DOĞRUDAN DA, "GÖMRÜK" XƏSTƏXANASI KİMİ TANIDIĞIMIZ MƏRKƏZİ GÖMRÜK HOSPİTALI GÜVƏNƏ BİLƏCƏYİMİZ TAM PROFİLLİ BİR TİBBİ XİDMƏT MƏRKƏZİDİR

1591786570 gomruk qospitaliPANDEMİYA VƏ MÜHARİBƏ DÖVRÜNDƏ HOSPİTALIN AĞIR ŞƏRAİTDƏ İŞLƏYƏN FƏDAKAR TİBB PERSONALININ ƏMƏYİ QİYMƏTSİZDİR 
 
Vətən Müharibəsi, eləcə də bütün dünyada, sözün həqiqi mənasında, amansız müharibəyə çevrilən koronavirus pandemiyası dövründə xəstəlik tapan və yaralanan yaxınlarımıza baş çəkmək üçün, ölkənin bir sıra xəstəxanalarında oluruq. Bütün tibb müəssisələrində millətimizin, xəstə yaxınlarımızın ümid yerinə çevrilən həkimlərimizin, bütün tibb personalının gördükləri miqyası olduqca böyük işlərə şahidlik edirik. Doğrudan, bu savaşların başlıca qəhrəmanlarına çevrilən həkimlərimiz də, savaş dövrünə xas həddən ziyadə ağır, mürəkkəb şəraitdə gərgin əmək sərf edərək, sutka ərzində, demək olar ki, fasiləsiz çalışırlar. Cəmiyyət tərəfindən “Gömrük” xəstəxanası kimi tanınan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdindəki Mərkəzi Gömrük Hospitalındakı kimi! Biz bu hospitalda, fərəhverici çox şeylərə şahidlik etdik...
... -- Vətən Müharibəsi, eləcə də bütün dünya dövlətlərini çətin sınaq qarşısında qoyan koronavirus pandemiyası dövründə
ölkəmiz qətiyyət nümayiş etdirərək, profilaktik tədbirlər görür, əhalinin sağlamlığının qorunması üçün bütün lazımi işləri görməklə, bu bəlanın qarşısını almaqda uğurlu addımlar atır. Əlbəttə, bütün bu tədbirlər ölkə başçısı İlham Əliyev cənablarının vaxtında qəbul etdiyi uzaqgörən qərarlar hesabına həyata keçirilir. Məhz buna görədir ki, pandemiya ilə mübarizədə nümunəvi dövlət kimi, inkişaf etmiş ölkələr belə, Azərbaycan təcrübəsindən yararlanmağa daha çox üstünlük verirlər.
Bu ağır günlərdə hər birimiz gözümüzü tibb işçiərinə dikmişik. İnsanların tək ümidi bu amansız savaşların qəhrəmanı olan həkimlərdir. Həm virusu məhv edəcək peyvəndin tapılması, həm xəstəliyə yoluxan, müharibədə ağır yaralanan şəxslərin sağalması yönündə tək ümidimiz həkimlərə, tibb mütəxəssislərinə, alimlərədir. Bu çətin dönәmdә bütün dünyada olduğu kimi, bizdә dә ön cәbhәdә gecәsini gündüzünә qatan, aylarla ailәsindәn, sevdiklәrindәn uzaqda qalan, ağır şәraitlәrdә işlәyәn hәkimlәrimizin, tibbi personalın әmәyi qiymətsizdir.   Mərkəzi Gömrük Hospitalının bütün tibb personalının fədakarlığının əvəzini də, heç nə ilə ödəyə bilmərik. Onlar bizim yaxınlarımızı, millətimizi bu bəladan xilas etmək üçün gecə-gündüz əziyyət çəkirlər. Onların bu fədakarlığı heç bir ölçüyə sığmayacaq qədər böyükdür və əziyyətlərini bir neçə cümlə ilə ifadə etmək də mümkün deyil. Düşünürəm ki, xəstələrin həyatda qalması üçün göstərdikləri bu fədakarlıq, əslində, böyük bir missiyadır. Onların bu əziyyətini hər birimiz yüksək qiymətləndirməli, onlara minnətdar olmalıyıq; 
 -- Ümumiyyətlə, Mərkəzi Gömrük Hospitalının bütün tibb personalı daim pasiyentlərinin etibarını doğrultmağa çalışıblar. Onlar xəstələrinin sağalması üçün var güclərini ortaya qoyublar. Bunun üçün, onlar, təkcə əldə etdikləri nailiyyətləri ilə kifayətlənmir, öz imkanlarını davamlı olaraq genişləndirirlər. Bu hospital vaxtaşırı olaraq müasir avadanlıqlarla təmin olunur, maddi-texniki bazası, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində olur. Məhz bunun nəticəsidir ki, ölkəmiz üçün həssas olan bu dönəmdə də, bu tibb müəssisəsi fəaliyyətini yüksək səviyyədə qura bilir. Virusun yayılmağa başladığı dövrdən, dövlət başçısının tapşırığına əsasən, burada zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görülməkdədir. Bu tibb müəssisəsi də, Azərbaycanda əhalini bu xəstəlikdən qorumaq, onların həyatını xilas etmək üçün, ən çətin vəziyyətə belə hazırdır;
 -- Mən “Gömrük” xəstəxanasında xəstələrə göstərilən yüksək səviyyədə diqqətin və qayğının şahidi oldum. Böyük minnətdarlıqla sağlamlığım üçün müraciət etdiyim savadlı, təcrübəli həkimlərə və onları əhatə edən mehriban tibb bacılarına mətbuat vasitəsilə bir daha: “Çox sağ olun!” -- deyirəm. Onu da deyim ki, mən bir çox xarici dövlətlərdə müalicə və müayinə olmuşam, o cümlədən, dünyanın Almaniya, İsrail, Rusiya kimi tibbin inkişaf etmiş olkələrində. Yalnız onu demək kifayətdir ki, Gömrük Hospitalının laboratoriyasında aparılan analizlər, bu dövlətlərin hospitallarında aparılan analizlərlə müqayisə ediləndir. 
Ümumiyyətlə, bu hospitalda bütün cərrahi, terapevtik və diaqnostik ixtisaslar üzrə fəaliyyət göstərən peşəkar həkimlərin qəbuluna yazılmaq elə də çətin deyil. Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş belə həkimlərimiz sağlamlığımızın qorunması üçün, bizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdırlar. Məhz buna görə də, bu hospitalın bütün əməkdaşlarına, eləcə də rəhbərliyinə öz dərin minnətdarlığımı çatdırıram;
-- İstər baş idarəsində, istərsə də hospitalın özündə tibb bacısından tutmuş, idarə rəisinə qədər hamının işə məsuliyyəti hesabına Mərkəzi Gömrük Hospitalı poliklinik və stasionar xidmət, patomorfoloji və ümumi laboratoriya, plastik, estetik və ümumi cərrahiyyə, angioqrafiya və diaqnostika, təcili tibbi yardım və diqər xidmətləri əhatə edən fəaliyyəti ilə tam profilli tibb mərkəzi kimi özünü təsdiqləyib  Bu gün hospitalda tətbiq olunan yüksək tibbi texnologiyalar insan həyatını xilas etməyə və sağlamlığını qorumağa tam şəkildə imkan verir. Niyə də verməsin ki?!. Axı, bu hospital dünya şöhrətli istehsalçıların müasir tibbi avadanlıqları ilə tam təmin olunub. Lakin bu da əsas deyil, ən böyük dəyəri burada çalışan, öz sahələrinin yüksək səviyyəli peşəkarları olan tanınmış mütəxəssislərdir. Bir də ki, bu hospitalda Azərbaycan tibbinin ən vacib qollarından biri olan Transplantologiya şöbəsi fəaliyyət göstərir. Burada dünyada ilk dəfə icra olunan unikal əməliyyat da uğurla həyata keçirilib. Məhz bu böyük uğurlarına görədir ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması” müsabiqəsinin qalibi də olub. Fəaliyyət göstərdiyi sahədə liderliyi saxlamaq şərəfli və eyni zamanda böyük zəhmət tələb edən bir vəzifədir. Bunun üçün hospitalın bütün kollektivi, təkcə əldə etdikləri nailiyyətlərlə kifayətlənmir, üstəlik, öz imkanlarını davamlı olaraq genişləndirir, pasiyent etibarını daim doğrultmağa çalışır. Bütün bunlar isə, pasiyentlərə daha keyfiyyətli xidmət göstərməyə və ümumi işin təkmilləşməsinə yaxından kömək edir;
-- Mərkəzi Gömrük Hospitalının bütün bölmələri kimi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi də, Vətən üçün ağır keçən bu dövrdə gücləndirilmiş rejimdə işləyir. Hospitalda boş çarpayı, demək olar ki, yoxdur, çünki müalicə olunan xəstələrin yeri dərhal yeni yoluxanlarla dolur. Onu da 
qeyd etmək lazımdır ki, şöbə bu iş üçün lazım olan bütün müasir tibbi avadanlıqlarla və dərmanlarla təmin edilib.          
 Konkret desək, hospitalın tibbi personalı xəstələrin sağalması üçün var gücləri ilə çalışırlar. Qoruyucu geyimlərdə çalışmağın nə qədər ağır olmasına və özü də virusa yoluxma təhlükəsi daşımasına baxmayaraq, hospitalın tibb personalı öz xəstələrinə eyni qayğı və diqqətlə yanaşır, onlara mövcud olan bütün resurslardan istifadə edərək, yüksək səviyyədə xidmət göstərir. Bir sözlə, Mərkəzi Gömrük Hospitalı koronaviruslu xəstələri qəbul etdiyi andan etibarən, kollektivi öz işinin başındadır. Bu günlərdə evindən, ailəsindən, doğmalarından ayrı qalan yüzlərlə tibb işçisi kimi, hospitalın həkimləri də məsuliyyətin fərqindədirlər. Elə, məhz bu səbəbdən də, virusa qalib gələcəklərinə inanaraq, var gücləri ilə, savaş meydanında olduğu kimi mübarizə aparır, bütün vacib tələblərə uyğun yüksək səviyyədə xidmət göstərməyə, koronavirus infeksiyasına yoluxmuş xəstələri həyata qaytarmağa çalışırlar.
Bu gərginlik onlar üçün nə qədər ağır olsa da, buna baxmayaraq, var gücləri ilə çalışırlar. İnanırlar ki, həkimlərin səyi və həmvətənlərimizin məsuliyyəti sayəsində bu xəstəliyin yoluxma sürətini azaldaraq, ona qalib gələ biləcəklər. Çünki virusa qalib gəlmək üçün, birgə mübarizə vacib şərtdir və gücümüzün birliyimizdə olduğunu dərk etməliyik...
...Yuxarıda yazılanlar, Mərkəzi Gömrük Hospitalında bizim şahidl olduqlarımızın yekun nəticəsi yox, bu tibb mərkəzində müalicə alan pasiyentlərin və onların yaxınlarının, buradakı tibbi xidmətin səviyyəsini özündə əks etdirən münasibətlərinin kiçik bir xülasəsidir. Redaksiya olaraq, araz.az xəbər portalı, hospital haqqında daha geniş və maraqlı bir yazını bu yaxınlarda dərc etməyi planlaşdırır. İndi isə, xüsusi olaraq yalnız onu vurğulayırıq ki, doğrudan da, bu hospitalda insanlara göstərilən yüksək səviyyəli səhiyyə xidməti, ən müasir tibbi biliklərə yiyələnmiş savadlı həkimlərin peşəkarlığı, pasiyentlərə qarşı xoş rəftar və diqqət, haqlı olaraq, Mərkəzi Gömrük Hospitalı haqqında müsbət ictimai rəyin və cəmiyyətin yüksək münasibətinin formalaşmasını şərtləndirib. Və sonda, tam səmimiyyətlə onu da deyə bilərik ki, hospitalın rəhbər heyətinin və bütün tibb personalının qiymətsiz birgə gərgin əməyi sayəsində burada yaradılan yüksək şərait, heç də, Avropanın ən qabaqcıl tibb müəssisələrindən belə geri qalmır. 
 
 
"Araz" Media Qrupunun və araz.az xəbər portalının kollektivi.

Əlaqəli xəbərlər