Təranə Qumral: "Məni yeddi ərindən hansı ilə tutubsa, adını desin"

Müğənnilər Təranə Qumral ilə Nazənin arasında qalmaqal böyüyür. ANS PRESS-in məlumatına görə, bir-birləri barədə şok açıqlamalar verməklə medianın gündəminə gələn tərəflər susmaq bilmir. Təranə Qumralın "Nazənin 7 dəfə ərdə olub" açıqlamasının ardınca, Nazəninin "Təranəni ərimlə tutmuşam" kimi şok açıqlamaları gündəmi zəbt edib.

Dünən ANS TV-nin "Bazar səhəri" verilişində təkan verilən qalmaqal, Nazəninin bu gün simsar.az vasitəsilə media nümayəndələrinə müraciətindən sonra daha da qızışdı. Daha doğrusu onun, "Nümunəvi ailəmin olması çoxlarına məlumdur. Mən ailəmlə bağlı gündəm yaratmağın həmişə əleyhinə olmuşam. Jurnalistlərə üzümü tutub deyirəm ki, ünvanıma söylənilən şər-böhtana görə o, məhkəmə zalında cavab verəcək. Vəkilim bu işlə çox ciddi məşğuldur. Adını belə çəkməyi özümə yaraşdırmadığım müğənni qanun çərçivəsində öz cəzasını alacaq. Mənim bütün media mənsublarına hörmətim var. Xahiş edirəm bu mövzuda mənə bir daha suallar verməsinlər. Məhkəmənin ədalətli qərar qəbul edəcəyinə çox inanıram", - açıqlaması Təranə Qumralı özündən çıxardı.

Təranə Qumralın ANS PRESS-ə müsahibəsində Nazəninin nümunəvi ailə formulunu alt-üst etdi: "Nümunəvi ailə mənim ailəm kimi olar. 21 ildir Musayla birlikdəyik. Bu mənim ailəm, bu da sənin. Mənim ailəmin bir soyadı var. Musayev Musa, Musayeva Qumral, Musayeva Fidan, Musayeva Sevgim.

Ay silikonlu ağbirçək, sənin nümunəvi ailən var?

Pasportda yaşını azaltmaqla iş tamam deyil. Ay silikonlu kukla, ay silikonlu ağbirçək, yadına salım sənin neçə yaşın var? 1962-ci ildənsən, özün hesabla. Bütün Astara sizin ailəni gözəl tanıyır. Üç qardaşın həbsxanadadır. İstəyirsən nə üstündə tutulduqlarını deyim? Milləti zəhərləyən narkotik alveri ilə məşğul olduqları üçün tutulublar. Qardaşların narkobaron olublar. Narkotik satarkən yaxalanıblar, 6-cı kolonda yatırlar.

Əliyeva Nazənin Rəhim qızı, birinci dəfə ərə gedəndən sonra Salayeva olmusan, hələ də Salayevasan. Ananın adı Fatmadır. Böyük uşaqlarının atasının adı Həşimdir və hələ də onun soyadını daşıyırsan. Süni mayalanma ilə 50 yaşında evli kişidən uşaq doğmusan. Bilirsən ki, bu yaşdan sonra heç kim sənə baxmayacaq, ona görə də o uşağı doğdun. Daha doğrusu kişini özünə bağlamaq üçün uşağı alət elədin ki, o uşağa görə çörək yeyəsən. Rəsmi nigahın varsa İntaqram səhifəndə paylaş, dostların görsün. Ərim-ərim deyirsən, haradan ərin oldu sənin? Milləti aldatdığın bəsdir!".

T.Qumralın sözlərinə görə, müğənni Nazənin hər dəfə 7 qardaşın bir bacısı olduğunu deyir. Lakin bu da doğru deyil. "Bəs səndən böyük bacın Xəzangül? Balaxanıda yaşayır. Niyə bacınla düşmənsən, niyə bacını mediadan gizlədirsən? Bir qardaşın da, Nardaran bağlarında onun-bunun evinin gözətçiliyini edir. Pulun var, onlara kömək et. Başqalarına əl tutub özünə hörmət qazanmaqdansa bacı-qardaşına pul ver.

Məndən danışmasaydın, ailəmi dağıtmağa qalxmasaydın bunları açıqlamazdım. Sənin barəndə hələ çox şey bilirəm. Dəymə mənə, dəyməyim sənə. Atalar yaxşı deyib, döymə taxta qapımı, döyməyim dəmir darvazanı. Vəssalam!"

Müğənni Nazənin düşmən həmkarının bu iddilarını cavablandırmaq istəməsə də açıqlama verdi. O, həmkarının barəsində danışdıqlarının yalan olduğunu deyib. "Deyir ki, mənim bir evim var. Birincisi mənim 1 yox, bir neçə yerdə evim var. Qardaşlarımın həbs olunmasını mediadan gizlətməmişəm. Bu barədə efirdə açıqlama vermişəm. Mənim bacım yoxdur. Qarşı tərəfin dediyi Xəzangül adlı qadın uzaq qohumudur, bacım deyil.

Yaşımı heç vaxt gizlətməmişəm, lazım olsa şəxsiyyət vəsiqəmi hər kəsə təqdim edə bilərəm. Qanunla ərə getməyimi sübut etmək çətin deyil. VVAQ kağızımı saytların birində dərc olunub. Maraqlanmaq istəyənlər Xətai rayon VVAQ şöbəsinə müraciət edə bilərlər. Rəsmi nigahımızı orada bağlamışıq.

Bundan sonra bu məsələlərlə mən yox, yoldaşım və mənim vəkilim məşğul olacaq. Çünki bu birbaşa ailəmizin imicinə, nüfuzuna, yoldaşımın da işgüzar nüfuzuna xələl gətirir. Buna görə də bütün bunlar hüquqi yolla öz həllini tapacaq".

Qeyd edək ki, illərdir müğənnilərin öz aralarında sürən düşmənçilik dünən ANS TV-nin "Bazar səhəri" verilişdə üzə çıxıb. Rövşanə Ağasəfqızının aparıcısı olduğu verilişdə qonaq olan Təranə Qumral düşmən münasibətdə olduğu həmkarı barədə açıqlamalar etdi. Verilişə telefonla qoşulan Nazənin isə Təranə barədə qeyri-etik fikir səsləndirməklə onun cavabını verdi. Hazırda Nazəninin vəkili Təranə Qumralı məhkəməyə vermək üçün sənədləri hazırlayıb.

Əlaqəli xəbərlər