İnanırın ayılan kimi verdiyi ilk sual...

kadir-inanir.jpg


 Türkiyənin məşhur aktyoru Kadir İnanır reanimasiyada ayılan kimi Afrin əməliyyatları haqda soruşub.

Araz.az xəbər verir ki, bu barədə onun yaxın qohumu Levend İnanır danışıb. O bildirib ki, aktyor gözünü açar-açmaz Afrindəki əsgərlərlə maraqlanıb:

“Yanına getdim, oyanan kimi “Afrində şəhid varmı?” deyə sual verdi. Hazırda danışa bilirik, söhbət edirik. Allah onu sevənlərinə bağışladı. Əgər bir saat geciksəydik, Dəniz Baykal kimi ola bilərdi”. Kult.az

Azərbaycanda model olmaq istəyən oğlanlar qızlardan çoxdur (FOTOLAR)

1519153756_modeller_200218__1.jpg


"Billionaire Lounge" klubunda "Miss & Mister Grand Azerbaijan" gözəllik müsabiqəsinin kastinqi keçirilib.

Araz.az Trend-ə istinadən xəbər verir ki, seçmə turunda 16-27 yaş arasında model görünüşlü oğlanlar və qızlar iştirak ediblər. Qızlar üçün əsas tələb boyun 1 metr 70 sm-dən, oğlanlar üçün isə 1 metr 80 sm-dən hündür olması olub.

Kastinqdə 100-dən artıq namizəd iştirak edib. Müsabiqədə iştirak etmək istəyən oğlanların sayı qızlardan çox olub.

Xatırladaq ki, müsabiqədə yalnız daha öncə heç bir titul qazanmamış yeni başlayan modellər iştirak edə bilərlər.

Müsabiqə öz fəaliyyətində yeni imkanlar, möhtəşəm performans, mövcud potensialın inkişafı və şaxələndirilməsi, milli və mənəvi dəyərlərimiz və ən əsası beynəlxalq standartlar çərçivəsində öz fəaliyyətini təmin edəcək. "Miss & Mister Grand Azerbaijan" altı ay müddətində fəaliyyət göstərəcək və bu fəaliyyət müddəti rəsmi açılış, dəb həftələri və nümayişlər, yarım final, maarifləndirici seminarlar, əyləncəli turlar, reklam və praktik çəkilişlərdən və ən əsası Final mərhələsindən ibarət olacaq.

BAKU.WS


 





Mustafa Sandal 10 il birgə yaşadığı həyat yoldaşından boşanır (VİDEO)

1518689989_mustafasandal-1.jpg


Türkiyənin pop ulduzu Mustafa Sandal iki həftə sonra rəsmi şəkildə arvadı ilə boşanacaq.
 
Araz.az xəbər verir ki, bu haqqında “Duymayan Kalmasın” maqazin proqramında məlumat yayılıb.
 
Sözügedən verilişin aparıcısı Seren Serengil müğənni ilə telefonla danışdığını, boşanmağı barədə yayılan xəbərləri təsdiq etdiyini söyləyib:
“Onunla dünən danışmışıq. Eminaya sevgi və hörmətindən bəhs etdi. Amma münasibətlərində çatların əmələ gəldiyini, iki həftə sonra boşanacağını dedi”. 
 
Nəzərinizə çatdıraq ki, Mustafa və Emina ilə 2008-ci ildə evlənib. Cütlüyün 2 uşağı var.
BAKU.WS

Afaq Aslandan Eceyə sərt cavab-FOTO

1518254126_ddf.jpg


Açıq-saçıq klipləri və cəsarətli açıqlamaları ilə seçilən Afaq Aslan türkiyəli müğənni Ece Seçkinin onu məhkəməyə verməsi xəbərinə münasibət bildirib. 


Araz.az xəbər verir ki, Aslan bu xəbərə özünəməxsus şəkildə şərh verib:"Artıq bir neçə gündür ki, bizim və Türkiyə mətbuatında "Afaq Aslan Ece Seçkinin mahnısını oğurladı" adı altında xəbərlər dərc olunur. Bunun üçün mənə Türkiyədən zənglər və müraciətlər olundu. Heç kəsə cavab vermədim. İlk və son dəfə bu mövzu barədə danışıram. İlk öncə qeyd edim ki, mən bu xəbərə qədər Ece Seçkin adında bir müğənni tanımırdım. Yəni barəsində heç bir məlumatım yox idi. Xəbərlər saytlarda dərc olunandan sonra onun "Follow me" mahnısını dinlədim. Və qulaq asandan sonra gördüm ki, mahnının nəqarət hissəsi oxşardı. Dünya musiqilərinə nəzər salsaq, hamsısında başqa bir musiqinin oxşarlığını müşahidə etmək olar. Mahnıların nəqarət hissəsinin oxşaması mənim günahım deyil. Mən bu mahnını pul verib bəstəkardan almışam. Ona görə də türkiyəli müğənninin mənim adımı oğurluqda hallandırması düzgün deyil. Məni məhkəməyə verir, versin. Biz də öz hüquqlarımızı, qanunlarımızı bilirik".

 Nəzərinizə çatdıraq ki,türk ifaçısı Ecə Seçkin bir neçə gün öncə Türkiyə mətbuatına açıqlamasında bildirib ki, Afaq Aslan onun "Follow me" mahnısını sözlərini dəyişərək onu mənimsəyib və o buna görə də məhkəmə qarşısında cavab verəcək. Lent.az

5a2a55e642a74_1512722903_7d941dc855319d13e17d5f7f8826df84.jpg

fenomen.az_-26.jpg

photo_1473.jpg

1512722914_891d8f52e893bb0f34c7a65f7980963c.jpg

5a2a55e63b81a_1512722879_de6a7f544a3777058afa97b7cc9a049d.jpg

26392-resized.jpg

3 -dən səhifə 10

Əlaqəli xəbərlər