“Belə də zülm olar? Konsert keçirəcəyim haqda xəbəri eşidər-eşitməz, yenə köhnə üsullara əl atıb, hücuma keçiblər”.
Bu sözləri xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazıb.

Müğənni bildirib ki, konsert üçün dövriyyəyə saxta dəvətnamə buraxıblar:
“İşimə pəl vurmaqdan ötrü bilmirlər daha nələr etsinlər. Bir həftədir ki, dövriyyəyə su qiymətinə saxta dəvətnamə atıblar - susuram. İndi də başlayıblar şayiə buraxmağa ki, guya konsertdə fonoqramla oxuyacağam.
Gözünüz nə vaxt doyacaq? Dil-ağzınız nə vaxt yalandan usanacaq? Adam deyillər e, səy yığınıdır! Camaatı gic yerinə qoymusuz? Kiriyin də”.
“Qafqazinfo”