Faiq Ağayev Xalq artistinin qızına elçi göndərib

faiqagayev67

Xalq artisti Flora Kərimova həmkarı Faiq Ağayevin onun qızına elçi gəlməsindən danışıb.

araz.az xəbər verir ki, müğənniyə bununla bağlı məşhur stilist Anar Ağakişiyev "Dəyişən cavab” proqramında sual ünvanlayıb.
İfaçı "Anası çox istəyirdi bu münasibət alınsın. Həmin vaxt əlaqələrimiz çox yaxşı idi. Ona oğul deyirdim. Hər adamla münasibətim olanda qapımı döysələr uşaq verərəm?” cavabını verib.\pravda.az/

İbrahim Tatlısesə bahalı avtomobil hədiyyə edildi - FOTOLAR

thumb600x0

Müğənni İbrahim Tatlısesə bahalı maşın hədiyyə edilib.

 araz.az Türkiyə KİV-nə istinadən bildirir ki, ifaçının aparıcısı olduğu “İbo Show” verilişinin reytinqi yüksəldiyi üçün kanal rəhbərliyi onu mükafatlandırıb.

Bu məqsədlə İbrahimə qırmızı rəngli son model cip hədiyyə edilib. Yeni maşının yanında foto çəkdirib paylaşan Tatlıses, qırmızı rəngin ona uğur gətirdiyini bildirib.\azsiyasət.com/

Müğənnidən karantin rejiminə etiraz: "Belə davam etsə, acından öləcəyik"

gunay ibrahimlijpg 1610028206

Tanınmış müğənni Günay İbrahimli də karantindən gileylənən məşhurlar sırasına qoşulub.

ARB telekanalında yayımlanan “Xəbər Ətər” verilişinin qonağı olan ifaçı işsizlikdən şikayət edib.

Maddi sıxıntı yaşayan Günay ailəsinin köməkliyi ilə dolandığığını açıqlayıb:

"Ölkədə karantin rejimi tədbiq ediləndən uzun müddət küçəyə çıxmadım. Belə davam etsə, acından öləcəyik. Heç bir gəlirim yoxdur, ailəmin əlinə baxıram. Evdəkilər çalışır, onlar da mənə maddi kömək edirlər"/Yenisabah.

Damla gizlin ərə getdi — FOTO

93305779 13531378.pngMüğənni Damla ikinci dəfə ailə həyatı qurub.

Baxar.az xəbər verir ki, sənətçi prodüseri Şamillə nikaha daxil olub. Onlar bir neçə gün öncə evlənib. Daha sonra cütlük İstanbula bal ayına yollanıblar.

İfaçı və Şamilin sosial mediada eyni gün etdikləri paylaşım da diqqət çəkib. Həyat yoldaşı ilə fotosunu paylaşan Damla şəkilə "dəyərli insan" rəyini yazıb, Şamil isə fotonu şərhsiz buraxıb.

Müğənni İstanbuldan etdiyi başqa bir paylaşımına isə "Dünya boyda hüzur" sözləri ilə şərh verib.

Qeyd edək ki, Şamillə Damla bir neçə ay öncə toy fotosessiyası etdirməklə gündəmə gəlmişdi.
Onu da bildirək ki, müğənninin öncəki nikahından bir oğlu var. /MediaPost

araz.az

Murad Dadaşov daha bir məşhuru Xəzər TV-yə gətirdi – FOTO

 

murad dadashovRəqqasə-aktrisa Oksana Rəsulova Xəzər televiziyasında aparıcılıq edəcək.

araz.az xəbər verir ki, bu haqda Teleqraf.com-a Oksana Rəsulovanın özü məlumat verib:

“Xəzər televiziyasında aparıcılıq edəcəyəm. Veriliş analar və uşaqlar haqqında olacaq. Hələlik ümumi formatı bilmirəm. Hazırda veriliş hazırlanır və yeni mövsümdə efirə gedəcək. Bu haqda geniş açıqlama verə bilmərəm. Gərək Xəzər televiziyasından icazə alım. Bir şeyi deyə bilərəm, aparıcı kimi fəaliyyətə başlayıram”.

Qeyd edək ki, Xəzər televizyasının rəhbəri Murad Dadaşovdur.

Murad Dadaşov daha bir məşhuru Xəzər TV-yə gətirdi - Foto

“Dedilər ki, hər şey danışılıb, toyumuzu siz idarə edin” - Faiq Ağayev

faiqagayev67“Son 20 gün ərzində üç toydan imtina etmişəm”.

Pravda.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev deyib.
O, bildirib ki, toya dəvət edilsə də, qoyulan qaydalara əməl edir: “Dedilər ki, “hər şey danışılıb, tapşırılıb narahat olmayın, ancaq gəlin, toyumuzu siz idarə edin”. Mən belə şeylər edə bilmərəm, o səbəbdən də imtina elədim”.
Qeyd edək ki, koronavirus pandemiyasına görə, Nazirlər Kabineti ölkədə xüsusi karantin rejimi tətbiq edib. Qaydalara görə, toy, nişan və yas mərasimləri, 5 nəfərdən artıq insanın bir yerə toplaşması, kütləvi tədbirlərin keçirilməsi qadağandır.news24.az

6 -dən səhifə 16

Əlaqəli xəbərlər