Salyan səhiyyəsi: Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin uğurlu nəticəsi

WhatsApp Image 2019-02-02 at 17.42.26.jpegRegionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramı çərçivəsində, bölgələrin digər sahələri kimi, səhiyyənin də tərəqqisinə ciddi fikir verilir. Bu Proqrama əsasən, son illər rayonlarda müasir tələblərə cavab verən böyük tibb obyektlərinin inşa olunması da, dövlət tərəfindən bu sahədə uğurlu siyasət aparıldığını bir daha təsdiqləyir. Azərbaycan səhiyyəsinin tərəqqiyə doğru addımlaması, özünü, inkişaf yolu tutan əyalət səhiyyəsinin simasında da bir neçə istiqamətdə göstərir -- Salyan rayonunda olduğu kimi.


Artıq çoxdandır ki, şəhərə əli çatmayan salyanlıların da dadına, burada yenidən qurulan səhiyyə sistemi, müasir texnologiyaların ən son tələblərinə uyğun hazırlanan tibbi avadanlıqlarla təchiz olunan əsaslı təmirdən çıxmış müalicə mərkəzləri və inşa edilmiş müasir tipli səhiyyə ocaqları yetir.
Fevral ayının ilk iki günündə Salyan rayon Mərkəzi Xəstəxanasında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-mütəxəssisləri tərəfindən xəstələrin pulsuz müayinədən keçirilməsi də, dövlətimizin əyalət əhalisinə sonsuz qayğı və sevgisinin daha bir nəticəsidir.
Salyan İcra Hakimiyyəti nümayəndələrinin də yaxından iştirak etdikləri bu tədbirdə, rayon səhiyyəsinin rəhbəri, Mərkəzi Xəstəxananın baş həkimi Hüseynağa Həsənov da, səhhətlərində xəstəliklər olan salyanlılarla daha yaxindan maraglanib. Tədbirin təşkilatçılarına rayon camaatı adından dərin təşəkkürünü çatdıran baş həkim, onu da bildirib ki, regionlarda səhiyyənin inkişafı danılmazdır. Rayon müalicə mərkəzlərinin müasir avadanlıqlarla təmin edilməsi, ilk növbədə, burada tibbi müayinələrin və müalicə işlərinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkanlar yaradır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən belə tədbirlər, ölkəmizin səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açır.


Baş həkim onu da vurğulayıb ki, səhiyyədəki alqışalayiq uğurlar region sakinlərinə dövlətin ən böyük hədiyyəsidir. Bu hədiyyə nəticəsində hər yerdə səhiyyə problemləri öz həllini tapıb. Azərbaycanın digər bölgələrində olduğu kimi, Salyanda da ictimaiyyətin uzun illərdən bəri qarşılaşdığı səhiyyə problemlərinin arxada qalması, Azərbaycan dövlətinin bu sahədə gördüyü işlərlə, birmənalı olaraq, ictimaiyyətin maraqlarını müdafiə etdiyinin nəticəsidir. Bir vaxtlar ictimaiyyətin geniş müzakirə etdiyi bu islahatların artıq uğurlu nəticələr verməsi, dövlət xəttilə regionlarda tikilən səhiyyə ocaqlarının ictimaiyyətə, bölgələrdə yaşayan vətəndaşlarımıza faydası böyük olduğu açıq-aşkar görünür.
Baş həkim onu da deyib ki, indi Salyanın səhiyyə ilə bağlı bütün əsas məsələləri öz həllini tapıb. Bunu həm Azərbaycan vətəndaşları görür, həm də beynəlxalq təşkilatlar bu sahədə aparılan islahatlara yüksək qiymət verirlər. Prezidentimizin fikirlərindən də görürük ki, region ictimaiyyətinin sağlamlığının qorunmasında dövlət çox maraqlıdır və buna görə də, böyük tədbirlər həyata keçirilir. Öz növbəsində, region ictimaiyyəti də, dövlətin bu addımlarını təqdir edir.
Yerli sakinlər də, Salyanda səhiyyə xidmətlərinə dövlət qayğısından razılıqlarını ifadə ediblər. Sakinlərin dediyinə görə, məhz bu qayğının nəticəsidir ki, rayon Mərkəzi Xəstəxanasında əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilir. Bölgə səhiyyəsinin dövlət və ictimai maraqlar üzərində inkişaf etdiyini deyənlər, hesab edirlər ki, Salyan səhiyyəsinin gələcəyi daha da parlaq olacaq. Məhz buna görə də, dövlət başçısına minnətdardırlar.

Aysel MƏLİKOVA,
"Araz" Media Qrupunun bölgə müxbiri.

Əlaqəli xəbərlər