"O çantadan məndə də var, Cennifer Lopesdə də"

CEN

"Türkiyədə ən gözəl, əlçatmaz sənətçilər restoranda konsertlər verir. Özü də ucuz da olmur. Bir sənətçiyə o şərait yaradılırsa, ona mane olmaq olmaz. Solo konsertim olacaq. Bir işi edəndə ən mükəmməlini etmək istəyirəm və buna nail oluram. İstəyirəm tamaşaçı geyimindən tutmuş, səhnə görünüşünə qədər hər şeydən razi qalmalıdır".

araz.az bildirir ki, bu sözləri müğənni Gülay Zeynallı "MTV maqazin"ə açıqlamasında deyib. İfaçı restoranda konsert verən sənət adamlarını tənqid edənlərə cavab verib.

Gülay sənət adamlarının özlərini "əlçatmaz" adlandırmasına da münasibət bildirib:

"Əlçatmaz" söhbətləri məndə yoxdur. Bu şeylər mənə çatmır, çatmayacaq da... Həyatda nə xoşdursa, elə yaşayıram. Övladımı dərsdən götürürəm, marketə gedib bazarlığımı edirəm. Sevmirəm getsin kimsə sənə bazarlıq etsin. İnsanlarla nə qədər səmimi olmalısan, xalqa qaynayıb qarışmalısan. İnsanlar səni sevəndə yaxşıdır, ünsiyyət quranda pis?".

Bahalı paltarlar alması haqda suala isə Gülay belə cavab verib:

"Məndə belə bir şey yoxdur ki, hər ay bunu alım. Könlümə nəsə düşərsə alaram. Qarderobumda elə geyim var ki, qiyməti 12, 15 manatdır. Xoşladığım hər şeyi ala bilirəm. İnsanın tərbiyəsi, əxlaqı onun açıq geyinməsi ilə ölçülməz. Ürəyimdən keçən geyimi geyinirəm. Oturub dəbi izləmirəm. Nəinki biz, dünya ulduzları da bir-birindən götürür. Bir tanınmış markanın çantasını mən də daşıyıram, dünya ulduzu Cennifer Lopez də. Bunu niyə söz edib, çıxartmırlar ortalığa? Bu həyat gör-götür dünyasıdır".

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər