Sevil Sevinc: “Keçmişimizdən utanmırıq…” - FOTO

sevilsevinc2.jpg

Tanınmış əkiz müğənnilər Sevil və Sevinc Səfərovaların estetik əməliyyatdan əvvəlki fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

sevilsevinc1.jpgAraz.az qafqazinfo-ya istinadən xəbər verir ki, instaqram səhifələrində paylaşılan şəkillər izləyicilər tərəfindən tənqid olunub, Səfərovaların keçmiş burunları məsxərəyə qoyulub.

Məşhur bacılar 1 milyon 300 minlik rəsmi instaqram səhifələrində tənqidlərə cavab veriblər. Onlar keçmişlərindən utanmadıqlarını qeyd ediblər:

"Bütün səhifələrdə yazılanlara cavab verək. Keçmişimizdən utanırıqmı? Gözəl sualdır. Qətiyyən yox! Səbəbini sizə deyim. Təki bizi xarici görünüşümüzlə utandırasız. Mən demirəm ki, bunu paxıllıq edib yazırsız. Çünki kiməsə o hissi yaşatmaq üçün qeyri-adi heç nəyimiz yoxdur. İstənilən halda hər kəs estetik dəyişiklik edə bilər. Edirsə də, özünü kompleksiz hiss etsin deyə belə addım atır. Allah bizi insan olaraq yaradıb, heyvan olaraq yox" Necə deyərlər: "Allah bərəkət verib, biz də hərəkət edirik". Siz də 24 saat çalışın, nəticəsi çox sevindirici olacaq, inanın". Qeyd edək ki, Səfərovalar 2014-cü ildə burun əməliyyatı keçiriblər. 

Əlaqəli xəbərlər