ABŞ-da gərginlik böyüyür: Trampın tərəfdarları Konqres binasına daxil olmaq istədi - VİDEO

0213efc5 1e55 3c1e 9b23 3cb3effeea5a 850jpg 1609963323ABŞ Prezidenti Donald Trampın tərəfdarları Capitoliya binasına girməyə çalışıblar.

Bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, Konqres binası qarşısında Trampın tərəfdarları ilə polis arasında qarşıdurma baş verib. Kütlə Konqres binasına girməyə cəhd edib.

Konqresmen Riçi Torres açıqlamasında bildirib ki, ona və həmkarlarına Konqres binasının bir hissəsi olan Kannondan ayrılmaqları istənilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresində seçkilərin nəticələrinin təsdiqlənməsinə dair etirazlarla bağlı müzakirələr aparılıb. Bir qrup senator Arizona çtatında seçici səsinin təsdiqlənməsinə etiraz edib. Bundan sonra, Konqresin ümumi iclasına rəhbərlik edən vitse-prezident Mayk Pens iclasın qapalı olduğunu, palatalarında etirazları ayrı-ayrılıqda müzakirə edəcəyini və müvafiq səsvermə keçirəcəyini bildirmişdi/APA.

***

ABŞ-ın paytaxtı Vaşinqtonun meri şəhərdə komendant saatı elan edib.

Məlumata görə, komendant saatı yerli vaxtla saat 18:00-dan elan edilib.

Məhdudiyyətlər ABŞ prezidenti Donald Trampın tərəfdarlarının paytaxtdakı kütləvi etirazları, o cümlədən Konqresin binasına daxil olmaları ilə bağlıdır/Report.

Əlaqəli xəbərlər