Azərbaycanlı məşhurların sosial şəbəkə qazancları: 61 min AZN - SİYAHI - FOTO

sosiajpg 1654665804Yerli sənət aləmindəki məşhurların, əsasən də müğənnilərin gəlir mənbəyi toylardır. Onlar qazancının xeyli hissəsini təmtəraqlı məclislərdə, o cümlədən şou-proqramlarda iştirak edərək əldə edirlər.

Artıq son bir neçə ildir ki, insanların gəlirlərinin xeyli hissəsini sosial şəbəkələrdən əldə etməsi məşhurların da onlayn platformalara axın etməsinə səbəb oldu. Günbəgün inkişaf edən reklam bazarı, o cümlədən sənətçilərin baxış sayı artan klipləri və onların özəl görüntülərinin xeyli izlənməsi sosial şəbəkələri tanınmışların gəlir mənbəyinə çevirdi. 

araz.az  AZİNFORM.AZ-a istinadən  xəbər verir ki, baku.ws yerli şou-biznes nümayəndələrinin sosial şəbəkə gəlirlərini araşdırdıq. Onların bəziləri bu sahədən əldə etdiyi gəliri açıqladı, bəziləri isə bunu sirr kimi saxlayıb açıqlama verməkdən imtina etdi. Tanınmışların onlayn platformalardan qazandığı yüksək məbləğli qazanclarını siz oxucuların diqqətinə çatdırırıq:

 Xalq artisti Aygün Kazımova

 Pop divanın bütün sosial şəbəkələrdə təsdiqlənmiş səhifələri var. Hər biri ilə özü şəxsən maraqlanır. Yalnız instaqram hesabını mütəmadi olaraq özü idarə edir. Sənətçi sosial şəbəkələrdə xüsusi ilə də instaqramda özünün çəkildiyi və yer aldığı reklamların paylaşımını edir. Bu haqda saytımıza sənətçinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, Xalq artisti əsasən yutubdan izlənməyə və rəqəmsal platformalardan dinlənilməyə görə qazanc əldə edir. Kazımova bu sahədən müəyyən məbləğli vəsait əldə etsə də, o heç vaxt qazancı barədə konkret rəqəm açıqlamayıb. 

Xalq artisti Röya Ayxan

 Səhnəmizin parıldayan ulduzunun adına bütün sosial platformalarda rəsmi hesab mövcuddur. Bura tiktok, feysbuk, instaqram, tvitter və başqaları daxildir. Bu haqda saytımıza ifaçının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bütün şəbəkələrin istifadə hüququ Türkiyədəki "Gizli Medya"dadır. Sənətçinin bütün layihələri sözügedən şirkət tərəfindən paylaşılır. Lakin bir tək instaqram hesabını özü idarə edir. Həmin platformada bəzi hallarda aktiv, bəzən isə tamamilə uzaq qalır. Röya Ayxan sosial şəbəkələrdə hər hansı bir reklam siması olarkən şəxsən öz hesabında paylaşmağı üçün ayrıca müqaviləyə bənd əlavə olunur və bunun üçün ayrıca ödəniş alınır.

Əməkdar artist Elton Hüseynəliyev 

Bir neçə ay əvvəl müğənni Elton Hüseynəliyevin rəsmi instaqram hesabı oğurlanıb. Artıq müəyyən vaxt keçsə də, ifaçı hər ay müəyyən məbləğdə qazanc əldə etdiyi səhifəsini geri qaytara bilməyib. Bu barədə Hüseynəliyev saytımıza açıqlamasında bildirib. Əməkdar artist heç bir reklamda iştirak etmədiyini, yutubdan isə hər ay 3000 AZN qazandığını deyib. Qeyd edək ki, ifaçının instagram hesabı bu il martın 26-dan oğurlanıb.

Müğənni Zamiq Hüseynov

 

Zamiq Hüseynov saytımıza açıqlaması zamanı feysbuk sosial şəbəkəsində rəsmi səhifəsi olduğunu, lakin elə də istifadə etmədiyini deyib. Hüseynov daha çox instaqramdan aktiv istifadə edir. Bir sənətçi üçün yutub sosial platformasının vacibliyini bildirən müğənni orada kliplərinin yetərincə çox izlənildiyini bildirib. Sənətçinin şəxsi yutub səhifəsində konsertləri və özü haqqında bəzi məlumatlar yer alıb. Hüseynovun rəsmi tiktok səhifəsi də var.

Müğənni Nigar Camal

"Avroviziya 2011" qaliblərimizdən olan müğənni Nigar Camal sosial şəbəkələrdən aktiv istifadə edən sənətçilərimiz sırasındadır. O, instaqram hesabında daha çox layihələri və mütəmadi olaraq məşğul olduğu idmanla bağlı paylaşımlar edir. Camal açıqlamalarından birində xoşagəlməz şərhlər yazıldığından övladları ilə bağlı hərdən paylaşımlar etdiyini bildirib. İfaçı bir müddət əvvəl verdiyi müsahibəsi zamanı instaqramda reklam qiymətlərini açıqlayıb. Sənətçi bir fotonu 1500 manata paylaşır. Video formasında çəkilişin isə qiyməti 5 min manata qədərdir.

Müğənni Sevda Yahyayeva

 Sevda Yahyayeva daha çox instaqramdan istifadə edir. Son zamanlar isə o izləyiciləri ilə həyat yoldaşı Zakir Bayramovla xarici ölkələrə etdiyi səfərlərin görüntülərini paylaşır. Bu haqda saytımıza danışan sənətçi sosial şəbəkə qazancının nə qədər olduğunu deməyib. O, açıqlamalarından birində "İnstaqramdan gəlir əldə etmək mümkündür. Amma deyilən 10-15 min manat Azərbaycan bazarı üçün real qiymət deyil" deyə fikir bildirib. 

Xalq artisti Miri Yusif

 Miri Yusifin bütün sosial şəbəkələrini "MicPro" şirkəti idarə edir. Bu haqda saytımıza İfaçının mətbuat xidmətindən məlumat verilib. Xalq artisti daha çox instaqramda aktivdir. Aylıq gəlirə gəldikdə isə Miri Yusif dəqiq rəqəm açıqlamayıb.

Müğənni Ceyhun Əliyev

 Ceyhun Əliyev müsahibələrindən birində instaqramından yaxşı pul qazandığını deyib. Sənətçinin indiyə qədər sosial şəbəkədən aylıq olaraq ən yüksək qazancı 5860 AZN olub.

Müğənni Xatirə İslam

 

Xatirə İslam daha çox instaqram sosial şəbəkəsində aktivdir. Buna baxmayaraq, ifaçı saytımıza açıqlamasında səhifəsində heç vaxt reklam etmədiyini və bu sahədən bir qəpik belə qazana bilmədiyini deyib.

 

Müğənni Roza Zərgərli

 

 Sənətçi Roza Zərgərli isə saytımıza açıqlamasında sosial şəbəkələrdən heç bir qazanc əldə etmədiyini, tək gəlir yerinin verilişi və toyları olduğunu diqqətə çatdırıb. 

Bundan başqa müğənni Şəbnəm Tovuzlu yutubdan hər ay 10 000 AZN, Talıb Tale hər ay 7790 AZN, sənətçi Vəfa Şərifova isə sadəcə "Arkadaş" mahnısının yutubdakı baxış sayından 11 900 AZN, aktrisa Pərvin Abıyeva bir ayda tiktokdan 61 000 AZN, aktrisa Xuraman Əlizadə isə tiktokdan 2-3 aya 11 900 AZN qazandıqlarını açıqlayıblar. 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər