kadir-inanir.jpg


 Türkiyənin məşhur aktyoru Kadir İnanır reanimasiyada ayılan kimi Afrin əməliyyatları haqda soruşub.

Araz.az xəbər verir ki, bu barədə onun yaxın qohumu Levend İnanır danışıb. O bildirib ki, aktyor gözünü açar-açmaz Afrindəki əsgərlərlə maraqlanıb:

“Yanına getdim, oyanan kimi “Afrində şəhid varmı?” deyə sual verdi. Hazırda danışa bilirik, söhbət edirik. Allah onu sevənlərinə bağışladı. Əgər bir saat geciksəydik, Dəniz Baykal kimi ola bilərdi”. Kult.az