Əməkdar artist Tünzalə Ağayeva sevgilisi kimdir ? Araz.az-ın məlumatına görə, bu barədə müğənni Natavan Həbibi ATV maqazin 10larla verilişində danışıb.
Natavan, Ağayevanın eşgə düşdüyünü söyləyib: “Son zamanlar görürük ki, Tünzalə hit arxasıyla hit çıxarır, çalışır. Bu həvəs onda haradandır ? Son vaxtlar ondan başqa şeylər hiss edirəm. İnstagramda statuslar filan... Deyəsən havada eşq qoxusu var”.
Nəzərinizə çatdıraq ki, əməkdar artist Tünzalə Ağayeva “Simurq”t telekompaniyasının Türkel TV-nin eks rəhbəri Rəhman Əliyevlə ailəli olub. Bu nigahdan cütlüyün Fidan adlı qız övladları var.BAKU.WS
Təxminən 10 gün əvvəl səhnə aldığı məkanda pisləşib xəstəxanaya aparılan Bülənd Ersoy xəstəxanadan çıxıb.
Araz.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, axşam saatlarında xəstəxanadan çıxan Ersoy, maşınına mindikdən sonra jurnalistlərlə söhbət edib.
O, sərvətini isə Əsgər Fonduna bağışladığını açıqlayıb.PRESSDAY.az
ARB Ulduz-un “Virtual həyat” proqramında bu dəfə məşhurların başlarına gələn ən maraqlı hadisələrdən söz açılıb.
Araz.az-ın məlumatına görə, yaşam tərzlərini toylara həsr edən məşhurlar qatıldıqları məclislərdə ara-sıra qəribə və maraqlı hadisələrlə rastlaşırlar. Müğənnilərdən bir qismi həmin hadisələri, xatılamasa da və ya xatırlamaq istəməsə də, digər qismi olayları yadda saxladıqları kimi danışıb:
Rahidə Baxışova: “Deməli, bir dəfə məni toya çağırıblar. Dedilər kişi məclisidir. Getdim. Böyük bir zal idi. Bəylə gəlini də görmək mümkün deyildi. Deyirəm ki, mən bəylə gəlini ürəkdən təbrik edirəm, xoşbəxt olasız, oğullu-qızlı olasız. Gəlib mənə deyirlər ki, böyük toy deyil ey, kiçik toydur. Dedim vay, biabır oldum”.
Müğənnilərin bir qismi isə qatıldıqları məclisdə onları təqdim edən zaman yaşanan yanlış anlamanı və düşdükləri gülməli durumu dilə gətiriblər:
Niyam Salami: “Masabəyi səhv salıb. Onun qulağına deyiblər ki, Niyaməddin müəllim gəlib. Bir də gördüm ki, məni şadlıq sarayında elə tərifləyir ki. Təqdimatdan bildim ki, mən deyiləm. Məni Niyaməddin Musayev zənn etdilər, əl çaldılar. Çıxdım səhnəyə, gördüm ki, camaat gülür”.
Emil Bədəlov: “Toya yarım saatlıq dəvət olunduğum zaman qulağıma deyiblər ki, Cavanşiri təbrik et. Mən də elə bildim ki, Cavanşir bəydir. Cavanşir bəy, Cavanşir bəy, deyə tez-tez adını çəkirəm. Gördüm ki, məclisdəkilərin mənə qarşı reaksiyası pisdir. Sən demə, Cavanşir gəlin imiş”.
Digər müğənnilərin toylarla bağlı başlarına gələn maraqlı hadisələri bu bazar saat 13-də “Şou məkan” verilişində öyrənə bilərsiz.
Araz.az axşam.az-a istinadən xəbər verir ki, “Yoxsan yanımda” adlanan mahnıya çəkilən ekran işi Lənkəranda lentə alınıb. Mahnının sözləri Xanım İsmayılqızına, musiqisi isə Faiq Sücəddinova məxsusdur. Klipin rejissorluğu Nail Naiboğluna həvalə edilib. Nurlana klipindən danışıb və sənətə ilk addımlarını peşəkarlarla atdığını söyləyib:
“Sona kimi də işimə peşəkarlarla davam edəcəyəm. Tez-tez klip çəkdirib kənara atmağı sevmirəm. Bu klipin bəhrəsini görəndən sonra yenisini çəkdirəcəm. Klipdə stilim üzərində Anar Məmmədov çalışıb. Yataq səhnələrini çəkəndə çox həyəcanlı idim”.
Ekran işini lentə alan Nail isə “Çəkilişimiz “Luxe Lankaran Hotel”də aparılıb. Nurlana yataq səhnələrində əvvəlcə çox həyəcanlı idi, amma nəticə yaxşı alındı. Əsas o həyəcan idi. Çəkilişimiz 12 saat davam etdi” deyib.
Araz.az xəbər verir ki, bu barədə Naz öz rəsmi səhifəsində bu barədə paylaşım edib.
Qeyd edək ki, Türkiyədə yayımlanan evlilik verlişində iştirak edən azərbaycanlı, əslən Naxçıvandan olan 25 yaşlı Naz bir dəfə evli olub və bu evlilikdən 8 yaşında Mila adlı qızı var.
Onun keçmiş həyat yoldaşı barəsində açıqlama verməkdən yayınır. Səbəb olaraq isə, həmin insana böyük hörməti olduğunu göstərib.
Xatırladaq ki, Naz adı ilə məşhuraşan gəlin namizədin əsl adı isə Müşkinazdır.