50 yaş və daha yuxarı şəxslər vaksin olunacaq – TARİX

COVİD-19 əleyhinə hazırda tətbiq olunan vaksin virusun yeni ştammlarına qarşı da təsir göstərir.
araz.az xəbər verir ki, bunu “Trend”ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, xəstəliyi keçirib sağalan şəxslərdə qazanılan immunitet virusun yeni ştammına qarşı da effektivdir.
N.Mustafayeva qeyd edib ki, viruslarda mutasiyalar daimi olaraq baş verir. Sadəcə, onların bəziləri əhəmiyyətsiz olur:
“Son 1 ildə COVİD-19 virusunda yüzlərlə mutasiya baş verib. Son 3 mutasiya isə daha çox əhəmiyyət kəsb etdi. Çünki virusa daha sürətli yoluxduruculuq qabiliyyəti qazandırdı”.
Alimlər COVID-19 xəstələrindən hansıların virusu çox yaydığını müəyyənləşdirib.
araz.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “MedicalXpress” məlumat verib.
Amerikalı mütəxəssislər 194 koronavirus xəstəsinin göstəricilərini, həmçinin COVID-19-a yoluxmuş primatların məlumatlarını araşdırıblar. Məlum olub ki, virus tərkibli aerozol hissəciklərinin miqdarı yaşdan, bədən kütlə indeksindən və xəstəliyin mərhələsindən asılı olaraq çox dəyişir.
Belə ki, virusu daha sürətlə yayanlar əksər hallarda artıq çəkidən əziyyət çəkən yaşlı xəstələr olub. Bu cür xəstələr tədqiq olunan digər qrupların nümayəndələrindən üç dəfə çox “yoluxucu” damcılar xaric edib. Alimlər virusa yoluxanların 18 faizinin virusun ötürülməsinin 80 faizindən məsul olduğu qənaətinə gəliblər.
Tədqiqatçılar həmçinin yoluxmanın dərəcəsi artdıqca aerozol damcılarının sayının artdığını, yoluxmadan bir həftə sonra pik səviyyəyə çatdığını və iki həftədən sonra normaya düşdüyünü qeyd ediblər. Eyni zamanda xəstəlik inkişaf etdikcə viral hissəciklər daha da kiçikləşib və yoluxmanın pik nöqtəsində bir mikron ölçüsünə çatıb, bu isə onları daha da təhlükəli edir.
Bəzi apteklərdə sürətli covid testləri satılır. Bəs o testlərə nə dərəcədə inanmaq olar?
araz.az xəbər verir ki, koronavirus xəstələtilə işləyən anestezioloq-reanimatoloq Şahin Məmmədovun bildirdiyinə görə, həmin testlər əsasən infeksiozluğu göstərir, infeksiyanı yox.
“Gərək burun udlaqdan götürülmüş materialda virus həddən artıq çox olsun ki test + çıxsın. Bunun əhəmiyyəti var ki əhalidə yüksək virus yüklü xəstələr tez aşkar olunsun. Kimdə +çıxıbsa virus yükü yüksəkdir və həmin insan çox yoluxdurucudur. Amma kimdə virus yükü azdırsa yalnış neqativ cavab çıxacaq. Və həmin adam arxayınlaşaraq davranışına elə də nəzarət etməz və ətrafdakılara virusu yayar. Qısaca. Sizdə həmin test + dirsə inanın, həm də bilin ki ətrafdakılar üçün yoluxdurucusuz, xəstəliyin ilk 5-10 günlüyündəsiz. Əgər cavab neqativ çıxarsa tam arxayın olmaq olmaz, bu testlər infeksiyanı inkar edə bilmir. Ola bilər siz covidə yoluxmusuz amma virus yükünüz azdır”. (modern.az)
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 330 nəfər müalicə olunaraq sağalıb.
1 -dən səhifə 39