Emin aAzərbaycanın xalq artisti Emin Ağalarov ata olacaq.

Rusiya mətbuatının verdiyi xəbərə görə, müğənninin həyat yoldaşı, model Alyona Qavrilova hamilədir.

News24.az xatırladır ki, onların toyu 2018-ci ilin iyun ayında baş tutmuşdu. Emin Ağalarovun birinci həyat yoldaşı Leyla Əliyeva ilə evliliyindən iki əkiz oğlu var.

Onlar Əminə adlı bir qızı da övladlığa götürüblər.