Türkiyə yaxınlığında qorxunc gəlişmə

5943e23cc3618841778b458c

Suriyanın Türkiyə ilə sərhədində yerləşən Tərhin bölgəsinə gecə saatlarında ballistik raketlərlə zərbələr endirilib.

araz.az  Teleqraf.com – a istinadən xəbər verir ki, hücumun baş verdiyi bölgədə neft müəssisələri yerləşir.

Hücum nəticəsində tankerlərin partlaması bölgədə yanğına səbəb olub.

Hücumda 3 nəfər ölüb, 28 nəfər yaralanıb.

Ballistik raketlərin kim tərəfindən atıldığı hələlik məlum deyil.

Qeyd edək ki, Tərhin fevralın 9-da da hücuma məruz qalıb, nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Əlaqəli xəbərlər