Mustafa Sandal 10 il birgə yaşadığı həyat yoldaşından boşanır (VİDEO)

1518689989_mustafasandal-1.jpg


Türkiyənin pop ulduzu Mustafa Sandal iki həftə sonra rəsmi şəkildə arvadı ilə boşanacaq.
 
Araz.az xəbər verir ki, bu haqqında “Duymayan Kalmasın” maqazin proqramında məlumat yayılıb.
 
Sözügedən verilişin aparıcısı Seren Serengil müğənni ilə telefonla danışdığını, boşanmağı barədə yayılan xəbərləri təsdiq etdiyini söyləyib:
“Onunla dünən danışmışıq. Eminaya sevgi və hörmətindən bəhs etdi. Amma münasibətlərində çatların əmələ gəldiyini, iki həftə sonra boşanacağını dedi”. 
 
Nəzərinizə çatdıraq ki, Mustafa və Emina ilə 2008-ci ildə evlənib. Cütlüyün 2 uşağı var.
BAKU.WS

Afaq Aslandan Eceyə sərt cavab-FOTO

1518254126_ddf.jpg


Açıq-saçıq klipləri və cəsarətli açıqlamaları ilə seçilən Afaq Aslan türkiyəli müğənni Ece Seçkinin onu məhkəməyə verməsi xəbərinə münasibət bildirib. 


Araz.az xəbər verir ki, Aslan bu xəbərə özünəməxsus şəkildə şərh verib:"Artıq bir neçə gündür ki, bizim və Türkiyə mətbuatında "Afaq Aslan Ece Seçkinin mahnısını oğurladı" adı altında xəbərlər dərc olunur. Bunun üçün mənə Türkiyədən zənglər və müraciətlər olundu. Heç kəsə cavab vermədim. İlk və son dəfə bu mövzu barədə danışıram. İlk öncə qeyd edim ki, mən bu xəbərə qədər Ece Seçkin adında bir müğənni tanımırdım. Yəni barəsində heç bir məlumatım yox idi. Xəbərlər saytlarda dərc olunandan sonra onun "Follow me" mahnısını dinlədim. Və qulaq asandan sonra gördüm ki, mahnının nəqarət hissəsi oxşardı. Dünya musiqilərinə nəzər salsaq, hamsısında başqa bir musiqinin oxşarlığını müşahidə etmək olar. Mahnıların nəqarət hissəsinin oxşaması mənim günahım deyil. Mən bu mahnını pul verib bəstəkardan almışam. Ona görə də türkiyəli müğənninin mənim adımı oğurluqda hallandırması düzgün deyil. Məni məhkəməyə verir, versin. Biz də öz hüquqlarımızı, qanunlarımızı bilirik".

 Nəzərinizə çatdıraq ki,türk ifaçısı Ecə Seçkin bir neçə gün öncə Türkiyə mətbuatına açıqlamasında bildirib ki, Afaq Aslan onun "Follow me" mahnısını sözlərini dəyişərək onu mənimsəyib və o buna görə də məhkəmə qarşısında cavab verəcək. Lent.az

5a2a55e642a74_1512722903_7d941dc855319d13e17d5f7f8826df84.jpg

fenomen.az_-26.jpg

photo_1473.jpg

1512722914_891d8f52e893bb0f34c7a65f7980963c.jpg

5a2a55e63b81a_1512722879_de6a7f544a3777058afa97b7cc9a049d.jpg

26392-resized.jpg

Tünzalə Ağayeva eşq yaşayır? - FOTO

 

1473406911_0001.jpg

Əməkdar artist Tünzalə Ağayeva sevgilisi kimdir ?
Araz.az-ın məlumatına görə, bu barədə müğənni Natavan Həbibi ATV maqazin 10larla verilişində danışıb.

Natavan, Ağayevanın eşgə düşdüyünü söyləyib: “Son zamanlar görürük ki, Tünzalə hit arxasıyla hit çıxarır, çalışır. Bu həvəs onda haradandır ? Son vaxtlar ondan başqa şeylər hiss edirəm. İnstagramda statuslar filan... Deyəsən havada eşq qoxusu var”.

Nəzərinizə çatdıraq ki, əməkdar artist Tünzalə Ağayeva “Simurq”t telekompaniyasının Türkel TV-nin eks rəhbəri Rəhman Əliyevlə ailəli olub. Bu nigahdan cütlüyün Fidan adlı qız övladları var.BAKU.WS

 1517831644_tun.png

Bülənd Ersoy sərvətini hara bağışladığını AÇIQLAYIB

31072.jpg

Təxminən 10 gün əvvəl səhnə aldığı məkanda pisləşib xəstəxanaya aparılan Bülənd Ersoy xəstəxanadan çıxıb. 

Araz.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, axşam saatlarında xəstəxanadan çıxan Ersoy, maşınına mindikdən sonra jurnalistlərlə söhbət edib. 

O, sərvətini isə Əsgər Fonduna bağışladığını açıqlayıb.PRESSDAY.az

Şakira 18+ klip çəkdiridi (VİDEO)

1331587390_4jpg-135158927.jpg

40 yaşlı Şakira 23 yaşlı kolumbiyalı ifaçı Maluma ilə yeni klipini təqdim edib. 

Araz.az-ın məlumatına görə, artistlər birgə klipdə çəkiliblər. İfaçıların klipi təsirli alınıb.

 Videorolik ağ qara tonda çəkilib. Şakira və Maluma videoda suda və dumanının içində çəkilib.
 Klipə “Youtube” video portalında qısa müddət ərzində 5 milyondan çox baxış yığıb.
 

BAKU.WS

Məşhurların toy macəraları: "Cavanşir gəlin imiş" (VİDEO)

1515426156_1.jpg

ARB Ulduz-un “Virtual həyat” proqramında bu dəfə məşhurların başlarına gələn ən maraqlı hadisələrdən söz açılıb.


Araz.az-ın məlumatına görə, yaşam tərzlərini toylara həsr edən məşhurlar qatıldıqları məclislərdə ara-sıra qəribə və maraqlı hadisələrlə rastlaşırlar. Müğənnilərdən bir qismi həmin hadisələri, xatılamasa da və ya xatırlamaq istəməsə də, digər qismi olayları yadda saxladıqları kimi danışıb:

Rahidə Baxışova: “Deməli, bir dəfə məni toya çağırıblar. Dedilər kişi məclisidir. Getdim. Böyük bir zal idi. Bəylə gəlini də görmək mümkün deyildi. Deyirəm ki, mən bəylə gəlini ürəkdən təbrik edirəm, xoşbəxt olasız, oğullu-qızlı olasız. Gəlib mənə deyirlər ki, böyük toy deyil ey, kiçik toydur. Dedim vay, biabır oldum”.

 Müğənnilərin bir qismi isə qatıldıqları məclisdə onları təqdim edən zaman yaşanan yanlış anlamanı və düşdükləri gülməli durumu dilə gətiriblər:
 Niyam Salami: “Masabəyi səhv salıb. Onun qulağına deyiblər ki, Niyaməddin müəllim gəlib. Bir də gördüm ki, məni şadlıq sarayında elə tərifləyir ki. Təqdimatdan bildim ki, mən deyiləm. Məni Niyaməddin Musayev zənn etdilər, əl çaldılar. Çıxdım səhnəyə, gördüm ki, camaat gülür”.
 Emil Bədəlov: “Toya yarım saatlıq dəvət olunduğum zaman qulağıma deyiblər ki, Cavanşiri təbrik et. Mən də elə bildim ki, Cavanşir bəydir. Cavanşir bəy, Cavanşir bəy, deyə tez-tez adını çəkirəm. Gördüm ki, məclisdəkilərin mənə qarşı reaksiyası pisdir. Sən demə, Cavanşir gəlin imiş”.
 Digər müğənnilərin toylarla bağlı başlarına gələn maraqlı hadisələri bu bazar saat 13-də “Şou məkan” verilişində öyrənə bilərsiz.
  

"Yataq səhnələrində həyəcanlı idim" - Azərbaycanlı müğənni danışdı (VIDEO)

 

1516615683_gggg.jpg

Müğənni Nurlana Kərimli ilk klipini təqdim edib.

Araz.az axşam.az-a istinadən xəbər verir ki, “Yoxsan yanımda” adlanan mahnıya çəkilən ekran işi Lənkəranda lentə alınıb. Mahnının sözləri Xanım İsmayılqızına, musiqisi isə Faiq Sücəddinova məxsusdur. Klipin rejissorluğu Nail Naiboğluna həvalə edilib.
Nurlana klipindən danışıb və sənətə ilk addımlarını peşəkarlarla atdığını söyləyib:

 “Sona kimi də işimə peşəkarlarla davam edəcəyəm. Tez-tez klip çəkdirib kənara atmağı sevmirəm. Bu klipin bəhrəsini görəndən sonra yenisini çəkdirəcəm. Klipdə stilim üzərində Anar Məmmədov çalışıb. Yataq səhnələrini çəkəndə çox həyəcanlı idim”.
 Ekran işini lentə alan Nail isə “Çəkilişimiz “Luxe Lankaran Hotel”də aparılıb. Nurlana yataq səhnələrində əvvəlcə çox həyəcanlı idi, amma nəticə yaxşı alındı. Əsas o həyəcan idi. Çəkilişimiz 12 saat davam etdi” deyib.
 

4 -dən səhifə 10

Əlaqəli xəbərlər