Həqiqət Qədirovadan rekord sayda məhkəmə şikayəti - Direktor, yoxsa psixi xəstə?

1517137378_1517081016_16.jpg

Respublika Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun əməkdaşları direktorları ilə məhkəmədə görüşəcəklər

Respublika Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda baş verənlər barədə saytımızda silsilə yazılar dərc edilib. Bildirək ki, xəstəxanaya 10 aydan çoxdur ki, rəhbərlik edən Həqiqət Qədirova ilə kollektiv arasında münaqişə səngimək bilmir. İnstitutdan verilən məlumatlarda direktorun kollektivdə çalışan həkimlərə qarşı əsl cəbhə açdığı, onlarla peşəkar tibb işçisini qərəzli şəkildə işdən uzaqlaşdırdığı bildirilir. Səhiyyə naziri Oqtay Şirəliyevin tələbə yoldaşı olan H. Qədirova əməkdaşlara təzyiqlər edir, onları daimi təhdid altında saxlayaraq onlarla işçini heç bir ciddi əsas olmadan işdən azad edib, bir çoxunu isə azad edəcəyi qorxusu ilə üz-üzə qoyub.

Artıq işdən azad olunan həkimlərin bir çoxu hüquqlarını qorumaq üçün məhkəmələrə müraciət edib. Bu yaxınlarda işdən uzaqlaşdırılan 5 həkimin- Səbinə Məmmədova, Vüqar Səfərov, Aygün Alxasova, Təranə Həsənova, Ruhiyyə Abdullayevanın şikayəti ilə məhkəmə prosesi başlayacaq. İnstitutdan bildirirlər ki, direktorun işdən çıxarma, töhmət vermə aksiyası tam sürətlə davam etdiyi üçün şikayətlərin çoxalacağı da şübhə doğurmur. 

Direktorun institut əməkdaşlarını təhqir etməsi barəsində məlumat vermişdik. Bildirilir ki, USM həkimi Xatirə Əliyevanın iş otağına direktor və yaxın adamları tərəfindən basqın edilməsi, kollektiv önündə təhqir olunması böyük əks-səda doğurub, qalmaqala səbəb olub. X. Əliyeva tezliklə məhkəməyə müraciət edəcəyini qətiyyətlə bildirir. 

Artıq məhkəməyə müraciət edən Səbinə Məmmədova məhkəmədə ciddi faktlar səsləndirəcək. Uşaq ölümünün direktor tərəfindən gizlədilməsi çox ciddi faktdır. Rubrika.az saytına verilən məlumata görə bu fakt orqan satışına dair şübhələrin yaranmasına səbəb olur. Belə ki, uşaq başqa adla xəstəxanaya qəbul edilib, ölüm kağızı başqa uşağa yazılıb, meyit ekspertizaya göndərilməyib, müalicə həkimi isə direktor tərəfindən əmrsiz həkim kimi işlədilən rezident olub. Bütün bunlar isə ciddi əndişələrin yaranmasına gətirib çıxarır. 
İnstitutdan verilən xəbərə görə proseslər belə davam edərsə 70-ə yaxın yaşı olan H. Qədirova bundan sonrakı ömrünü məhkəmələrdə keçirməli olacaq. 

Saytımıza verilən məlumatlarda direktor haqqında daha ciddi ittihamlar səsləndirilib. 

Məlumatda H. Qədirovanın şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Onun SPİD mərkəzində direktor olduğu zaman İbrahim Ləmbəranski tərəfindən haqqında istintaq aparıldığı zaman psixi xəstə olması barəsində arayış təqdim etdiyi məlum olub. 

H. Qədirova ixtisasca mikrobioloq olmasına, yaşına və səhhətin görə SPİD mərkəzindən uzaqlaşdırılmasına baxmayaraq nədənsə Ağ Ciyər Xəstəlikləri İnstitutuna direktor təyin olunub. Onun gənc mütəxəsislərə qarşı xüsusi antipatiyasının olması məlumdur. Odur ki, özünə yaxın bildiyi nazirliyin sertifikasiyasından keçməyən yaşlı həkimlərlə işləməyə üstünlük verir. 

Həmçinin baş verən qanunsuzluqlar haqqında bildirilir ki, hətta cərrahi əməliyyat olunan xəstələrin belə adları sənədlərə yazılmayır. 
Ən maraqlı faktı isə istədik sonda diqqətinizə çatdıraq. Respublika Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu yeganə dövlət xəstəıxanasıdır ki, hətta tualeti də pulludur.

P.S. Qarşı tərəf isə əvvəlki kimi münasibət bildirməkdən imtina etdi. (Rubrika.az)

Əlaqəli xəbərlər