cay 0045İtburnu çayının müntəzəm istehlakı insan sağlamlığına çox müsbət təsir edir. Saglamolun.az Express nəşrinə istinadla bildirir ki, bu haqda Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri məlumat veriblər.

İtburnu çayı ürək xəstəliklərinin 2 əsas faktoru olan xolesterin və triqliseridlərin səviyyəsini aşağı salır.

Həmçinin itburnu flavonoidlərlə zəngindir. Flavonoidlər yüksək təzyiqi aşağı salır, qan dövranını yaxşılaşdırır.

İtburnu qanda şəkərin və insulinin səviyyəsini normallaşdırır və bununla da 2-ci tip diabetdən qoruyur.

Mütəxəssislərin fikrinə görə, itburnu çayı piylənmənin əla profilaktikasıdır. Tilirozid antioksidantı sayəsində itburnu piylərin parçalanmasını sürətləndirir.

İtburnu çayı dəriyə də çox müsbət təsir edir, onu cavan saxlayır, gün şüalarının dəriyə olan mənfi təsirini azaldır.

İtburnu çayını hazırlamaq üçün 1 xörək qaşığı itburnu meyvəsi üçün 1 stəkan qaynar su götürülür. İtburnu meyvələrini dəmləndikdən əvvəl həvəngdəstədə yaxşı əzmək lazımdır. Çayı axşamdan termosda dəmləyin, səhər isə bir neçə dəfə steril tənzifdən süzün. Bu çox vacibdir. Məsələ burasındadır ki, itburnunun içərisində kiçik tükcüklər var ki, bu tükcüklər mədə-bağırsaq sisteminə düşdükdə, onu qıcıqlandıra bilər.

İtburnu çayını gün ərzində 2-3 dəfə 1/2 stəkan (100 ml) olmaqla qəbul etmək olar.

Saglamolun.Az