“Dedilər ki, hər şey danışılıb, toyumuzu siz idarə edin” - Faiq Ağayev

faiqagayev67“Son 20 gün ərzində üç toydan imtina etmişəm”.

Pravda.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev deyib.
O, bildirib ki, toya dəvət edilsə də, qoyulan qaydalara əməl edir: “Dedilər ki, “hər şey danışılıb, tapşırılıb narahat olmayın, ancaq gəlin, toyumuzu siz idarə edin”. Mən belə şeylər edə bilmərəm, o səbəbdən də imtina elədim”.
Qeyd edək ki, koronavirus pandemiyasına görə, Nazirlər Kabineti ölkədə xüsusi karantin rejimi tətbiq edib. Qaydalara görə, toy, nişan və yas mərasimləri, 5 nəfərdən artıq insanın bir yerə toplaşması, kütləvi tədbirlərin keçirilməsi qadağandır.news24.az

Əlaqəli xəbərlər