Rusiyada gərginlik artacaq: Navalnı bəhanədir

rusya

Rusiyada nümayişlər Navalnıya görə başlasa da, bu etirazların əsas məqsədi Rusiyada böyük dəyişiklik tələbidir.

araz.az  xəbər verir ki, bu açıqlama ilə türkiyəli siyasi ekspert Saleh Yılmaz çıxış edib.

Ekspert vurğulayıb ki, ölkədə geniş yayılan pandemiya səbəbindən çətinliklər çoxalıb:

“Ölkədə inflyasiya qısa müddətdə artdı. Ərzaq məhsullarının qiyməti bahalaşdı. Dövlətin bu istiqamətdə təsiri azdır, xalqın buna etirazı var. Rusiya polisi əvvəlki etiraz aksiyalarında belə şiddətə yol vermirdi. Lakin izdiham artdıqca polis daha sərt tədbirlər görməyə başladı. Rusiya dəyişiklik istəyir. Qarşıdakı günlərdə etiraz dalğası artacaq və gərginlik yüksələcək”.   /Axar.az/

Əlaqəli xəbərlər