İsti havada təzyiq düşürsə nə etmək lazımdır? Məsləhətlər

tezyiq_01.jpg

İsti havada damarlar genişlənir və bu da arterial təzyiqin enməsinə səbəb ola bilər.

Bu əsasən hipotoniyadan (aşağı təzyiq) əziyyət çəkən insanlarda baş verir. Lakin sağlam insanlarda da belə hal mümkündür.

Təzyiqin enməsinin simptomları bunlardır:

- ani zəiflik, yorğunluq

- başgicəllənməsi

- təngənəfəslik

- qulaqlarda küy

- gözlərin qaralması

- nəbzin tezləşməsi

Saglamolun.az aşağı təzyiqi normallaşdırmaq üçün sadə vasitələri təqdim edir:

- 1 stəkan adi su için (soyuq olmamalıdır). Bir çox hallarda susuzalşma təzyiqin düşməsinə səbəb olur.

- təzə qara və ya yaşıl çay için

- 1 fincan ilıq suya 1 çimdik darçın və 1 çay qaşığı bal əlavə edin, qarışdırın və için

- ağzınıza bir çimdik duz qoyun və onu yavaş-yavaş sovurun (su içməyin)

- eleuterokokk və ya jenşen damçıları yaxşı kömək edir (10-20 damcı)

- qulaqlarınızı yaxşı-yaxşı sürtün

- boyun nahiyyəsini massaj edin

- bəzi dərmanlar (məsələn, kofein, sitromon) təzyiqi qaldırır. Lakin bu dərmanları verdikdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Təzyiqin kəskin düşməsi nəticəsində insan bayıla və hətta komaya düşə bilər. Bu səbəbdən insanın vəziyyəti tez ağırlaşırsa dərhal təcili yardım çağırın. O vaxta qədər insanı düz səthə uzandırın, ayaqlarını bir qədər qaldırın (məsələn, yastığın üzərinə qoyun) ki, başı aşağıda olsun, kəmərini, boyun düymələrini açın, təmiz havanın axınını təmin edin.

 

Saglamolun.Az

Min bir dərdin dərmanı olan cücərdilmiş buğda - Faydaları və düzgün qəbulu

cucerdilmis_bugda.jpg

Cücərdilmiş buğda ümumi möhkəmləndirici, cavanlaşdıran və müalicəvi vasitə kimi istifadə olunur.

Xarici ölkələrdə hazır cücərdilmiş buğda vakuum qablaşdırmalarda supermarketlərdə satılır. Cücərdilmiş buğda həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, sinir sisteminin funksiyalarına müsbət təsir edir, immuniteti gücləndirir, xərçəng xəstəliklərin profilaktik vasitəsi sayılır. Təbii ki, cücərdilmiş buğdanın faydalı xüsusiyyətlərindən faydalanmaq üçün onu hər gün 50-100 qr həcmində qəbul etmək lazımdır. Cücərdilmiş buğdanı daim qəbul edən insanlar iş qabiliyyətinin, fəallığının artmasını hiss edirlər.

Израильская вакцина от рака в 2018 году! Весь мир празднует победу!

analizaa.jpg

Израильская биотехническая компания разработала инновационную терапевтическую вакцину для больных раком, которая могла бы предотвратить около 90 процентов случаев рецидива заболевания.

13 -dən səhifə 28

Əlaqəli xəbərlər