SOS: Şəkər xəstələrinin sayı sürətlə artır

diabet_270913.jpg

Azərbaycanda son 7 ildə qeydiyyata düşən şəkərli diabet xəstələrinin sayı 100 min nəfər artıb. Bu dəhşətli xəstəlik hər il daha çox insanı əhatə edərək cavanlaşmaqdadır. 
 "Xəzər TV" şəkərli diabet xəstələrinin sayının artmasının səbəblərini araşdırıb.
 Respublika üzrə şəkərli diabet xəstəliyinə yoluxanların sayı artır. Belə ki, 2011-ci ildə bu xəstəlikdən əziyyət çəkənlərin rəsmi qeydiyyatında 135 min 735 nəfər var idisə, hazırda bu say 242 min nəfəri ötüb. Bu isə Azərbaycanda hər yüz nəfərdən ikisinin şəkərli diabet xəstəsi olması deməkdir.
 Maraqlısı isə budur ki, bu xəstəliyə yoluxanların beş faizə yaxını, yəni 9500 nəfərə yaxını 17 yaşınadək olan yeniyetmə va uşaqlardır. Şəkərli diabet xəstəliyinə yoluxanların 20 faizini 18-35 yaş arasında, 40 faizə yaxını 36-50, 33 faizini isə 65 yaşdan yuxarı insanlar təşkil edir..
 Əksər hallarda insanlar şəkər xəstəliyini gizli keçirdiyindən bəzi məqamlara diqqət etmələri vacibdir. Ekspertlər bildirir ki, orqanizmdə baş verən bir sıra dəyişikliklər şəkər xəstəliyinin xəbərçisi ola bilər.
 Məsələ ilə bağlı Respublika Endokrinologiya mərkəzinin direktoru Yusif İsmizadənin "Xəzər Xəbər"ə verdiyi məlumata görə hər il dünyada şəkər xəstələrinin sayı 10-12 faiz artır. Azərbaycanda isə coxlu sayda insan şəkər xəstəsi olsa belə bundan xəbərsiz olur və onların xəstəliyi məhz yoxlamalar zamanı üzə çıxıb. Buna görə də son 7 ildə qeydiyyata düşən şəkər xəstələrinin sayı 100 min nəfərdən artıq olub.

BELİM AĞRIYIR deyənlərə-ŞAD XƏBƏR

bel-agrisi-bir-cok-hastaligin-.jpg

İllərlə fərqində olmadan apardığımız qeyri-aktiv həyat tərzi nəticəsində səhhətimizdə ciddi sıxıntılara səbəb olur.
Bel ağrılarının əsas səbəbləri bunlardır:

  • Oturaqlı iş həyatı
  • Davamlı sükan arxasında olmaq
  • İdman və aktiv həyat tərzinin olmaması
  • Səhər yüngül idmanına zaman ayırmamaq

Təəccüblənməyə dəyməz, çünki müasir həyat tərzi, ofis işi, kompüterləşdirmə, ən yaxşı dostlarımız televizor və divan olduqda və mükəmməl fiziki yükün olmaması onurğaya pis təsir edir.
Belə həyat tərzinin nəticələri isə bunlardır:

  • Skolioz
  • qamətin pozulması
  • belin bərk bükülməsi
  • lümbaqo
  • radikulit
  • bel əzələlərinin yüksək yorulması

Bütün bunlar da bronxial təngnəfəslik, xora, hipertoniya, ürək ahənginin pozulması, baş ağrıları, radikulit, nevralgiya, məyusluq və tez yorulma kimi xəstəliklərə səbəb olur.
Əsasən 30-40 yaşdan sonra.
İstənilən xəstəliyin müalicəsinə başlamadan öncə doğru və dəqiq DİAQNOZ qoyulmalıdır.
Dəqiq diaqnostikanın aparılması üçün klinikamızda “DAVİD” diaqnostika cihazları var. BÜTÜN bədəninizdə olan əzələlər kontrol edilir. Sizə bədəninizdə olan əzələlərin HAMISI ilə əlaqəli təfərrüatlı məlumat verilir.
Diaqnostikadan sonra isə MƏHZ Sizə uyğun təlim proqramı müəyyən edilir və yazılır.

Səhiyyə Nazirliyində dərman maxinasiyası: büdcədən milyonlar necə “silinir”?(FOTOFAKT)

Sehiyye-Nazirliyi.jpg

“İnnovasiya və Təchizat Mərkəzi dövlət xəstəxanalarına paylanılan dərmanlar və laboratoriya reaktivlərinin ikiqat qiymətə rəsmiləşdirilir”

Azərbaycanın səhiyyə sistemində korrupsiya və “yeyinti” halları ilə bağlı KİV-də davamlı olaraq müxtəlif məlumatlar dərc olunur.

Bir sıra dövlət xəstəxanalarında müayinə və müalicə işlərinə görə xəstələrdən “fantastik” məbləğin tələb olunması heç kimə sirr deyil. Hətta dövlət tərəfindən pulsuz ayrılan dərmanların xəstələrə pulla satılması barədə məlumatlar da cəmiyyətdə yetərincə yayılıb. Lakin Qafqaznews.az-a dərman vasitələri, reaktiv və digər ləvazimatların yalnız xəstələrə yox, dövlətə də baha qiymətə “satılması” barədə ilginç məlumatlar daxil olub.

Xərçəng xəstəliyinə yol açan 10 ƏN TƏHLÜKƏLİ TİBBİ MÜAYİNƏ

xerceng huc

Tibbi müayinələr zamanı insan sağlamlığını təhlükəyə atacaq cihazların olduğunu bilirsizmi? Həkimlərin məsləhət gördüyü aparatlardan keçməyə tələsməyin. Sağalmaq üçün müraciət etdiyiniz xəstəxanalardakı tibbi cihazların əksəriyyəti insan orqanizmində sağalmaz xəstəliklər yarada bilir.

Publika.az oxucularına insan sağlamlığı üçün ən təhlükəli xəstəliklər yaradan 10 tibbi cihaz haqqında maraqlı faktları təqdim edir:

24 -dən səhifə 28

Əlaqəli xəbərlər