“Uşaqlar yoluxsun da, onsuz da 3-4 günə sağalırlar…” - Həkim

muellim

Türkiyədə 12 yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanılır. Bunun üçün uşaqların valideynləri və ya qəyyumlarının izni tələb olunur.

Beləliklə Türkiyədə vaksin vurma yaşı 12-ə endirlib.

Maraqlıdır, Azərbaycan bu təcrübədən istifadə edə bilərmi?

Məktəblərin açılması üçün Azərbaycanda şagirdlər arasında vaksinasiya aparıla bilərmi?

Terapevt Rasif Bağırov Yenisabah.az-a açıqlamasında deyib ki, əslində, vaksin 12 yaşdan yuxarı vurulmalıdır:

“Vaksin yaşı 12-dən yuxarı olmalıdır. Praktikadan görürük ki, 12-18 yaş arası şəxslər xəstəliyi çox yüngül keçirir. Elələri var ki, ayaqüstü 3-4 gün keçirir, heç xəbərləri də olmur. Xəstəlik 10 gün belə çəkmir. Xəstəliyə ciddi yanaşanda cəmi 4-5 gün dərman atırlar, görürsən ki, səhhətləri qaydasına düşür. Avropa ölkələri imkanları daxilində 12 yaşdan yuxarı şəxslər arasında vaksinasiyaya başladılar.

Vaksinin qorxulu yanı yoxdur. Uşaqlar balaca olanda da onlara vaksin vurulub. Ölkənin maliyyə sistemi imkan verəndə vaksinasiya edirlər”.

Həkimin sözlərinə görə, məktəblərdə ciddi qadağaların qoyulmasına ehtiyac yoxdur:

“Sonra onların bədənində uzun müddətə immunitet yaranır. O immunitet yaranırsa, əslində məktəblərdə o qədər də ciddi qadağaların qoyulmasının yeri yoxdur. Uşaqlar gedib dərslərini oxusunlar. Kimsə yoluxsa, maskasını taxar. Maska kifayət qədər qoruyacaq. Yoluxan şəxs onsuz da 3-4 günə sağalıb, yenidən dərsinə başlayacaq. Məgər əvvəllər başqa viruslar olanda uşaqlar məktəbdə xəstələnmirdilər?. Həmən variantdır da...”

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər