"Hər yazana yardım etmirəm" - Şəbnəm Tovuzlu

sebnem89

 

Müğənni Şəbnəm Tovuzlu ona yardım üçün müraciət edən fanatlarından birinə ev tikdirir.

araz.az  xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib. O bildirib ki, ondan kömək istəyiblər və bunu geri çevirməyib:

"Hər yazana yardım etmirəm. Amma bu insanın həqiqətən də ehtiyacı olduğunu gördüm. Evlərini görəndə pis oldum. Qarşıdan soyuq qış gəlir, orada yaşaya bilməzlər. Ramil İsayev ailəsi ilə birlikdə Tovuzun Dondar Quşçu kəndində yaşayır. Ürəyim razı olmazdı ki, körpə uşaqlar həmin evdə yaşasın. İkiotaqlı ev edəcəm, mətbəx də ayrı. Hətta evin içinin əşyalarını da alacam. Bir aya evi onlara təhvil verəcəm".

Qeyd edək ki, kənd sakini Ramil İsayev moderator.az-a müraciət edərək Şəbnəm Tovuzludan kömək istəyib.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər