Bu şirədən cəmi 1 stəkan içsəniz, 3 gündə damarlarınız təmizlənəcək, ürək tutmalarından uzaq olacaqsınız!

1516286728_screenshot_2.jpg

Bu şirədən cəmi 1 stəkan içsəniz, 3 gündə damarlarınız təmizlənəcək, ürək tutmalarından, uzaq olacaqsınız!

Xolesterinin toplanması, artması orqanizmdə ürək tutmalarına, infarkta və ifliclərə gətirib çıxarır.

Ürək çatışmamazlığı xəstəliyi nəticəsində hər gün 2500 nəfər ölür.

Xolesterinin toplanması, arteriyaların tıxanması, ürək tutmalarının əsas səbəbləri aşağıdakılardır.

Qan damarlarında piyin toplanması, həmçinin yağlı qida, qeyri-sağlam həyat tərzi və yüksək kalorili məhsulları istehlakı, emal olunmaması səbəb olur.

SaqlamHeyat.az xarici mətbuata istinadən, qan damarları və orqanizmi təmizləyən möhtəşəm resept təqdim edir.

Bu vasitə qan damarlarını təmizləyəçək, kirəcləşməni aradan qaldıracaq, gələcəkdə ürək tutmalarının qarşısını almağa kömək edəcək.

Beləliklə, sizə lazım olacaq:

1 stəkan təzə sıxılmış pomidor şirəsi
Döyülmüş zəncəfil 1 xörək qaşığı.
İstiot 1/2 çay qaşığı 
Limon şirəsi 1/4 fincan
Kərəviz saplağı – 2 ədəd.

Hazırlanma qaydası:

Bütün ərzaqları qarışdırın, çox dadlı və vitamınli bir içki alınır. Hər gün səhər yeməkdəm 20 dəqiqə əvvəl için.

Bu dadı içki olan qan damarlarından piy təbəqələrini əridəcək , arterial təzyiqin azalmasına kömək edir.

Ürək tutmalarından qorunmaq üçün müntəzəm olaraq bu içkidən istifadə edin.

 

Yəhudi alimlər xərçəngin müalicəsini tapdı: Bütün dünya qələbəni bayram edir!

1516467805_617988_02_1516349744.jpg

İsrailin biotexnika şirkəti xərçəng xəstələri üçün terapevtik vaksin hazırlayıb.
Araz.az Rusiya mətbuatına əsasən xəbər verir ki, bu vaksin xəstəliyin residivi (təkrar ağırlaşması) hallarının təxminən 90 faizi qarşısını ala bilər.
Vaksinlər hazırda İsrailin Qüds şəhərindəki "Haddasa" xəstəxanasında kliniki sınaqdan keçirilir. Lakin həkimlər artıq 2017-ci ildə vaksinlərin nəinki onkoloji xəstəliklərin müalicəsində, həm də xərçəngin yaranmasının qarşısını almaq üçün tətbiq oluna biləcəyini söyləyib.
Vaksinlər qan xərçənginin müalicəsi, daha dəqiq desək, bir çoxsaylı mielomalar üçün nəzərdə tutulub . Əgər preparat gözlənildiyi kimi təsir göstərərsə, onda o, bütün xərçəng növlərinin 90 faizinə tətbiq edilə bilər. Buraya prostat və süd vəzisi, o cümlədən ağır və yüngül şişlər də daxildir.
Xərçəng xəstəliyi zamanı orqanizm nəyinsə qaydasında getmədiyini bilir, lakin immun sistemi virus və infeksiyalarda göstərdiyi müqaviməti burada tətbiq edə, necə reaksiya göstərmək lazım olduğunu və ümumiyyətlə mübarizə yollarını bilmir. Bu isə ona görə baş verir ki, xərçəng hüceyrələri orqanizmin düzgün inkişaf etməyən öz hüceyrələridir. Bununla yanaşı, xərçəng xəstəliyinin müalicəsində xəstənin immun sistemi çox sarsılır.
Vaksinin təsirinin əsas ideyası immun sistemini yaranmış təhlükəyə qarşı aktivləşdirməkdən ibarətdir. Ənənəvi vaksin immun sistemini bakteriyalar və viruslar kimi "yabançı işğalçılardan" qorunmağa kömək edir. Və onu bu xəstəliyə tutulmayan insanlara tətbiq edirlər. Terapevtik vaksin isə xərçəng xəstələrinə verilir və dərman təsir göstərir.
Yeni vaksin immun sistemini aktivləşdirmək yolu ilə fəaliyyət göstərir və bir qayda olaraq yalnız xərçəng hüceyrələrində rast gəlinən MUC1 molekullarını məhv edir. Qeyd edək ki, 90 faizdən çox yayılmış xərçəng şişlərinsə: bir çox yüngül şişlər, limfoma, leykemiya, eləcə də mieloma şişlərində MUC1 molekulu var.
Xərçəngin gecikmiş mərhələlərində əvvəlki kimi kimyəvi terapiya və şişin ölçüsündən asılı olaraq cərrahiyyə əməliyyatı tələb oluna bilər, lakin xərçəng şişinin həcmi kiçikdirsə, onda orqanizm onunla mübarizə aparmaq imkanına malik olacaq. Bu hallarda vaksin xəstəliyin yenidən ağırlaşamasının qarşısını almaq üçün uzunmüddətli yanaşma kimi baxılır.

Alimlər: Soğan xərçəngin qarşısını alır

Health_Benefits_onions.jpg

Mütəxəssislər iddia edirlər ki, soğan, pomidor, giləmeyvə, göbələk və cəfəridən daima istifadə olunduğu halda xərçəng riski azalır.

Araz.Az-ın xəbərinə görə, bu barədə The Telegraph nəşri yazır.

Məlumdur ki, qərb həyat tərzinə xarakterik olan qida bağırsaq, süd, prostat vəzisi və ağ ciyər xərçənginə səbəb olur. Əsas faktorlardan biri də artıq çəkidir. 

Sübut edilib ki, meyvə və tərəvəzdən istifadə bədxassəli şişlərin yaranma ehtimalını 80 faiz azaldır.

Diyetoloq Toral Şahın sözlərinə görə, soğan və sarımsaqda olan alliçin insan orqanizmində toksik onkogen maddələrlə birləşir və onların orqanizmdən çıxarılmasına kömək edir. Pomidorlarda likopin maddəsi prostat vəzisi xərçənginin qarşısını alır. Giləmeyvələrdə hüceyrələrin nəzarətsiz bölünməsinə səbəb olan zülalların fəallığının qarşısını alan birləşmələr var. Göbələklər immun sisteminin fəaliyyətini stimullaşdırır, cəfəri isə şiş toxumalarında qan damarlarının formalaşmasının qarşısını alır.

Ağciyər xərçənginə qarşı 1 dəstəsi belə kifayətdir

402790799.jpg

Ağciyər təmizləmə reseptini təqdim edirik.

Lazım olanlar:

Yarım litr su

15 yarpaq təzə və yaşıl çuğundur yarpağı

Hazırlanması:

Suyu qaynadın. İçərisinə təzə və yaşıl çuğundur yarpağı atın və ağzını kip bağlayıb, vam odda 3 dəqiqə qaynadın. 3 dəqiqə sonra,  soyumasını gözləmədən dərhal süzün. Soyuduqdan sonra, yaxud da ilıq halda için.

Bəs, nə zaman içə bilərik?

Aç halda, yaxud da yeməkdən 2-2,5 saat sonra hamısını için. İçərkən yanında heç nə yeməyin və içərisinə heç bir şey əlavə etməyin.

Neçə müddət tətbiq etmək olar?

Həftənin 5 günü olmaqla, ayda bir dəfə tədbiq oluna bilər.

Müalicənin nəticəsi:

Bəlğəmgətirici effektə sahib olduğu üçün resepti tətbiq etməyə başladıqdan bir iki gün sonra nəfəs almağınız rahatlayacaq, özünüzü gümrah hiss edəçəksiniz.

Ağız qoxusunu aparır, dişləri ağardır… – Bu yağla qarqara edin

848_51888744995291d00ea58ff2facb14b09cc.jpg

Hazırda bütün dünyada insanlar arasında ən geniş yayılan sağlamlıq fəaliyyətlərindən biri ağızda yağla qarqara (oil pulling) üsuludur.

Araz.az-ın Ailem.az saytına istinadən yağla qarqaranın saymaqla bitməyən faydalarını diqqətinizə çatdırır.

Yağla qarqaranın faydaları:

– Diş çürüklərini müalicə edir

– Ağız qoxusunu yox edir

– Diş əti qanamalarının qarşısını alır

– Ürək narahatlıqlarını aradan götürür

– İltihab yaranmasını əngəlləyir

– Dişləri ağardır

– Yağ diş ləkələrini apararaq ləkələri yox edir

– Boğaz ağrılarına faydalıdır

– İmmuniteti gücləndirir

– Damağı gücləndirir

Detoks təsirli kəşf

Bu, Hindistanda təmizləyici və detoks təsirli bir proses olaraq kəşf edilib. Yağla qarqara təbii yağların ağızda bir neçə dəqiqə çalxalanaraq, ağız içərisindəki bakteriyaların yox edilməsidir. Qarqara əsnasında ağız içi bakteriyalar bu yağa yapışır və yağ – qida artığı və bakteriya tüpürülərək orqanizmdən atılır.

Yağdan necə istifadə etməli?

İstifadə etdiyiniz yağ ağız içi təbəqəyə əmiləcəyindən orqanik yağ istifadə etməniz daha məsləhətdir. Bu prosesə günorta yeməyindən sonra, yatmazdan qabaq, ya da səhərlər başlamaq olar. Adətən yağla qarqara səhərlər acqarına edilir.

Kakos yağı ilə qarqara

Kakos yağı ilə qarqara ağız içi bakteriyalarını yox edərək, ağız və damaq sağlamlığına əhəmiyyətli bir fayda qatar. Bu vasitə ilə daha sağlam bir ağız içinə və ağappaq dişlərə nail ola bilərsiniz.

Təxminən bir xörək qaşığı kakos yağını ağzınıza alın. Üz və boğaz əzələlərini istifadə edərək ağzınızda çalxalayın. Ağzınızdakı yağ tüpürcəklə qarışdıqda daha asan çalxalanacaq.

Bir neçə dəqiqəlik qarqaradan sonra ağzınızda yemək qalıqları, bakteriya və digər istənməyən maddələr bu yağa qarışır. Yağı tüpürdükdən sonra ağzınızı ilıq su ilə çalxalayın.

Bununla yanaşı yağla qarqarada susam yağı, zeytun yağı da faydalıdır.

22 -dən səhifə 28

Əlaqəli xəbərlər