Samirə Əfəndi Azərbaycanı tərk edir

samire12 1

Müğənni Samirə Əfəndi görünüşündə dəyişiklik edib.

araz.az  Pravda.az-aistinadən  xəbər verir ki, sənətçi saçlarını qısa kəsdirib, onları saraldıb. İfaçı depressiyada olduğu üçün belə addım atması xəbərlərinə son qoyub.

"10-da görüşək" proqramına qonaq olan Samirə "Qadınlar saç kəsəndə sevgilisindən ayrılıb, depressiyaya düşüb deyirlər. Depressiyadasan" sualına "Onun üçün bu addımı atmağım çox olar. Depressiyada deyiləm, dəyişikliyi sevirəm" cavabını verib.

Samirə İstanbula köçəcəyini söyləyib:

"Orada məni özləri istəyir. Biri var gedib özün harasa müraciət edəsən, biri də var sənə hər şey edirlər. Deyirlər ki, ayağına hər şeyi səririk. İstəyirik bütün radio proqramlar, kimlə istəsən duet, verilişlər olacaq. Məqsədim isə aktrisa olmaqdır. Orada agentliklərə müraciət edəcəm.

Mənim ailəmlə birlikdə çoxdan Türkiyəyə köçmək planım var. Bizim orada evimiz, hər bir şəraitimiz var. Ona görə də ailəmiz ora köçür".

Əfəndi "Eurovision" yarışmasında ona sevgi etirafı edən Norveç təmsilçisi "TİX"la (Andres Haukeland) olan münasibətlərinə toxunub:

"Ona Azərbaycanla bağlı o qədər danışmışam ki, bura gəlmək istəyir. Amma bilmirəm, o, gələndə mən Bakıda, yoxsa İstanbulda olacam... Düşünürəm ki, onunla İstanbulda görüşəcəyik".

 

 

araz.az xəbər portalı.

İbrahim Tatlısəs 12 ildən sonra konsert verəcək

bandicam 2021 09 16 20 46 21 477

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs 12 ildən sonra konsert proqramı ilə çıxış edəcək.

Keçirdiyi çətin 9 ildən sonra Star TV ekranlarında “İbo Show” ilə geri dönüş edən məşhur indi də açıq havada konsert verməyə hazırlaşır.

63 yaşlı Tatlısəsin konsertinin sentyabrın 23-də İstanbulda “Kuruçeşme Sahnesi”ndə keçirilməsi planlaşdırılır.

araz.az xəbər portalı.

ATV-nin məşhur simaları onu tərk edir – nə baş verir?

atv 1 660x330

Sonbir həftədə ATV-nin ən məşhur aparıcıları telekanalı  tərk etdiklərini açıqlayıblar. Onların arasında 20 ildən çoxdur ki, ATV-də çalışan İlkin Həsəni, Aytən Səfərova, uzun illərdir “ATV maqazin onlarla” verilişinin aparıcısı olan Afaq Gəncəli, Fərid Rəsulda var.

Aparıcılar Aytən Səfərova ilə Afaq Gəncəlinin bundan sonra “Xəzər”, İlkin Həsəni və Fərid Rəsulun isə “Space”də efirə çıxacağı gözlənilir.

Uzun illərdir ATV-nin siması olan aparıcılar doğma telekanaldan ayrılma səbəbləini tam açıqlamasalar da, onların iş yerlərindən narazı getdikləri hiss olunur. Məsələn, İlkin Həsəni televiziyadan getməsini bu cür açıqlayıb: “Çox təəssüf ki, bu kanalla yollarımızı ayırmalı olduq, yeni yayım kanalımız bu ilin oktyabrından etibarən ”Space” olacaq. Rebrendinq olunmuş, yeni loqolu, yeni heyətli, HD yayımlı, “Amaci”siz,” “Zita və Gita”sız “Space”. Köhnə dostlarımızla bərabər yeni bir yola çıxırıq, bu yolda hər birimizə uğur olsun”.

Aytən Səfərova: "Özünü mənim ərim kimi təqdim edib rüşvət alır" - FOTO

Aytən Səfərova isə telekanaldan ayrılma səbəbi haqda sosial şəbəkədə qeyd edib: “Altı il bu kanalda çalışmışam. Həm xəbərlər departamentində, həm radioda. Müharibə vaxtında reytinqli bir verilişə aparıcılıq etmişəm. Proqramımda nüfuzlu şəxslər qonaq olublar. Hansı işdən yapışıramsa, öz adıma uyğun edirəm və yüksək səviyyədə aparmağa çalışıram. Son vaxtlar ATV-də xəbərlər departamentinin redaktoru idim.

Noyabrın 10-na keçən gecə ölkədə radio məkanında qələbə xəbərini ilk verən spiker mən olmuşam. 106.3 və 106 FM-də eyni vaxtda bunu səsləndirdim.

Sadəcə, artıq ayrılmaq qərarına gəldim. Gəldiyim və getdiyim ATV arasında böyük fərq görürəm. Hesab edirəm ki, Aytən Səfərova başqa istiqamətə üz tutmalıdır. Kanaldan dost kimi ayrılmışam. Orada dostlarım, həmkarlarım çalışır. Hamısına uğurlar diləyirəm”.

Beləliklə, ATV-nin ən məşhur aparıcılarının onu tərk etməsi xeyli müzakirə yaradıb. Məsələ ilə bağlı telekanalın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli axşam.az-a bildirib ki, aparıcılar öz istəkləri ilə işdən çıxıblar: “Hər birinin qərarına hörmətlə yanaşırıq”.

O.İbrahimli eyni zamanda qeyd edib ki, yeni mövsümlə əlaqədar ATV-də hazırlıqlar gedir: “Əlbəttə ki, ATV-də yeniliklər olacaq. Yeni mövsümdə hansı simaların efirdə olacağı ilə bağlı isə yaxın günlərdə məlumat veriləcək”.

Bəs məşhur aparıcıların ATV-dən getməsi yeni mövsümün reytinqinə nə qədər təsir edə bilər? Ümumiyyətlə, ATV-nin son müddət ərzində fəaliyyəti necə dəyərləndirilir?

Oxu.az - Qulu Məhərrəmli: “Xəzər”, “Space” və “Lider” telekanallarında  nöqsanlar hələ də var

Qulu Məhərrəmli 

Mövzu ilə bağlı teletənqidçi Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “ATV ölkənin orta səviyyəli kanallarından biridir. Son dövrlər bu televiziyanın xəbərlərində müəyyən üstünlüklər nəzərə çarpırdı. Xüsusən də pandemiya dövründə televiziyanın ”Qərargah” verilişi müharibə zamanı yaxşı çalışmışdı. Ümumiyyətlə, ATV-də xəbər sistemi Vüqar Qaradağlının zamanından yaxşı qoyulub. Televiziyanın digər yükü şou proqramlarla bağlı idi. Son zamanlar isə müşahidə edirdik ki, televiziyanı xeyli sayda aparıcılar tərk edir. Düşünürəm ki, bu, təkcə ATV-nin problemi deyil. Eyni proses sabah başqa telekanalda baş verə bilir. Bu nəyin göstəricisidir? Bu, ilk növbədə münasibətlərin lazım olan səviyyədə qurulmaması ilə bağlıdır. Adətən ölkəmizdə aparıcılara, jurnalistlərə lazım olan dəyər verilmir. Tutaq ki, televiziya rəhbərliyi dəyişəndə görürük ki, birdən-birə bir neçə məşhur adam işdən çıxarılır. Yəni “rəhbər istədiyini edə bilər” tendensiyasıdır. Təəssüf ki, bu bizim telekanallarda  aparıcı tendensiya kimi müşahidə olunur. Əlbəttə ki, məşhurların televiziya kanalından getməsi həmin televiziyanın imkanlarını tükədir, reytinqə birbaşa təsir edir. Çünki tamaşaçılar var ki, yalnız aparıcıya görə verilişə baxır. Lakin işdən çıxan aparıcılar yeni televiziyada özlərinə necə münasibət görürlər? Adətən məşhur aparıcılara bir televiziyadan çıxanda digər televiziyadan yaxşı əmək haqqı təklif olunur, lakin sonra proqram öz yerini tutandan sonra yenidən həmin yanaşma təkrarlanır. Bu məsələni birdəfəlik həll etmək lazımdır.

Əlbəttə ki, işdən çıxan həmin aparıcılar əgər ATV-də yetişib, orada məşhurlaşıblarsa, bu, ATV üçün çox ciddi ziyandır. Yox, əgər sonradan dəvət olunan aparıcıdırsa,  itki səviyyəsi o qədər də yüksək olmur”.

Qulu Məhərrəmli telekanallarda son vəziyyəti belə dəyərləndirdi: “Son vaxtlar müəyyən televiziyalarda dirçəlmə müşahidə olunur. Məsələn, ”Xəzər TV”də ciddi proseslər gedir. ATV-nin özü də nəyəsə çalışırdı və sairə. Lakin son bir ildə ATV-də yaradıcı proseslərin dayandığını görürük. Bundan sonra televiziyada nələr baş verəcək, onu deyə bilmərik. Sadəcə, arzulayardıq ki, istər aparıcı, istərsə rejissor, digər peşəkar olsun, normal əmək haqqı alıb, öz yaşayış imkanlarını yaxşılaşdıra bilsinlər. Təəssüf ki, televiziyaların heç birində, istər məşhur, istərsə də qeyri-məşhur olsun, onların heç birinin “belə bir problemlər ortaya çıxmayacaq” deyə təminatı, qarantiyası yoxdur”.

 

araz.az xəbər portalı.

“Evdə oturmaqdan kişilərdə də beyin pozuntuları yaranıb”

elikram 660x330

Bu günlərdə məişət zorakılığına dair bir xəbər hər kəsi sarsıtdı. Belə ki, avqustun 30-da Niftəliyeva Aytən və onun 1 yaşlı qızını götürərək yaşadıqları evin pəncərəsindən intihar etməsi müzakirələrə səbəb oldu.

Təəssüf ki, son vaxtlar belə “qanlı xəbərlər”in çoxunda zərərçəkən, əzilən, öldürülənin zərif cinsin nümayəndələri olduğunu görürük. Bəs görəsən, qadınlar niyə öldürülür?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əlikram Bayramov bu tip xəbərləri gördükcə sarsıldığını deyib. Sənətçi məişət zorakılığının baş verməsinə səbəb olan əsas amillər sırasında pandemiyanın başda gəldiyini bildirib:

“Mən qadınların bu cür zorakılığa məruz qalmasına ürək ağrısı ilə baxıram. Xanımına əl qaldıran kişilərə də çox pis  baxıram. Çünki qadın incə, yer üzünün ən gözəl məxluqudur. Onlar bizim analarımızdırlar, onlar dünyaya övlad gətirirlər. 

Peyğəbərimiz deyib ki, “Cənnət anaların ayaqları altındadır”. Gərək biz kişilər analarımızın, bacılarımızın, həyat yoldaşımızın qədrini bilək. Son zamanlar karantin, pandemiya insanlara çox təsir edib, bu, insanların çoxunun psixoloji durumunda mənfi izlər  qoyub. Evdə oturmaqdan kişilərdə də beyin pozuntuları yaranıb. 

Elə kişilər var ki, evdə oturub heç nədən ailəyə söz-söhbət salır. Kişilər gərək xanımlarına diqqət ayıra, onlarla xoş vaxt keçirə. Mən bu günə qədər nə qədər mahnı oxumuşam, onların arasında ən seviləni “Əsrin gözəli”dir. Həmin mahnını Azərbaycan xanımları üçün oxumuşam. Azərbaycan xanımları dünyanın ən gözəl xanımlarıdır. Düşünürəm ki, son vaxtlar bu tip xoşagəlməz halların artmasına səbəb xəstəlikdir, düzdür, əvvəllər də ölkəmizdə bu hallar baş verirdi, amma son zamanlar daha da artıb”.

Ə.Bayramov qadınların döyülməsinə ənənəvi Şərq cəmiyyətlərində münasibətin fərqli olduğunu desə də, özünün buna birmənalı şəkildə pis baxdığını qeyd edib:

“Mən xanımına əl qaldıran kişiləri birmənalı şəkildə qınayıram. Xanımına təzyiq göstərən, onların qədrini bilməyən, evinə söz-söhbət salan kişiləri hər zaman qınamışam. Gör evdə söz-söhbəti nə həddə çatdırırlar ki, xanım artıq canından  bezib özünə qəsd edir.

Bunlar hamısı kişilərin boşboğazlığından, danışığından irəli gəlir. O qədər evdə mənasız-mənasız söhbətlər edirlər ki, xanımı da bezdirirlər. Allaha yalvarıram ki, belə kişilər ağıllansınlar, ailələrinin dəyərini bilsinlər ki, belə qanlı hadisələr baş verməsin. Çoxsu sonradan peşman olurlar, düşünürlər ki, axı niyə belə etdim? Amma bunu çox gec – dəmir barmaqlıqlar arasına düşəndən sonra dərk edirlər. 

İnsan ömrünə qəsd etmək dünyada cəhənnəmə yer qazanmaqdır. Xüsusilə də bu qəsdi xanıma qarşı edirsənsə. Mən belə kişilərə heç vaxt haqq qazandırmıram, özümün də çox gözəl ailəm, nəvələrim var. Həyat yoldaşım da hər zaman yanımdadır, Allah ona can sağlığı versin, bizim başımızdan onu əskik eləməsin. Arzu edirəm ki, elimizdə, obamızda hər zaman əmin-amanlıq olsun, ən gözəl sülh ailədən başlayır. Dünyada mehribanlıqdan gözəl heç nə yoxdur, bir tikə çörəyin olsun, amma təki ailəndə mehribanlıq, hüzur daimi olsun”.

 

araz.az xəbər portalı.

Afaq ATV-dən “Xəzər”ə keçdi

afaq12

Xəbər verdiyimiz kimi, aparıcı Afaq Gəncəli bu gün ATV telekanalı ilə yollarını ayırıb.

araz.az xəbər verir ki, Afaqın artıq yeni iş yeri də məlum olub. O, yeni mövsümdə “Xəzər” TV-də çalışacaq. Aparıcı daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq.

Qeyd edək ki, sabah Afaq Gəncəlinin ad günüdür

 

 

araz.az xəbər portalı.

Azərbaycanlı məşhurlar hansı universitetləri bitiriblər? – SİYAHI

1626449460 1626444060 untitled 1

Yerli şou-biznes nümayəndələri musiqiçi kimi fəaliyyət göstərsələr də, onların bəzilərinin ixtisasları tamamilə fərqlidir.

Sənət adamları arasında həkimlik, rejissorluq, hüquqşünaslıq, müəllimlik kimi sənətlərə yiyələnənlər var.

araz.az  baku.ws-ə istinadən fərqli ixtisaslı məşhurların siyahısını təqdim edir:

Xalq artisti Faiq Ağayev əvvəl Tibb Universitetinə daxil olub, lakin təhsilini davam etdirməyib və yarımçıq qoyub.

Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyoru” fakültəsinə daxil olub.

O, 1993-cü ildə bu təhsil müəssisəsini fərqlənmə diplomu ilə başa vurub.

Xalq artisti Flora Kərimova Azərbaycan Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsini bitirib. O, 1971-ci ildə həkimlik ixtisasına yiyələnib.

Əməkdar artist Lalə Məmmədovanın ixtisası müəllimlikdir. O 1995-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə daxil olub.

Xalq artisti Zülfiyyə Xanbabayeva 1985-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Onun ixtisası “Teatr rejissorluğu”dur.

Əməkdar artist Abbas Bağırov Tərtər rayonundakı Maliyyə və İqtisad kollecini bitirib. O 2000-2002-ci illərdə bu müəssisədə təhsil alıb.

Xalq artisti Röya Ayxan Bakı Dövlət Universitetini bitirib. O 2009-cu ildə bu təhsil müəssisəsinin “Beynəlxalq Hüquq” fakültəsindən məzun olub.

Müğənni Samira ƏliMəryəm də bəzi həmkarları kimi Mədəniyyət və İncəsənət universitetini bitirib. O “Kino və dram aktrisalığı” ixtisası üzrə ali təhsil alıb.

Müğənni Eldar Qasımov Slavyan Universitetini bitirib. O “Beynəlxalq münasibətlər” fakültəsinin məzunudur.

Müğənni Nərmin Kərimbəyova Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsini bitirib. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

Müğənni Nadir Qafarzadə Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıb. O “Opera” müğənnisi və “musiqi müəllimi” ixtisasını bitirib.

“Qurd” ləqəbi ilə tanının repçi Fərid Eminov Azərbaycan Texniki Universitetini bitirib. 2003-2007-ci illərdə ali təhsil alan Qurd “Ekologiya” fakültəsindən məzun olub.

Müğənni və bəstəkar Murad Arif isə “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsini bitirib.

 

 

araz.az xəbər portalı.

“Müğənnilərin 90 faizi acgöz və nankordur”

klar2

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Onun sirri” proqramında müğənnilərə irad bildirib.

araz.az Yenisabah.az-a istinadən  xəbər verir ki, o bildirib ki, müğənnilərin 90  faizi acgöz və nankordur: “Bunu əminliklə  söyləyirəm. Başqa musiqiçilərdən də soruşun. Onların az hissəsi yaxşıdır. Adlarını çəksəm, pislər də bilinəcək. Heç birinin adını səsləndirmirəm. İnsan ucalar da, pulu da olar. “Dəyişməyin” demirəm, lakin bu qədər də yox”.

 

araz.az xəbər portalı.

1 -dən səhifə 14

Əlaqəli xəbərlər