Azərbaycanda bitən bu bitkinin bir yarpağı həyatınızı xilas etməyə qadirdir

413784270.jpg

Həkimlər Antarktidadan başqa dünyanın hər yerində bitən bu bitkinin xəstəliklərlə effektiv mübarizəsi qarşısında ənənəvi tibbin aciz olduğunu bildirirlər

Əksəriyyətimiz bilmirik ki, ətrafımızdakı təbiət sağlamlığımız üçün həyati əhəmiyyət daşıyan bitkilərlə doludur. Misal üçün, leykoz terminini eşidəndə dərhal ağlımıza kimyəvi terapiya, bahalı dərmanlar və baha başa gələn müalicə gəlir.

Amma bilmirik ki, gözümüzü açıb ətrafa diqqətlə baxanda hər yerdə, bütün bağlarda gözümüzə sataşan zəncirotunun yarpağı, kökləri və çiçəkləri leykemiya ilə mübarizədə möcüzə yarada bilir.

Araz.az xarici mediaya istinadla xəbər verir ki, bu yaxınlarda zəncirotu kökləri üzərində aparılan tədqiqat zamanı onun leykemiyanın 3 növünü məhv etməyə qadir olduğu müəyyən edilib. O, 48 saat ərzində xəstəlik hüceyrələrinin 95%-ni məhv edir.

Vindsor Xərçəng Araşdırmaları qrupunun (Windsor Cancer Research Group) əməkdaşı, onkoloq Karolina Hamm mielomonositar leykemiyadan əziyyət çəkən və kimyəvi terapiya prosedurunun müsbət nəticə vermədiyi yaşlı pasienti ilə bağlı təcrübəni bölüşüb. Yaşlı xəstəyə zəncirotu köklərinin çayını içməyə başlamaq təklif edilib. Bir müddətdən sonra onu müayinə edən Hamm nəticədən dəhşətə gəlib. Onun ümumi vəziyyəti yaxşılaşmağa doğru getməyə başlayıb. Sən demə, bu çay xərçəng hüceyrələrinə nüfuz edərək onları 48 saat ərzində yox etməyə qadirdir. O, eyni zamanda yeni sağlam hüceyrələrin yaranmasını da stimullaşdırır. Bir çox digər tədqiqatların nəticələri təsdiq edir ki, zəncirotu melanoma, prostat vəzi və xərçəngin bütün növlərini öldürməyə qadirdir. Sputnik

Əlaqəli xəbərlər