Azərbaycanda pulsuz vaksinin kimlərə vurulacağı bəlli oldu

peyvendPayız mövsümündə 4 valentli qrip vaksinləri risk qrupunda olanlara pulsuz vurulacaq.

Turkustan.info xəbər verir ki, vaksinin qiyməti hələlik məlum deyil.

Könüllü vaksinasiya olmaq istəyənlər üçün müəyyən məbləğ tətbiq olunacaq.

Bildirilir ki, 65 yaş və ondan yuxarılar, xroniki böyrək çatışmazlığı, ürək-qan damar sistemi xəstələri, diabetiklər və hamilələr, astma, xroniki ağciyər xəstələri olanlar risk qrupuna daxildir.

Qeyd edək ki, sonuncu brifinqdə TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov payız mövsümündə 4 valentli qrip vaksinlərinin tətbiq ediləcəyini demişdi. O bildirmişdi ki, bu vaksinlər insanlarda qrip xəstəliyinə qarşı immunitet formalaşdırır: “Azərbaycana vaksin gətirildikdən sonra hər kəsə məlumat veriləcək. Risk qrupunda olanların vaksinasiyası tövsiyə olunur”. 

araz.az

Bu şəxslərdə COVID-19 peyvəndi işə yaramaya bilər

bbbgf19Piylənmədən əziyyət çəkən şəxslərin COVID-19 xəstəliyi səbəbilə ölüm riski 48 faiz daha yüksəkdir və immunitetləri zəif olduğu üçün həmin insanlarda koronavirus peyvəndi işə yaramaya bilər.

Bu barədə Türkiyənin İmmunologiya Dərnəyinin prezidenti və Uludağ Universiteti Tibb Fakültəsinin dekan köməkçisi Barbaros Oral danışıb.

Onun sözlərinə görə, piylənmədən əziyyət çəkənlər təkcə COVID-19-a qarşı deyil, digər bir çox infeksiyalara qarşı daha həssasdırlar və bu xəstəlikləri ağır keçirirlər. Yuxarı tənəffüs yolları və pnevmoniyadan ölüm faizləri bu şəxslərdə hər zaman daha yüksəkdir: “Bu, piylənmənin immun sistemimiz üzərində birbaşa təsirləri ilə yanaşı, səbəb olduğu diabet, insulin və hipertoniya, damar sərtliyi, ürək çatışmazlığı, qaraciyər piylənməsinin mövcudluğundan da asılıdır.

Professor qeyd edib ki, piylənmədən əziyyət çəkən şəxslərin hər zaman paralel xəstəlikləri olduğu üçün onların peyvəndlənməsi vacibdir. Hətta onlara bir neçə fərqli peyvəndin vurulması da mümkündür. (publika.az)

Bu günün yoluxma sayı açıqlandı – RƏSMİ

koronavirus 7Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Turkustan.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 977 nəfər müalicə olunaraq sağalıb, 536 nəfər vəfat edib, aktiv xəstə sayı 2 065 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 597, ötən müddət ərzində isə ümumilikdə 928 666 test aparılıb.

 

 

 

 

araz.az

Azərbaycanda bu gün: Koronavirusa yoluxma sayı azaldı, 2 nəfər vəfat edib

koronavirusAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Turkustan.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33703 nəfər müalicə olunaraq sağalıb, 531 nəfər vəfat edib, aktiv xəstə sayı 2075 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6137, ötən müddət ərzində isə ümumilikdə 917027 test aparılıb.

Azərbaycanda bir gündə 135 nəfər COVID-19-a yoluxub, 127 nəfər sağalıb, 2 nəfər vəfat edib

Koronavirus şiddətli saç tökülməsinə səbəb olur? – Həkimdən açıqlama

saç tökülməsHəyatımızın son aylarında ən çox danışılan mövzu yeni tipli koronavirus – SARS-CoV-2 Covid-19 virusu və onun törətdiyi xəstəlikdir.
Virusun törətdiyi pandemiyanın tüğyan etdiyi ilk dönəmlərdə öyrəndik ki, Covid-19 məruz qaldığı mutasiyalar nəticəsində bildiyimiz başqa viruslardan əlamətlərinə, bu əlamətlərin ağırlıq dərəcəsinə görə fərqlənir. Həmçinin məlum oldu ki, bu virusun törətdiyi xəstəlik ağır tənəffüs çatışmamazlığına səbəb olan pnevmoniya əmələ gətirə bilər ki, bu da ciddi ağırlaşmalar törədə bilər, və bu səbəbdən də Covid-19-un ölüm faizi digər respirator viruslardan yaranan xəstəliklərlə müqayisədə xeyli yüksəkdir.
Aylar keçdikcə həkimlər xəstələrin müşahidəsi zamanı yeni əlamətlər qeyd etməyə başladılar – virus nəticəsində qan damarlarında tromboemboliyanın əmələ gəlməsi, sinir sistemində pozulmalar, dəridə yaranan səpkilər və s.
Saç və baş dərisinin diaqnostika və müalicəsi ilə məşğul olan həkim kimi onu demək istəyirəm ki, son vaxtlarda Covid-19-a yoluxub sağalmış xəstələrin bir çoxu reaktiv (şiddətli) saç tökülməsi şikayəti ilə müraciət edirlər.
Bildiyimiz kimi, Covid-19 virusuna yoluxmuş xəstələrdə ağırlaşmaların riski pasiyentin yaşı və yanaşı xroniki xəstəliklərin olub-olmadığı ilə əlaqəlidir. Amma xəstəlikdən yaranan və adətən sagalandan bir neçə həftə (6-10 həftə) sonra başlayan şiddətli saç tökülməsinə həm cavan, həm də nisbətən yaşlı xəstələrdə rast gəlinir. Bunun səbəblərini belə izah edə bilərəm:
1. Xəstəlik zamanı əmələ gələn güclü intoksikasiya orqanizmin bütün toxumalarına olduğu kimi, saçlara da toksiki təsir göstərir.
2. İnsan orqanizmi və onun immuniteti indiyədək heç vaxt görmədiyi, tanımadığı virusla qarşılaşdıqda güclü streslə qarşı-qarşıya gəlir. Bunun üzərinə insanın bu xəstəliyə yoluxma faktı, xəstəxana şəraiti və s. ilə əlaqədar məruz qaldığı psixoloji stress də gələrsə, bu stressin miqyasını təsəvvür etmək çətin deyil.
3. Covid-19 virusuna yoluxub xəstəliyi ağır keçirən xəstələrə tətbiq olunan antiviral preparatlar, ağır antibiotik kombinasiyaları, antikoaqulyantlar, xinin və s. preparatların da yan təsiri güclü saç tökülməsi ola bilir. Buna trixologiyada “medikamentoz allopesiya” deyilir. Kimyəvi maddələrin təsirindən, hətta anagen tökülmə yarana bilər ki, bu zaman saçlar tökülmə (telogen) fazasına keçmədən inkişaf fazasında (anagen) reaktiv tökülməyə məruz qala bilər.
4. Ağır Covid-19 xəstələrində “sitokin fırtınası” deyilən immun reaksiya əmələ gələ bilər ki, bu vəziyyət də reaktiv saç tökülməsinə səbəb ola bilər. Həmçinin bütün remissiya vəziyyətində olan autoimmun xəstəliklər kimi, Allopesiya areata (Ocaqlı allopesiya) xəstəliyinin daha da kəskinləşməsinə səbəb ola bilər.
Bütün bu səbəblərdən saçların çox hissəsi inkişaf fazasından (anagen) birbaşa tökülmə (telogen) fazaya keçir və pasiyent şiddətli saç tökülməsi ilə qarşı-qarşıya gəlir. Lakin bir çox hallarda bir neçə ay ərzində saç tökülməsi həkim müdaxiləsi olmadan belə stabilləşir, saçlar xəstəlikdən əvvəlki vəziyyətinə qayıdır, əsasən həkimə müraciət etməyə ehtiyac olmur.
Əgər pasiyentdə saç tökülməsi ilə əlaqədar olaraq hədsiz təşviş yaranarsa, bu saç tökülməsini daha da artırar və tamamilə saçlarını itirmək qorxusu yaşayan xəstə yaşadığı psixoloji gərginlik səbəbindən artıq stress səbəbli saç tökülməsi ilə üzləşər ki, bunun müalicəsi üçün isə mütləq həkimə müraciət etmək lazımdır.
Bəzi hallarda stress, gərginlik etiologiyalı saç tökülmələrini uzun illər müalicə etmək lazım gəlir.
Həkim-trixoloq Gültəkin Abdullayeva    /medicina.az/

3 -dən səhifə 36

Əlaqəli xəbərlər