun zavod tüninq atelyesi olan SVO bölümü Range Rover markası altında ikiqapılı ofroderi hazırlayır. Avtomobilin test prototipinin fotəşəklini Auto Express nəşri yayıb. Belə bir avtomobilin hazırlandığını markanın baş dizayneri Cerri Makqovern təsdiq edib. "Üçqapılı Evoque modelinin bazar həcmi çox kiçikdir. Üstəlik, tələbata amlik olmayan kabriolet də mövcuddur, - jurnalistlərin Land Rover şirkətinin Evoque modelinin varisini hazırlamaq planları barədə sualına Makqovern belə cavab verib. - Lakin, biz ikiqapılı daha iri avtomobil hazırlamaq istəyirik, çünki o daha eksklyuziv olacaqdır".

Şirkət nümayəndələri belə bir avtomobilin yaradılmasının markanın tarixini ilə əlaqədar olduğunu bildiriblər.

1970-ci ildə təqdim edilmiş ilk Range Rover  modeli məhz ikiqapılı idi. Ofroderin dördqapılı variantı yalnız 1981-ci ildə işıq üzü görmüşdü.

1991-ci ildə orijinal modelin layihəsini hazırlayan Çarlz Kinqin xatirəsinə həsr edilən xüsusi ikiqapılı Range Rover CSK variantı buraxılmışdır.

İlkin məlumata görə, Range Rover modelinin ikiqapılı variantı bu ilin martında keçiriləcək Cenevrə avtosalonunda təqdim ediləcəkdir.

Onun satışlarına ilin sonunda başlanacaqdır.(autograph)

İphone isdifadəçilərinə bəd xəbər: “iPhone X”in istehsalı dayandırılır

iphone-x-1.768w_derived.jpg

“KGI Securities” şirkətinin analitiki Ming-Chi Kuo “iPhone X”in istehsalının cari ilin yazında dayandırılacağını bəyan edib. 

Araz.az xəbər verir ki, bundan əvvəl sadəcə “iPhone 5C”nin istehsalı dayandırılıb.

Bu, telefonun satış rəqəmlərinin aşağı olmasından irəli gəlib. İstehsalın dayandırılmasının səbəbi isə Çindir. Belə ki, çinlilər “iPhone X”i bəyənməyiblər və “iPhone 8 Plus” almağa üstünlük verirlər. 

“iPhone X”in satışı 87,6 faiz azalıb. Bununla belə, “Apple”ın satışları artıb. 

Bunu etsəniz, internetiniz 10 dəfə daha sürətlə işləyəcək, sənin Wi-Fi-ındən artıq qonşular istifadə edə bilməyəcək!

1516518338_screenshot_1.jpg

Wifi Şifrəniz Sındırılmasın Deyə Bu Addımları Atın
Araz.az turkustaninfoya əsasən bildirir ki. Yəqin ki, çoxlarınız wifi mövzusunda problemlərlə üzləşirsiniz. Əsas problemlərdən biri də qonşunuzun sizin wifi şifrənizi sındıraraq, internetdən pulsuz faydalanmasıdır. Son zamanlar “dumper” və bu tipli proqramlar vasitəsilə belə hallar xeyli artıb və bu şikayətləri bərabərində gətirir. Sizdən xəbərsiz bəlkədə indiki halda qonşunuz sizin internetdən istifadə edir və sizin bundan xəbəriniz yoxdur! Əlavə əsəb, əlavə ödəniş, sürət azlığı heç kimə lazım deyil. Bu məqsədlə bugün sizə bu problemin aradan qaldırılması yolun izah edəcəyik.

 Bu addımları ataraq, internetinizi qoruyun: 
1-ci addım: http://192.168.1.1/login_security.html linkinə daxil olursunuz.

2-ci addım: açılan pəncərədə username və password xanalarına (hər iki xanaya) “admin” yazırsınız.

qeyd: əgər admin username və password-u vasitəsilə daxil ola bilmədinizsə, modeminizi sazlayan şəxslə, yaxud provayderlə əlaqə saxlayıb məlumat əldə edin. (username və password-u öyrənin)

3-cü addım: daha sonra açılan pəncərədə “interface setup” panelinə daxil olun.

4-cü addım: açılan menudan “wireless” bölməsinə daxil oluruq.

5-ci addım: “use wps” seçimində “no” edirik.

6-cı addım: daha sonra aşağıda “Pre-shared key” seçimindən istifadə etməklə wifi-nin parolun dəyişirik.

7-ci addım: və bütün bu məlumatları yadda saxlamaq üçün aşağıda “save” düyməsinə klikleyirik.

Beləliklə, sizin interneti sürətinizi zəiflədən insanlardan azad olursunuz.    

"Apple"ı 740 milyon dollarlıq cərimə gözləyir

980187aab8841c0e8213bbdbc6e5333e.jpg
"Samsung"un iddiasına görə, texnologiya nəhəngi "Apple" batereyası tükənmiş, zərər görmüş İphone telefonlarının cari balansının pozulması ilə telefonun digər funksiyalarını qəsdən yavaşlatdığını rəsmi olaraq açıqlamışdı. Bu hadisənin ardından Apple şirkəti dünyanın 4 bir tərəfindən məhkəməyə verilib. 
Araz.az Qaynarinfo-ya istinadla xəbər verir ki,  xəbər verir ki, Cənubi Koreyada "Apple" şirkətini İphone telefonlarını yavaşlatdığı üçün məhkəməyə verənlərin sayı 370000 nəfəri keçib. Bu isə Cənubi Koreya əhalisinin hər 140 nəfərdən biri deməkdir. 
 Əgər məhkəmə "Apple" şirkətinin əleyhinə qərar versə, şirkət adam başına 2000 dollar olmaqla, ümumilikdə 740.000.000 dollar təzminat ödəyəcək. Və hazırki vəziyyətə əsasən demək mümkündür ki, şirkətin məhkəməni udma ehtimalı çox aşağıdır. 

3 -dən səhifə 6

Əlaqəli xəbərlər