Manaf Ağayevdən oğlunun toyu ilə bağlı mediaya çağırış - “Kim gəlsə qovulacaq”

manaf_agayev_.jpg

Dekabrın 4-də müğənni Manaf Ağayevin evində toy olacaq.

Bu barədə AzNews.az-a açıqlama verən Manaf Ağayevin sözlərinə görə, oğlu Elçinin toy məclisi mətbuata qapalı olacaq:

“Toya jurnalistləri dəvət etməyəcəm. İstəmirik. Onlar mənə heç nə etməyib, sadəcə olaraq övladım istəməyib. Oğlum əvvəlcədən deyib ki, “jurnalistləri toyumda görmək istəmirəm”. Mən də onun istəyinə hörmət edirəm. Kim gəlsə, yaxud da gizli qapıdan daxil olsa yəqin ki, qovulacaq. Zornan deyil ki...İstəyirsiniz lap cəhd eləyin. Mən səni evimə dəvət etmirəmsə məcbur gəlməyəcəksən ki...”

Manaf Ağayev toya başqa ölkənin sənət adamlarının dəvət olunmadığını qeyd edib.

Bahar RÜSTƏMLİ

AzNews.az

Əlaqəli xəbərlər