“Arbidol”, “Erqoferon” və “Tamiflu”nu boş yerə qəbul etməyin, heç bir təsiri yoxdur – SENSASİON AÇIQLAMA

derman

Həkim pulmonoloq Əlizamin Sadıqovun COVİD-19 barədə yazısını təqdim edirik:

- Əgər ailədə bir adam COVİD-19-a tutulubsa, sözsüz hamı tutulub, analizin neqativ çıxmasına baxmayaraq. Analiz götürülmə vaxtından asılı olaraq yanlış neqativ göstərə bilər. Xəstəliyin 2-4-5-ci günləri analiz düzgün gostərir. Ona görə yoxlanan hər iki adamdan birində səhv gostərir.

Ona görə əlaqədə olanların analizi neqativ çıxsa da, COVİD sayılır. Simptomsuzlar 10 gün, əlamət olanlar 14 gün evde qalmalıdırlar. 80 faiz hallarda COVİD simptomsuz keçir.

- COVİD-in tüğyan elədiyi bir vaxtda adi qrip olmur, ən azından hamı maskada gəzdiyindən, həm də  COVİD-19-un gücündən. Ona görə kataral əlamətləri olan analizi neqativ çıxan hər bir kəsə COVİD kimi baxılmalıdır. 14 gün evdə qalmalıdır. Bu arada, adi qrip COVİD-dən heç nə ilə ferqlənmir. Tək iybilmə dadbilmə burada çox pozulur.

- Bədən temperaturunun 37,4 dərəcəyə qədər olması norma sayılır. Egər başqa əlamətlər varsa, onda patologiya sayıla bilər.

- Asimptomatik COVİD xəstələrinə heç bir müalicə lazım deyil, sadəcə, 10 gün evdə qalmaları kifayətdir.

- Yüngül əlamətləri olan (iybilmə, dadbilmənin pozulması, kürəkdə ağrı, əzələ ağrıları, əllərin, ayaqların keyiməsi, paresteziyalar, qusma, diareya...) xəstələrə də mualicə lazım deyil, 14 gün evdə qalmaları və çox maye qəbul etmələri kifayətdir. Ancaq yaşlı, risk qrupuna aid xəstələrə (diabetiklər, ürək xəstələri) antiviral və antikoaqulyant müalıcə təyin olunur.

- Antiviral dərmanlardan “Arbidol”u, “Erqoferon”u, “Tamiflu”nu boş yerə qəbul etməyin, heç bir təsiri yoxdur. Yalnız “Favipravir” tam təsdiqini tapmasa da, xəstəliyin erkən fazalarında 8-ci gününə qədər təyin etdikdə effekt verir. Təngnəfəsliyi olan ağır xəstələrə, espirator distress sindromunda, sitokin qasırğasında favipravir təsir etmir, burada “Remdesevir” öz effektliyini tam təsdiqləyib. Xəstəliyin 8-ci günündən intubasiya olmayanlara 5 gün, intubasiya olanlara 10 gün təyin olunur və çox effekt verir.

- Antikoaqulyantların (heparin, kleksan) təyini.Əgər d-dimer normanın aşagı səviyyəsi (500) 6 dəfə artarsa, yəni 3 000-dən yuxarı olarsa təyin olunur. Aspirinin d-dimerə heç bir təsiri yoxdur, o protrombin vaxtına təsir edir. Ona görə aspirini problemli xəstələr əvvəl qəbul edirdilərsə, eləcə də davam edirlər.

- Xəstəliyin əsas ağırlıq göstəricisi  d-dimer və lımfositlərin sayına baxmaq lazımdır. Lımfositləri 0 olan xəstə ölür.

- Bütün həkimlər yüksək dozada Vit.C yazırlar. Ancaq bu, düzgün deyil. Onsuz da bu virus qanı laxtalandıraraq ağciyər arter-venoz trombozunu, insult, infarktı yaradır. Bu yandan da böyük doza vit.C qanı qatılaşdırır. Ümumiyyətlə, vitC-nin patoqenetik təyini də mənasızdır, çünki o ancaq kollagen yaradır.

- Bütün Baki azitromisin içir, ancaq heç bir təsiri yoxdur. Xaricdə artıq azitromisin effektsiz bir dərman kimi sıradan çıxarılır, işlədilmir. Təyin etməyin azitromisini! Eyni zamanda bu lazımsız vitaminləri də təyin etmək lazım deyil, mənasızdır.

- Ancaq təngnəfəslik olanda KT lazımdır. Asimptomatik xəstədə KT  20%-ə qədər zədələnmə göstərərsə, heç nə etmək lazım deyil, özu sovrulacaq. Ümumiyyətlə, təngnəfəslik verməyən fibroza müalicə lazım deyil.

- Aspirinin təyininə dair: aspirin risk qrupunda (ürək damar xəstəlik) təyin olunur. Arterial trombozda aspirin, venoz trombozda antikoaqulyant təyin olunur. Türkiyədə sağalandan sonra da aspirini 3 həftə icməyi məsləhət görürlər. Ağciyər arteriyalarının venoz trombozu təhlükəsində heparin və ya kleksanı 1 ay təyin etmək lazımdır. Bu səbəbdən bəzən COVİD-19-dan sağalmış xəstə xəstəliyin 28-ci günündə qəfildən ölür. Trombositlərin sayı 100 000-dən yuxarı olanda qorxmadan antikoaqulyant təyin etmək olar, qanaxma olmur.

- Qripp vaksini alan xəstələr COVİD-19-u yüngül keçirir.

- Uşaqlar, hamilələr yüngül kecirir, evdə oturmaları çoxlu maye qəbul etmələri kifayətdir.

- Vərəm keçirmiş adamlarda COVİD vərəmi qaldırmır. Ağırlaşmasına təsir etmir.

- Autoimmun xəstələr ağır kecirir, çünki immunosupressorlar qəbul edirlər. Bu səbəbdən COVİD-də mütləq 15 gun müddətinə sitostatiklərə və QK-ə fasilə vermək lazımdır.

- Diabetiklərdə şəkərə nəzarət olmazsa, letallıq cox olar.

- Xəstədə öskürəkdən başqa heç bir əlamət yoxdursa, KT təmizdirsə, bu allerqik mənşəli öskürək ola bilər. Burada bronxolitikler effekt verir.

- Rentqen ağciyərdə 20%-ə qədər zədələnməni göstərmir, KT göstərir.

- Xəstəlik nə qədər ağır keçərsə, immunitet o qədər güclü olur, 1-2 ilə qədər təkrar yoluxma olmur, olsa da çox yüngül keçir. Bunu yoxlamaq ucun qanda lgG-ni yoxlamaq kifayətdir.

- Ciyərləri 80-90% zədələnənlərdə sağalandan sonra ağciyərlərin tutumu azaldığından halsızlıq, yorulma, təngnəfəslik qalır. Bunlara mütləq reabilitasion tədbirlər görmək lazımdır: Tənəffus gimnastikası, inqalyasion tədbirlər, fibroza qarşı antifibrotik müalicə lazımdır.

- Sağalmanı təyin etmək üçün 10-12-14-cü günlərdə iki dəfə test neqativ çıxmalıdır. D-dimer tez normallaşır, ferritin isə uzun müddət yuxarı qala bilər. Bu özu yaxşı əlamət deyil, xəstəliyin hələ də aktiv qaldığını göstərir.

- COVİD virusu adətən qanda 12-14 gün qalır. İmmun sistemi zəif adamlarda, yanaşı ağır xəstəlikləri olanlarda da 24 gun, 1 aya qədər qala bilər. Xəstəlikdən sonra postcovid sindrom ola bilər. Bu davamlı halsızlıq, kürəkdə ağrı, öskürək, təngnəfəslik kimi özünü göstərir.

Uşaqlar maska taxmalıdılarmı? – Hande Harmancının cavabı

maska

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı pandemiya şəraitində uşaqların tibbi maskadan istifadəsinin zəruri olub-olmadığı ilə bağlı məsələyə aydınlıq gətirib.

araz.az  Trend-ə istinadən xəbər verir ki, bunu H.Harmancı açıqlamasında bildirib ki, ÜST tərəfindən bir araya gətirilən beynəlxalq ekspert qrupu uşaqlarda COVID-19 xəstəliyi və yoluxması ilə bağlı dəlilləri, uşaqların maskadan istifadəsinə dair məhdud sübutları nəzərdən keçirib. Uşaqların psixososial ehtiyacları və inkişaf mərhələləri kimi amillərə əsasən ÜST və UNİCEF tövsiyə edir ki, 5 yaşa qədər uşaqlardan maskadan istifadə etmək tələb olunmamalıdır. Bu, uşağın təhlükəsizliyinə və ümumi marağına, eləcə də minimum yardımla maskadan ​​istifadə etmə qabiliyyətinə əsasən verilən qərardır.
H.Harmancı əlavə edib ki, ÜST və UNİCEF 6-11 yaş arası uşaqlar üçün maskadan istifadə qərarının bir sıra amillərə əsaslanmasını tövsiyə edir.
Həmin amilləri sadalayan ÜST rəsmisi qeyd edib ki, bunlar uşağın yaşadığı ərazidə virusun geniş yayılıb-yayılmaması, uşağın təhlükəsiz və düzgün şəkildə maskadan ​​istifadə etmə qabiliyyəti, maskalara əlçatanlıq, habelə müəyyən yerlərdə maskaların yuyulması və dəyişdirilməsi (məktəblər və uşaq baxımı xidmətləri kimi), maska taxmaq, çıxarmaq və təhlükəsiz istifadə etmək üçün uşağa yetişkin tərəfindən nəzarət və təlimat, müəllimlər, valideynlər/baxıcılar və/və ya tibb işçiləri ilə məsləhətləşərək maska ​​taxmağın öyrənmə və psixososial inkişafa potensial təsirini müəyyənləşdirmə, uşağın ciddi xəstəliklərə tutulma riski yüksək olan yaşlılar və yanaşı xəstəliyi olan şəxslərlə ünsiyyəti və düşdüyü şəraitdir.
H.Harmancı ÜST-nin əhaliyə həmişə yerli rəsmi qurumların tövsiyələrinə əməl etməyi tövsiyə etdiyini də vurğulayıb. 
araz.az 

Ömrü uzatmağın üsulu tapıldı

e1d07c7a01988fa87718377d6ba160f1

Az miqdarda bərk pendir yeməklə ömrü uzatmaq mümkündür.

araz.az  xarici KİV-ə istinadən xəbər verir ki, belə bir qənaətə Texas Universitetinin tədqiqatçıları gəliblər.

Aparılan tədqiqatların nəticələrinə görə, çeddar, brie, parmezan növünə aid pendirdə mövcud olan spermidin adlı maddə damar təzyiqini azaldır, ürək çatışmazlığı və s. ürək-damar xəstəliklərinin də ehtimalını 40 faizədək azaldır.

Həmin maddənin həmçinin qaraciyərin zədələnmiş hüceyrələrinin çoxalmasını əngəlləməklə qaraciyər fibrozunun qarşısını aldığı da üzə çıxıb. Belə ki, spermidin maddəsinin yeməklərinə qatılmış heyvanların ömrü 25 faiz uzanıb.

araz.az

DOĞRUDAN DA, "GÖMRÜK" XƏSTƏXANASI KİMİ TANIDIĞIMIZ MƏRKƏZİ GÖMRÜK HOSPİTALI GÜVƏNƏ BİLƏCƏYİMİZ TAM PROFİLLİ BİR TİBBİ XİDMƏT MƏRKƏZİDİR

1591786570 gomruk qospitaliPANDEMİYA VƏ MÜHARİBƏ DÖVRÜNDƏ HOSPİTALIN AĞIR ŞƏRAİTDƏ İŞLƏYƏN FƏDAKAR TİBB PERSONALININ ƏMƏYİ QİYMƏTSİZDİR 
 
Vətən Müharibəsi, eləcə də bütün dünyada, sözün həqiqi mənasında, amansız müharibəyə çevrilən koronavirus pandemiyası dövründə xəstəlik tapan və yaralanan yaxınlarımıza baş çəkmək üçün, ölkənin bir sıra xəstəxanalarında oluruq. Bütün tibb müəssisələrində millətimizin, xəstə yaxınlarımızın ümid yerinə çevrilən həkimlərimizin, bütün tibb personalının gördükləri miqyası olduqca böyük işlərə şahidlik edirik. Doğrudan, bu savaşların başlıca qəhrəmanlarına çevrilən həkimlərimiz də, savaş dövrünə xas həddən ziyadə ağır, mürəkkəb şəraitdə gərgin əmək sərf edərək, sutka ərzində, demək olar ki, fasiləsiz çalışırlar. Cəmiyyət tərəfindən “Gömrük” xəstəxanası kimi tanınan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdindəki Mərkəzi Gömrük Hospitalındakı kimi! Biz bu hospitalda, fərəhverici çox şeylərə şahidlik etdik...
... -- Vətən Müharibəsi, eləcə də bütün dünya dövlətlərini çətin sınaq qarşısında qoyan koronavirus pandemiyası dövründə
ölkəmiz qətiyyət nümayiş etdirərək, profilaktik tədbirlər görür, əhalinin sağlamlığının qorunması üçün bütün lazımi işləri görməklə, bu bəlanın qarşısını almaqda uğurlu addımlar atır. Əlbəttə, bütün bu tədbirlər ölkə başçısı İlham Əliyev cənablarının vaxtında qəbul etdiyi uzaqgörən qərarlar hesabına həyata keçirilir. Məhz buna görədir ki, pandemiya ilə mübarizədə nümunəvi dövlət kimi, inkişaf etmiş ölkələr belə, Azərbaycan təcrübəsindən yararlanmağa daha çox üstünlük verirlər.
Bu ağır günlərdə hər birimiz gözümüzü tibb işçiərinə dikmişik. İnsanların tək ümidi bu amansız savaşların qəhrəmanı olan həkimlərdir. Həm virusu məhv edəcək peyvəndin tapılması, həm xəstəliyə yoluxan, müharibədə ağır yaralanan şəxslərin sağalması yönündə tək ümidimiz həkimlərə, tibb mütəxəssislərinə, alimlərədir. Bu çətin dönәmdә bütün dünyada olduğu kimi, bizdә dә ön cәbhәdә gecәsini gündüzünә qatan, aylarla ailәsindәn, sevdiklәrindәn uzaqda qalan, ağır şәraitlәrdә işlәyәn hәkimlәrimizin, tibbi personalın әmәyi qiymətsizdir.   Mərkəzi Gömrük Hospitalının bütün tibb personalının fədakarlığının əvəzini də, heç nə ilə ödəyə bilmərik. Onlar bizim yaxınlarımızı, millətimizi bu bəladan xilas etmək üçün gecə-gündüz əziyyət çəkirlər. Onların bu fədakarlığı heç bir ölçüyə sığmayacaq qədər böyükdür və əziyyətlərini bir neçə cümlə ilə ifadə etmək də mümkün deyil. Düşünürəm ki, xəstələrin həyatda qalması üçün göstərdikləri bu fədakarlıq, əslində, böyük bir missiyadır. Onların bu əziyyətini hər birimiz yüksək qiymətləndirməli, onlara minnətdar olmalıyıq; 
 -- Ümumiyyətlə, Mərkəzi Gömrük Hospitalının bütün tibb personalı daim pasiyentlərinin etibarını doğrultmağa çalışıblar. Onlar xəstələrinin sağalması üçün var güclərini ortaya qoyublar. Bunun üçün, onlar, təkcə əldə etdikləri nailiyyətləri ilə kifayətlənmir, öz imkanlarını davamlı olaraq genişləndirirlər. Bu hospital vaxtaşırı olaraq müasir avadanlıqlarla təmin olunur, maddi-texniki bazası, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində olur. Məhz bunun nəticəsidir ki, ölkəmiz üçün həssas olan bu dönəmdə də, bu tibb müəssisəsi fəaliyyətini yüksək səviyyədə qura bilir. Virusun yayılmağa başladığı dövrdən, dövlət başçısının tapşırığına əsasən, burada zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görülməkdədir. Bu tibb müəssisəsi də, Azərbaycanda əhalini bu xəstəlikdən qorumaq, onların həyatını xilas etmək üçün, ən çətin vəziyyətə belə hazırdır;
 -- Mən “Gömrük” xəstəxanasında xəstələrə göstərilən yüksək səviyyədə diqqətin və qayğının şahidi oldum. Böyük minnətdarlıqla sağlamlığım üçün müraciət etdiyim savadlı, təcrübəli həkimlərə və onları əhatə edən mehriban tibb bacılarına mətbuat vasitəsilə bir daha: “Çox sağ olun!” -- deyirəm. Onu da deyim ki, mən bir çox xarici dövlətlərdə müalicə və müayinə olmuşam, o cümlədən, dünyanın Almaniya, İsrail, Rusiya kimi tibbin inkişaf etmiş olkələrində. Yalnız onu demək kifayətdir ki, Gömrük Hospitalının laboratoriyasında aparılan analizlər, bu dövlətlərin hospitallarında aparılan analizlərlə müqayisə ediləndir. 
Ümumiyyətlə, bu hospitalda bütün cərrahi, terapevtik və diaqnostik ixtisaslar üzrə fəaliyyət göstərən peşəkar həkimlərin qəbuluna yazılmaq elə də çətin deyil. Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş belə həkimlərimiz sağlamlığımızın qorunması üçün, bizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdırlar. Məhz buna görə də, bu hospitalın bütün əməkdaşlarına, eləcə də rəhbərliyinə öz dərin minnətdarlığımı çatdırıram;
-- İstər baş idarəsində, istərsə də hospitalın özündə tibb bacısından tutmuş, idarə rəisinə qədər hamının işə məsuliyyəti hesabına Mərkəzi Gömrük Hospitalı poliklinik və stasionar xidmət, patomorfoloji və ümumi laboratoriya, plastik, estetik və ümumi cərrahiyyə, angioqrafiya və diaqnostika, təcili tibbi yardım və diqər xidmətləri əhatə edən fəaliyyəti ilə tam profilli tibb mərkəzi kimi özünü təsdiqləyib  Bu gün hospitalda tətbiq olunan yüksək tibbi texnologiyalar insan həyatını xilas etməyə və sağlamlığını qorumağa tam şəkildə imkan verir. Niyə də verməsin ki?!. Axı, bu hospital dünya şöhrətli istehsalçıların müasir tibbi avadanlıqları ilə tam təmin olunub. Lakin bu da əsas deyil, ən böyük dəyəri burada çalışan, öz sahələrinin yüksək səviyyəli peşəkarları olan tanınmış mütəxəssislərdir. Bir də ki, bu hospitalda Azərbaycan tibbinin ən vacib qollarından biri olan Transplantologiya şöbəsi fəaliyyət göstərir. Burada dünyada ilk dəfə icra olunan unikal əməliyyat da uğurla həyata keçirilib. Məhz bu böyük uğurlarına görədir ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması” müsabiqəsinin qalibi də olub. Fəaliyyət göstərdiyi sahədə liderliyi saxlamaq şərəfli və eyni zamanda böyük zəhmət tələb edən bir vəzifədir. Bunun üçün hospitalın bütün kollektivi, təkcə əldə etdikləri nailiyyətlərlə kifayətlənmir, üstəlik, öz imkanlarını davamlı olaraq genişləndirir, pasiyent etibarını daim doğrultmağa çalışır. Bütün bunlar isə, pasiyentlərə daha keyfiyyətli xidmət göstərməyə və ümumi işin təkmilləşməsinə yaxından kömək edir;
-- Mərkəzi Gömrük Hospitalının bütün bölmələri kimi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi də, Vətən üçün ağır keçən bu dövrdə gücləndirilmiş rejimdə işləyir. Hospitalda boş çarpayı, demək olar ki, yoxdur, çünki müalicə olunan xəstələrin yeri dərhal yeni yoluxanlarla dolur. Onu da 
qeyd etmək lazımdır ki, şöbə bu iş üçün lazım olan bütün müasir tibbi avadanlıqlarla və dərmanlarla təmin edilib.          
 Konkret desək, hospitalın tibbi personalı xəstələrin sağalması üçün var gücləri ilə çalışırlar. Qoruyucu geyimlərdə çalışmağın nə qədər ağır olmasına və özü də virusa yoluxma təhlükəsi daşımasına baxmayaraq, hospitalın tibb personalı öz xəstələrinə eyni qayğı və diqqətlə yanaşır, onlara mövcud olan bütün resurslardan istifadə edərək, yüksək səviyyədə xidmət göstərir. Bir sözlə, Mərkəzi Gömrük Hospitalı koronaviruslu xəstələri qəbul etdiyi andan etibarən, kollektivi öz işinin başındadır. Bu günlərdə evindən, ailəsindən, doğmalarından ayrı qalan yüzlərlə tibb işçisi kimi, hospitalın həkimləri də məsuliyyətin fərqindədirlər. Elə, məhz bu səbəbdən də, virusa qalib gələcəklərinə inanaraq, var gücləri ilə, savaş meydanında olduğu kimi mübarizə aparır, bütün vacib tələblərə uyğun yüksək səviyyədə xidmət göstərməyə, koronavirus infeksiyasına yoluxmuş xəstələri həyata qaytarmağa çalışırlar.
Bu gərginlik onlar üçün nə qədər ağır olsa da, buna baxmayaraq, var gücləri ilə çalışırlar. İnanırlar ki, həkimlərin səyi və həmvətənlərimizin məsuliyyəti sayəsində bu xəstəliyin yoluxma sürətini azaldaraq, ona qalib gələ biləcəklər. Çünki virusa qalib gəlmək üçün, birgə mübarizə vacib şərtdir və gücümüzün birliyimizdə olduğunu dərk etməliyik...
...Yuxarıda yazılanlar, Mərkəzi Gömrük Hospitalında bizim şahidl olduqlarımızın yekun nəticəsi yox, bu tibb mərkəzində müalicə alan pasiyentlərin və onların yaxınlarının, buradakı tibbi xidmətin səviyyəsini özündə əks etdirən münasibətlərinin kiçik bir xülasəsidir. Redaksiya olaraq, araz.az xəbər portalı, hospital haqqında daha geniş və maraqlı bir yazını bu yaxınlarda dərc etməyi planlaşdırır. İndi isə, xüsusi olaraq yalnız onu vurğulayırıq ki, doğrudan da, bu hospitalda insanlara göstərilən yüksək səviyyəli səhiyyə xidməti, ən müasir tibbi biliklərə yiyələnmiş savadlı həkimlərin peşəkarlığı, pasiyentlərə qarşı xoş rəftar və diqqət, haqlı olaraq, Mərkəzi Gömrük Hospitalı haqqında müsbət ictimai rəyin və cəmiyyətin yüksək münasibətinin formalaşmasını şərtləndirib. Və sonda, tam səmimiyyətlə onu da deyə bilərik ki, hospitalın rəhbər heyətinin və bütün tibb personalının qiymətsiz birgə gərgin əməyi sayəsində burada yaradılan yüksək şərait, heç də, Avropanın ən qabaqcıl tibb müəssisələrindən belə geri qalmır. 
 
 
"Araz" Media Qrupunun və araz.az xəbər portalının kollektivi.

Varlıların daima istifadə etdiyi bu dərman ömrü uzadır

1566192216 1565250976 67555571 2392104260875778 4447547950515617792 nMumiya ilə müalicə bütün orqanizmin bərpa prosesini və maddələr mübadiləsinin normallaşmasını təmin edir.

Mumiya nədir?

Mumiya tünd-qəhvəyi rəngdə plastilinə oxşayan maddədir. Onu əldə asanlıqla müxtəlif formaya salmaq mümükün olur.

Mumiya ilə müalicə zamanı ilk növbədə orqanizmin qan-damar sistemi yaxşılaşır. Bu zaman qanda mikroelementlərin və duzların miqdarı artır, eritrositlərin sayı çoxalır və hemoqlobin yüksəlir. Bu səbəbdən də qan dövranı yaxılaşır və orqanlara qanın yaxşı işləməsi təmin edilir.

Mumiya ilə müalicə tibbi müalicə növü hesab edilmir. Amma onun faydası elmi araşdırmalar nəticəsində öz təsdiqini tapmışdır. Mumiyanın tərkibində olan zülallar, yağ turşuları, steroidlər və mikroelementlər orqanizm üçün vacib sayılır.

Mumiya sınıqlar və əzilmələr zamanı da regenerasiya prosesini sürətləndirir və yaraların tez sağalmasına səbəb olur. Mütəxəssislər mumiya qəbulu zamanı spirtli içkidən istifadə etməyi məsləhət bilmir.

Mumiyadan istifadə etmək aşağıdakı xəstəliklərdən xilas olmağa yardım edir:

* bronxial astma
* vərəm
* mədə və onikibarmaq yarası
* zəhərlənmə
* iflic
* epilepsiya
* böyrək xəstəlikləri
* bütün növ iltihabi xəstəliklər
* miqren
* polimielit
* damar xəstəlikləri
* sümük sisteminin xəstəlikləri
* əzələdə baş verən xəstəliklər.
Mumiyanın ən gözəl xüsusiyyətlərindən biri ürək və beyin kimi həyati vacib orqanların fəaliyyətini yaxşılaşdırmasıdır. Mumiya ürək və beyində olan xəstəlikləri aradan qaldıra bilmək qabiliyyətinə malik olduğu üçün qiymətli sayılır.
Mumiyanın bakteriasid tərkibə malik olduğu üçün onun penisiliin qədər təsirə malik olduğu öz sübutunu tapıb. Bu səbəbdən də onun qəbulu angina, dizenteriya, göbələk xəstəlikləri və ekzemanı sağaldır. Mumiya ilə müalicə orqanizdə immunoloji prosesləri həll edir, orqanizmin müdafiə qüvvəsini artırır, geniş spektrli bioloji təsir göstərir. Mumiya dünyada yeganə maddədir ki, o bütün xəstəlikləri müalicə edir. Bu maddə insanın toxumalarını qocalmağa qoymur və ömrünü uzadır. /milli.az/

2 -dən səhifə 37

Əlaqəli xəbərlər