Arif Quliyevin səhhəti pisləşdi

Arif_Q.jpg

Xalq artisti Arif Quliyev “Maşın” şoudan uzaqlaşdırılıb.
araz.az Musavat.com-a istinadən xəbər verir ki, buna səbəb onun səhhətində yaranan problem olub. Qəfil halı pisləşən aktyor evinə yola salınıb. Həkim nəzarətində olan A.Quliyev xəstəxanaya yerləşdirilmək istəməyib.


Proqramın aparıcısı Murad Dadaşov aktyorun artıq “Maşın”dan uzaqlaşdırıldığını deyib və ona sağlamlıq arzulayıb.
Qeyd edək ki, hazırda müğənni Günel Ələkbərova səsverməyə çıxıb.

Əlaqəli xəbərlər