Beynəlxalq və ölkədaxili uçuşlara bu şərtlərlə icazə veriləcək

AZAL

Beynəlxalq və ölkədaxili uçuşlara hansı şərtlərlə icazə verildiyi açıqlanıb. 

araz.az  modern.az-a istinadən xəbər verir ki, bu barədə qərar Operativ Qərargahın məlumatında yer alıb.

Bildirilib ki, 2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də, Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında icazə verilir. 

Əlaqəli xəbərlər