Yuxu zamanı qolların keyiməsi. SƏBƏBLƏR

keyime 12Bir çox insanlar bu problemlə üzləşir. İnsan səhər oyananda qolunu hiss etmir, qolda sancma və ağrı hissi olunur.

Dərhal təşvişə düşməyin. Bunun səbəbi çox adi ola bilər.

Qollarda keyimənin səbəbləri müxtəlifdir. Əksər hallarda bu narahat pozada yatmaq, çox hündür yastıq, dar gecə paltarı, ağır fiziki iş və s. ola bilər.

Lakin bəzən qollarda keyimə bəzi xəstəliklərin simptomu kimi meydana çıxır.

Əgər qollar tək gecə deyil, gündüz də keyiyir, keyimə gec keçir, keyimə ani şəkildə baş verir, əllər getdikcə zəifləyir və s. kimi simptomlar əmələ gəlirsə, mütləq həkimə müraciət edin. Bu hər hansı xəstəliyin simptomu ola bilər. Saglamolun.az sizə bu xəstəlikləri təqdim edir:

- bilək kanalının sindromu. Bu zaman əllərdə keyimə və ağrı yaranır, vaxt keçdikcə insan adi əl hərəkətləri edə bilmir, əlində bir əşya sıxa bilmir və s. Bu çox ciddi pozulma hətta əlilliyin inkişafına səbəb ola bilər. Bir çox hallarda bu pozulma kompüterdə işləyən insanlarda, dərzilərdə, musiqiçilərdə, rəngsazlarda inkişaf edir.  

- onurğa sütunu xəstəlikləri. Bu zaman qollara gedən sinirlər və qan damarları sıxılır ki, nəticədə qollar keyiyir.  

- şəkərli diabet

- qanazlığı

- ürək və damar xəstəlikləri

- sinir sistemi xəstəlikləri.

Saglamolun.Az

“Vaksin istehsal olunana kimi koronavirus yox olacaq” – Professor

peyvend 1“Çin çox əziyyət çəkməsin. Bu vaksin ortaya çıxıb, təsdiq olunub, kütləvi istehsalına qədər bu virus tarixin arxivinə qovuşacaq”.
Turkustan.info xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Çində hazırlanan vaksinin dekabrda bazara çıxacağından danışarkən deyib. Professor bildirib ki, hər hazırlanan vaksin effektli nəticə verməyə də bilər:
“Vaksinlə bağlı şox seylər yazıla bilər. Vaksin illüziyasına çox fikir vermək lazım deyil. Rusiya da vaksin istehsal edir, amma görürsünüz, ciddiyə alınmadı. Dünya Səhiyyə Təşkilatı onların qarşısına şərt qoydu. Əvvəla, virus davam eləsə də, vaksinin necə təsir edəcəyi məsələsi var. Vaksin həmişə uğurlu olmur”.
Adil Qeybulla Çinin hazırladığı vaksindən ciddi nəticə gözləmədiyini deyib.
Qeyd edək ki, Çin vaksin hazırlığına başlayıb. Onların hazırladığı koronavirus peyvəndi 2020-ci il dekabrın sonundan etibarən bazara çıxacaq.

araz.az

Xərçəngi məhv edir, orqanizmi təmizləyir - Ucuz və faydalı meyvə

gavali 991Gavalı immun sistemini qüvvətləndirən ən faydalı meyvələrdəndir.

Publika.az xəbər verir ki, bu təbiət möcüzəsi digər meyvələrə nisbətən daha güclü antioksidant tərkiblidir.

Hər növ torpaqda yetişən və elmə 2000 növü məlum olan gavalının ən çox istifadə edilən növü qara gavalıdır.

Faydaları:

İmmun sisteminin qüvvətlənməsi və xəstəliklərə qarşı qorunmaq üçün daha çox qida dəyəri baxımından zəngin və antioksidant qaynağı olan meyvələrin istifadəsi tövsiyə edilir. Rəngi tünd olan meyvələrin bu xüsusiyyətləri isə digərlərinə nisbətən daha çoxdur.

1. Orqanizmdəki toksinləri atır, xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır. Sağlam hüceyrələrin çoxalmasını təmin edir.

2. Tərkibindəki vitamin və minerallar vücudun enerji dəyəri ehtiyacını qarşılayır.

3. Bağırsaq və mədəni rahatlaşdırır. Həzm sistemini asanlaşdırır.

4. Siqaret, spirtli içkidən istifadə edən və sağlam qidalanmayanların bədənindəki zərərləri aradan qaldırır, qaraciyəri təmizləyir.

5. Qan təzyiqinin nizamlılığına yardımçı olur.

6. Xolesterolun səviyyəsini aşağı salır.

7. İltihabqovucudur. İnfeksiyaları təbii yollarla zərərsizləşdirir.

8. C vitamini ilə zəngindir.

9. A vitamini tərkibi sayəsində gözlərin sağlamlığını qoruyur.

10. Gündəlik yorğunluğu aradan qaldırır.

11. Lif qaynaqlı gavalı bağırsağın hərəkətliliyini artırır. Qəbzlik problemi yaşayanların istifadə etməsi məsləhətlidir.

Saglamolun.Az

Korona 2 həftəyə məhv olur? – Açıqlama

1584617406308 HXLfAZ8V e1593874232769Səhiyyə Nazirliyinin COVİD-19 testi pozitiv çıxan və evdə müalicə alan şəxslərin 14 gündən sonra avtomatik olaraq sağalmış sayması barədə məlumat yayılıb. Maraqlıdır, koronaviruslu xəstə həqiqətənmi 14 gün ərzində sağala bilər və onların test vermədən sistemdə sağalmış hesab edilməsi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, virusun sağalma müddəti onun orqanizmə nə qədər daxil olmasından asılıdır:

“Virusa yoluxan vətəndaşlar səhhəti ağırlaşmadığı halda 14 gündən sonra sağalmış hesab oluna bilər. Xəstədə virusun heç bir əlaməti olmasa, subklinik formada xəstəliyi keçirərsə, o, sağalmış hesab edilir. Evdə müalicə alan xəstələr müalicə bitdikdən sonra test edilməlidir. Virusun ətraf üçün yoluxuculuğu yoxlanılmalıdır. Virusa yoluxan insanın sağalma müddəti koronanın orqanizmə hansı miqdarda daxil olmasından asılıdır. Xəstə var ki, 1-2 ay müalicə alır, xəstə də var, 2 həftəyə virus yoxa çıxır. Əgər evdə müalicə alan xəstələrə 2 həftə vaxt qoyublarsa, hər halda 2 həftə ərzində nələrsə yoxlanılır. Ola bilməz ki, onlar yoxlanmadan sistemdə sağalmış kimi göstərilsin”.

araz.az

Səhiyyə Nazirliyindən absurd açıqlama: Evdə müalicə alanlar 14 gün sonra avtomatik sağalmış sayılır

sehiyyenazirliyiJurnalist Dünya Sakit koronavirusa yoluxmuş qardaşı oğlunun 15 gündən sonra təkrar test vermək istəyinə poliklinikadan “yox” cavabı verilməsindən narazılığını bildirib.

D.Sakit qeyd edib ki, qardaşı oğlu xəstəliyi simptomsuz evdə keçirib: “15 gündən sonra təkrar test olunmasını istədik. Yerli poliklinikadan dedilər ki, artıq ikinci test eləməyə icazə verilmir, 15 gündən sonra pozitivlərin hamısı sağalmış kimi qeydiyyata alınır”.

D.Sakit həmçinin qeyd edib ki, koronavirusa yoluxmuş həyat yoldaşının qan dəyərlərini yoxlatmaq istəyinə də “yox” cavabı verilib:

“Poliklinika və 103 xidmətindən dedilər ki, biz evdə heç kimdən analiz götürmürük, özələ gedin. Yaxşı, koronaviruslu xəstə evindən çıxanda 300 manat cərimə, yaxud cinayət işi açılır. Bu adam özəl klinikaya necə getsin? Özəl klinikalara zəng vurdum, dedim, qanını gətirim analiz edin, dedilər, qəti olmaz, siz xəstə ilə eyni evdə yaşayırsınız, kontaktda olursunuz, sizi klinikaya buraxa bilmərik”.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı “Qafqazinfo”ya bildirilib ki, vətəndaşa hər iki halda prosedura uyğun olaraq doğru cavab verilib:

“Qəbul edilmiş evdə müalicə proseduruna uyğun olaraq, COVİD-19 testi pozitiv çıxan və evdə müalicə olunan şəxslər 14 gündən sonra avtomatik olaraq sağalmış sayılır və onların adı sistemdən silinir. Həmin şəxslərdən təkrar test götürməyə ehtiyac yoxdur. Bu şəxslər artıq koronaviruslu xəstə sayılmadığı üçün evdən çıxmalarına görə də cinayət məsuliyyətinə cəlb olunmurlar.

Qan analizi götürülməsinə gəldikdə isə, COVİD-19 xəstələrinin evdə müalicə proseduruna evdə qan analizi götürülməsi daxil deyil”. (Qafqazinfo)

6 -dən səhifə 37

Əlaqəli xəbərlər