Manaf həbsdən çıxandan sonra onları sildi

1648565539 240108g3lolfu5zbMüğənni Manaf Ağayevlə Əməkdar artist Vasif Məhərrəmli arasındakı mübahisə daha da böyüyüb.

araz.az  Axşam.az-a istinadən xəbər verir ki, Manaf Vasifi instaqram hesabında izləmədən silib. V.Məhərrəmli də ona eyni addımla cavab verib. Hətta V.Məhərrəmli həmkarı həbs olunan zaman ona dəstək üçün etdiyi paylaşımı da səhifəsindən silib.

Manafın izləmədən sildiyi digər bir ifaçı dostu isə Mətanət Əsədova olub.

Qeyd edək ki, M.Ağayev açıqlamasında Vaifdən küsdüyünü açıqlayıb. "Səhər mərkəzi" verilişində Manafa "Güvəndiyim dağlar, sənə də qar yağarmış" atalar sözünü hansı sənət adamına şamil edəcəyi deyilib. Ona Vasif Məhərrəmli, Afət Fərmanqızı və Mətanət Əsədovanın adı təqdim edilib.

"Hamısına... Amma birinin adını çəkirəmsə Vasif Məhərrəmli" deyə, müğənni cavab verib.

Xatırladaq ki, Manaf Ağayev bir müddət əvvəl Füzuliyə qanunsuz səfər etməsi səbəbiylə 15 sutka həbs edilmişdi. Sənətçi başına gələn həmin hadisədən sonra bir çox sənət adamının onu məyus etdiyini söyləyib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər