Həkim körpəyə “ÖLƏCƏK” diaqnozu qoydu, amma… - Çarəsiz ailənin başına gələnlər - FOTO

1507724896_1507724875_1507724014_22406357_479440889088178_5863772304981119549_n.jpg
Azərbaycanda uşaq cərrahiyyəsi üzrə daha bir çətin əməliyyat həyata keçirilib.
 
Bu barədə Medicina.az-a Mərkəzi Klinikanın həkimi, Uşaq Cərrahiyyəsi və Urologiyası Uzmanı Fuad Hüseynov məlumat verib. O bildirib ki, yeni doğulan körpə xəstəxanaya 39-40 dərəcə temperaturla daxil olub. Körpədə yeməkdənimtina, çəki itirmə, halsızlıq müşahidə olunduğu üçün valideynlər tibb müəssisəsinə müraciət ediblər. Əvvəlcə rayon xəstəxanasına aparılan körpənin ailəsi burada ümidsizliyə düçar olub: "Həkim uşağı müayinə etdikdən sonra "Hər iki böyrəyində ciddi problem var. Onsuz da yaşamayacaq. Boşuna həkim gəzdirməyin” deyərək ailəni geri göndərib.
 
Ümidsiz halda Mərkəzi klinikaya gətirilən uşağın bətndaxili çəkilmiş ultrasəs müayinəsində hər iki böyrəyində ciddi genişlənmə aşkar edilib. Uşaqda ikitərəfli 5-ci dərəcəli Vezikoüreteral reflüks (Sidiyin sidik kisəsindən böyrəyə geri qaçması) müşahidə etdik.
 
Davamlı ağır sidik yolu infeksiyası keçirən körpənin ilk növbədə infeksiyası təmizləndikdən sonra sidiyin rahat boşalıb, geriyə qaçmaması məqsədilə müvəqqəti böyrəkləri qorumaq üçün Vezikostomiya əməliyyatı icra edildi, Hazırda 3 aylıqdır, normal yeyir, çəkisini artırır,sidiyində infeksiyası yoxdur, UZİ müayinəsində genişlənmə geriləyib”.
 
Qeyd edək ki, uşaq 1 yaşını keçdikdən sonra üzərində Üreteroneosistostomiya əməliyyatı aparılacaq.
 
 


Əlaqəli xəbərlər