“Mercedes-Benz” çinlilərlə müştərək yeni elektrikli avtomobil istehsalına hazırlaşır

smart 768x480

Bu ilin payızında Münhendəki avtosalonda (sərgidə) “Mercedes-Benz”“Geely” ilk birgə layihələrini təqdim edəcəklər. Bu, yeni model “Smart” və tamamilə elektrikli krossover olacaq.

Layihə şirkətlər tərəfindən bərabər payda maliyyələşdirilir və əsasən alman mühəndisləri tərəfindən işlənilir. Çinlilər isə istehsala cavabdeh olacaqlar. Birgə müəssisə Sianda qurulacaq.

Yeni model haqqında məlumat məhduddur. Avtomobilin adı da məlum deyil. Hələlik HX11 indeksi ilə qeydiyyatı aparılır.

Britaniya nəşri “Autocar” “Smart”-tın qlobal satışlar üzrə vitse-prezidenti Deniel Leskovun “Linkedin” səhifəsində yazdıqlarına istinadən xəbər verir ki, yeni krossover beşqapılı, yığcam ölçülərinə rəğmən geniş salonlu olacaq.

Modelin kütləvi istehsalına 2022-ci ildə başlanılacaq.

Digər mənbələrin iddiasına görə, maşın həqiqətən də “Mini Countryman”la müqayisə ediləcək qədər kompaktdır: uzunluğu 4 metrə yaxındır. Bununla belə, yeni model “Smart” seriyasının hamısından böyükdür.

Avtomobilin 268 at gücündə elektrik mühərriki arxa ox üzərində qurulacaq və (elektriklə) bir doldurmada (NEDC siklində) 500 kilometr məsafə qət edə biləcək.

Qeyd edək ki, son illər avtomobil konsernləri elektromobillərə xüsusi diqqət ayırmağa başlayıblar. “Volvo” bu seqmentdə yeni model hazırlayır. “Genesis” kross-kupe GV60 modelinin sınaqlarını aparır. “Hyundai Ioniq 5” bəzi bazarlarda satısa çıxarılmaqdad

Əlaqəli xəbərlər