Koronavirusun daha təhlükəli növü tapıld

korona 3

 

Vyetnamın Da Nanq istirahət mərkəzindən 80 min turist koronavirusun ikinci dalğası ilə əlaqədar ölkədən çıxarılıb.

Turkustan.info-nun məlumatına görə, buna səbəb son beş gündə bölgədə yeni növ koronavirusa dörd yoluxma hadisəsinin baş verməsidir. Vyetnam hakimiyyət orqanlarının verdiyi məlumatda bu virusun əvvəlkindən daha təhlükəli olduğu bildirilir. Yoluxanlardan ikisi süni nəfəs aparatına qoşulub. Bununla əlaqədar Rusiya səfirliyi həmvətənlərindən Vyetnamın mərkəzi bölgələrinə getməmələrini xahiş edib. Rusiya Federasiyaından xaricə uçuşlar olmadığından müraciətin xaricdəki vətəndaşlara ünvanlanıb.

Lakin sonradan daha təhlükəli ştamlara yoluxanların sayı 4-dən 11 nəfərə yüksəlib. Əlavə edək ki, Çinin Liaoninq əyalətindəki 6 milyonluq Dalian şəhərinin bütün əhalisinin koronavirus üçün tələsik sınaqdan keçiriləcəyi xəbər verilir. Tədbir dəniz məhsulları emalı zavodunda baş verən hadisə ilə bağlıdır. Hakimiyyət dörd gün ərzində bütün sakinlərin analizini başa çatdırmağı planlaşdırır.    /Cebhe. info/

araz.az

Əlaqəli xəbərlər