Azərbaycanda bitən bu bitkinin bir yarpağı həyatınızı xilas etməyə qadirdir

413784270.jpg

Həkimlər Antarktidadan başqa dünyanın hər yerində bitən bu bitkinin xəstəliklərlə effektiv mübarizəsi qarşısında ənənəvi tibbin aciz olduğunu bildirirlər

Əksəriyyətimiz bilmirik ki, ətrafımızdakı təbiət sağlamlığımız üçün həyati əhəmiyyət daşıyan bitkilərlə doludur. Misal üçün, leykoz terminini eşidəndə dərhal ağlımıza kimyəvi terapiya, bahalı dərmanlar və baha başa gələn müalicə gəlir.

Amma bilmirik ki, gözümüzü açıb ətrafa diqqətlə baxanda hər yerdə, bütün bağlarda gözümüzə sataşan zəncirotunun yarpağı, kökləri və çiçəkləri leykemiya ilə mübarizədə möcüzə yarada bilir.

Araz.az xarici mediaya istinadla xəbər verir ki, bu yaxınlarda zəncirotu kökləri üzərində aparılan tədqiqat zamanı onun leykemiyanın 3 növünü məhv etməyə qadir olduğu müəyyən edilib. O, 48 saat ərzində xəstəlik hüceyrələrinin 95%-ni məhv edir.

Vindsor Xərçəng Araşdırmaları qrupunun (Windsor Cancer Research Group) əməkdaşı, onkoloq Karolina Hamm mielomonositar leykemiyadan əziyyət çəkən və kimyəvi terapiya prosedurunun müsbət nəticə vermədiyi yaşlı pasienti ilə bağlı təcrübəni bölüşüb. Yaşlı xəstəyə zəncirotu köklərinin çayını içməyə başlamaq təklif edilib. Bir müddətdən sonra onu müayinə edən Hamm nəticədən dəhşətə gəlib. Onun ümumi vəziyyəti yaxşılaşmağa doğru getməyə başlayıb. Sən demə, bu çay xərçəng hüceyrələrinə nüfuz edərək onları 48 saat ərzində yox etməyə qadirdir. O, eyni zamanda yeni sağlam hüceyrələrin yaranmasını da stimullaşdırır. Bir çox digər tədqiqatların nəticələri təsdiq edir ki, zəncirotu melanoma, prostat vəzi və xərçəngin bütün növlərini öldürməyə qadirdir. Sputnik

Cəlilabad Səhiyyəsi qanqrena verir ”nifrət lənət üsyan yetişdirir” /VIDEO

1517212061414-990x495.jpg

Cəlilabad Mərkəzi Xəstəxanasında anarxiya Baş həkim İlham Əliyev pulsuz müalicəni ləğv edib.

Araz.az bildidir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntuları ölkə mətbuatında və saytımızda dərc olunan tənqidi materiallarda da tez-tez əks olunur.Məlumatlarda xəstəxananın baş həkimi İlham Əliyevin yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur. Məlumatlarda bildirilir ki, Cəlilabadın səhiyyə sistemi bu gün olduqca bərbad haldadır. Belə vəziyyətin yaranmasını isə şikayətçilər birbaşa RMX-nın baş həkimi İ.Əliyevin fəaliyyəti ilə bağlayırlar.

Rayon sakinlərindən aldığımız şikayət məktublarında bildirilir ki, rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri yalançı xəstəliklər səbəbindən vətəndaşlara əlillik dərəcəsi verilməsi və bunun əsasında həmin şəxslərin qeyri-qanuni pensiya almaları ilə bağlıdır. Sakinlərin xüsusi narazılığını doğuran daha bir fakt kimi xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Məlumatlarda göstərilir ki, Cəlilabad rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir.

Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Belə ki, şəkərli diabet xəstələrinin pulsuz müalicəsi və dərman preparatlarının verilməsində əhali arasında son bir neçə aydır kı, hədsiz narazılıqlar baş qaldırıb. Bunlara səbəb isə əhaliyə vaxtı-vaxtında şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanların və lazım olan şəkər analizi üçün çubuqların verilməməsi, yaxud pulla satılmsıdır. Digər tərəfdən də mərkəzi xəstəxanada “ölü canlar” saxlanılır, yəni saxta xəstəlik tarixləri açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Reportyor.org yazır ki, Respublika Prezidenti İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdiyi bu vaxtda Cəlilabada baş həkimin bu qanunlara məhəl qoymaması kimin və nəyin qüdrəti olduğunu bilmirik.Bu gün ölkə başçısının verdiyi qanunları pozan rayon əhalisində narazılıq yaradan belə səhiyyə işçiləri cəzasız qalır.

Bir necə il öncə Azərbaycan mətbuatında misli görünməyən görüntülərdən sonra Cəlilabad Mərkəzi Xəstəxanasının baş həkiminin hələdə vəzifədə qalması Səhiyyə Nazirliyi tərəfindən cəza verilməməsi belə çıxır ki, baş həkimin başı elə qanqrena verib.

Lentə alınan görüntülər insanı dəhşətə gətirməyə bilməz.İşid bombaları altında qalan əyalətlərdə belə səhiyyə ocağında həkim tapmaq olur lakin,Cəlilabad Mərkəzi Xəstəxanasında bu cox qəliz məsələdir.Deməli burada hansısa kefiyyət və qulluqdan söhbət gedə bilməz.Həm foyedə, həm də bəzi kabinetlərdə gedən razborkaları da sezməmək də,mümkün deyil. “Mal və can bazarı” adlandırıla biləcək Cəlilabad Mərkəzi Rayon Xəstəxanas elə cəlilabadlıların öz dili ilə desək “İRAN BAZARI”nı xatırladır. Qətiyyən inanmaq olmaz ki, hal-hazırkı şərtlər daxilində, bu Ticarət Mərkəzinin aylıq qazancı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının günlük qazancı qədər olsun.

Ümid edirik ki, Səhiyyə Nazirliyinin rəhbərliyi irəli sürülən ittihamların ciddiliyini nəzərə alaraq, ən qısa zamanda Cəlilabad Rayon Xəstəxanasının fəaliyyətini təftiş etmək üçün lazımi göstərişləri verəcəkdir. P.S. Mövzunu davam etdirəcəyik.Dəhşət dolu xəstəxananın  hansı vəziyyətdə olduğunu göstərən video sujeti sizlərin ixtiyarına veririk.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq:

Reportyor.org

Qaraciyərdə problem olduğunu göstərən 6 ƏLAMƏT

1031320_620x360_e9ae9b3f687952803e5b388c97e08a6c-300x174.jpg

Qaraciyər bədən üçün əhəmiyyətli vəzifələri olan bir orqandır və fəaliyyəti olduqca müxtəlifdir. Bəs qaraciyərinizin vəzifələrini lazımi qaydada yerinə yetirmədiyini necə anlaya bilərsiniz?

Araz.az qaraciyərdə funksiya pozuqluğu ilə bağlı məlumatları diqqətinizə çatdırır.

Qaraciyər, yediyimiz qidalardan faydalı maddələri almağımızı təmin edir. Eyni zamanda zəhər və alkoqol kimi qandakı zərərli maddələri təmizləyir. Əgər qaraciyər toksinləri tullantılara çevirməsə, fəaliyyətini yerinə yetirmədiyinə dair bədənə müxtəlif xəbərdarlıq siqnalları göndərəcək. Qaraciyərinizin sağlamlığından əmin olmaq üçün aşağıda oxuyacağınız 6 əlamətə diqqət edin. Bu əlamətlərdən biri sizdə varsa, həkim müayinəsi mütləqdir.

Fikir dolaşıqlığı

Qaraciyər həddindən çox yükləndiyində qan uyğun şəkildə filtrlənməz. Bu halda toksinlər beyinə çata bilər. Şüur bulanıqlığı, qərar vermədə çətinlik kimi əlamətlər ard-arda ortaya çıxar.

Hipoqlisemiya (Qan şəkərinin azlığı)

Qaraciyər qandakı qlükoza səviyyəsini davamlı şəkildə idarə edər. Əgər qaraciyər yığılmış qlükozanı qan dövranına ötürməzsə, qandakı qlükoza səviyyəsi aşağı düşər. Nəticədə də qan şəkəri enər və özünüzü yorğun hiss etməyə başlayarsınız.

Hormonal pozuntu

Qaraciyər estrogen və testosteron kimi cinsi hormonları da tənzimləyir. Qaraciyərin fəaliyyətini itirməyə başlaması ilə libido düşüklüyü, hormonal tarazsızlıq və menstruasiya öncəsi gərginliyin artması kimi problemlər ortaya çıxar.

Ani duyğu dəyişikliyi

Qan uyğun şəkildə filtrlənmədiyində toksinlərin beyinə çatma riski artır. Beyin sağlığına mənfi təsir edən bu vəziyyətdən sonra hafizə problemləri, duyğusal dalğalanmalar da artar. Qayğı və depressiya qaraciyərin bu vəziyyətindən qaynaqlı ola bilər.

İmmunitet sistemində pozuntu

Tez-tez soyuqdəymə və digər infeksiyalara tutulmaq, C vitamini qəbul edərək yox ediləcək bir vəziyyət olmaya bilər. Qaraciyər sağlamlığı güclü bir immunitet sistemi üçün lazımdır. Yəni qaraciyəriniz nə qədər sağlamdırsa, viruslar və bakteriyalarla o qədər yaxşı mübarizə aparacaq.

Yuxu apnesi

Yuxu apnesi, yuxu əsnasında 10 saniyədən çox çəkən nəfəs dayanmasına səbəb olan  bir xəstəlikdir. Yuxu apnesi yaşayanlar adətən yüksək səslə xoruldayırlar. Günümüzdə aparılan araşdırmalar qaraciyər yağlanması və yuxu apnesi arasında bir bağlantı olduğunu doğruldur.

Qaraciyər sağlamlığı üçün məsləhətlər:

Qaraciyərin yaxşı çalışması üçün əvvəlcə qidalanma vərdişlərinə diqqət etməlisiniz.

– Daha az fruktoza qəbul etməli

– Qazlı içkilərdən uzaq durmalı

– Daha çox yaşıl yarpaqlı tərəvəz yeməli

– Spirtli içkini tərgitməli, ya da minimuma endirməli

– Yumurta, soğan, sarımsaq kimi sülfür tərkibli qidalar qəbul olunmalıdır. Çünki onlar qaraciyəri təmizləməyə kömək edir. Ailem.az

Həqiqət Qədirovadan rekord sayda məhkəmə şikayəti - Direktor, yoxsa psixi xəstə?

1517137378_1517081016_16.jpg

Respublika Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun əməkdaşları direktorları ilə məhkəmədə görüşəcəklər

Respublika Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda baş verənlər barədə saytımızda silsilə yazılar dərc edilib. Bildirək ki, xəstəxanaya 10 aydan çoxdur ki, rəhbərlik edən Həqiqət Qədirova ilə kollektiv arasında münaqişə səngimək bilmir. İnstitutdan verilən məlumatlarda direktorun kollektivdə çalışan həkimlərə qarşı əsl cəbhə açdığı, onlarla peşəkar tibb işçisini qərəzli şəkildə işdən uzaqlaşdırdığı bildirilir. Səhiyyə naziri Oqtay Şirəliyevin tələbə yoldaşı olan H. Qədirova əməkdaşlara təzyiqlər edir, onları daimi təhdid altında saxlayaraq onlarla işçini heç bir ciddi əsas olmadan işdən azad edib, bir çoxunu isə azad edəcəyi qorxusu ilə üz-üzə qoyub.

Artıq işdən azad olunan həkimlərin bir çoxu hüquqlarını qorumaq üçün məhkəmələrə müraciət edib. Bu yaxınlarda işdən uzaqlaşdırılan 5 həkimin- Səbinə Məmmədova, Vüqar Səfərov, Aygün Alxasova, Təranə Həsənova, Ruhiyyə Abdullayevanın şikayəti ilə məhkəmə prosesi başlayacaq. İnstitutdan bildirirlər ki, direktorun işdən çıxarma, töhmət vermə aksiyası tam sürətlə davam etdiyi üçün şikayətlərin çoxalacağı da şübhə doğurmur. 

Direktorun institut əməkdaşlarını təhqir etməsi barəsində məlumat vermişdik. Bildirilir ki, USM həkimi Xatirə Əliyevanın iş otağına direktor və yaxın adamları tərəfindən basqın edilməsi, kollektiv önündə təhqir olunması böyük əks-səda doğurub, qalmaqala səbəb olub. X. Əliyeva tezliklə məhkəməyə müraciət edəcəyini qətiyyətlə bildirir. 

Artıq məhkəməyə müraciət edən Səbinə Məmmədova məhkəmədə ciddi faktlar səsləndirəcək. Uşaq ölümünün direktor tərəfindən gizlədilməsi çox ciddi faktdır. Rubrika.az saytına verilən məlumata görə bu fakt orqan satışına dair şübhələrin yaranmasına səbəb olur. Belə ki, uşaq başqa adla xəstəxanaya qəbul edilib, ölüm kağızı başqa uşağa yazılıb, meyit ekspertizaya göndərilməyib, müalicə həkimi isə direktor tərəfindən əmrsiz həkim kimi işlədilən rezident olub. Bütün bunlar isə ciddi əndişələrin yaranmasına gətirib çıxarır. 
İnstitutdan verilən xəbərə görə proseslər belə davam edərsə 70-ə yaxın yaşı olan H. Qədirova bundan sonrakı ömrünü məhkəmələrdə keçirməli olacaq. 

Saytımıza verilən məlumatlarda direktor haqqında daha ciddi ittihamlar səsləndirilib. 

Məlumatda H. Qədirovanın şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Onun SPİD mərkəzində direktor olduğu zaman İbrahim Ləmbəranski tərəfindən haqqında istintaq aparıldığı zaman psixi xəstə olması barəsində arayış təqdim etdiyi məlum olub. 

H. Qədirova ixtisasca mikrobioloq olmasına, yaşına və səhhətin görə SPİD mərkəzindən uzaqlaşdırılmasına baxmayaraq nədənsə Ağ Ciyər Xəstəlikləri İnstitutuna direktor təyin olunub. Onun gənc mütəxəsislərə qarşı xüsusi antipatiyasının olması məlumdur. Odur ki, özünə yaxın bildiyi nazirliyin sertifikasiyasından keçməyən yaşlı həkimlərlə işləməyə üstünlük verir. 

Həmçinin baş verən qanunsuzluqlar haqqında bildirilir ki, hətta cərrahi əməliyyat olunan xəstələrin belə adları sənədlərə yazılmayır. 
Ən maraqlı faktı isə istədik sonda diqqətinizə çatdıraq. Respublika Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu yeganə dövlət xəstəıxanasıdır ki, hətta tualeti də pulludur.

P.S. Qarşı tərəf isə əvvəlki kimi münasibət bildirməkdən imtina etdi. (Rubrika.az)

Santexnik ginekoloq oldu, günlərlə xəstə qəbul etdi və... Xəstəxanada ŞOK OLAY- VİDEO

1516960786_snimok_41516949295.jpg

Rusiyada xəstəxanaların birində santexnik ustası həkim xalatı geyinərək özünü həkim ginekoloq kimi təqdim edib.

Araz.az bildirir ki, qalmaqallı hadisə ölkənin Sverdlovsk vilayətinin Pervouralsk şəhərində baş verib. 31 yaşlı usta çox sakit və rahat bir şəkildə həkim xalatı ilə içəri girir. Özünü ginekoloq kimi təqdim etdikdən sonra isə bir-birinin ardınca xəstələri qəbul edir. Maraqlısı budur ki, şəxs özünü o qədər rahat aparır ki, nə xəstələr, nə də xəstəxana kollektivi onun kimliyindən şübhə edir. 31 yaşlı fırıldaqçı nə az, nə çox, düz 4 gün xəstəxanada xəstələri qəbul edib.

Nəhayət, həkimlərdən biri ondan şübhələnərək bu barədə polisə məlumat verir. Məlum olur ki, həmin şəxs əvvəllər məhkumluq həyatı yaşayıb. Yaralı halda xəstəxanaya gəlib, vəziyyəti normallaşdıqdan sonra isə ağ xalat geyinərək “həkim” roluna girib və məhz ginekologiya şöbəsinə gəlib. Şöbəyə təzə həkimin gəlişi gözlənildiyindən, heç kim ondan şübhələnməyib.

Özünü çox inamlı aparan “santexnik həkim” polis tərəfindən saxlanılıb. 4 gün ərzində qəbul etdiyi qadınlara yazdığı müalicələrdən hamı razı qalıb. Qadınlardan heç biri ondan şikayətçi olmayıb. Polis də fırıldaqçı "santexnik həkimi" sərbəst buraxıb.

Həmin görüntüləri təqdim edirik:

publika.az

20 -dən səhifə 28

Əlaqəli xəbərlər