“ÜST-ün fəaliyyəti barədə tənqidlər əsaslıdır”

UST6

"COVID-19 vaksinərinin istehsalı və paylanması ilə bağlı vəziyyət həddən artıq siyasiləşdirilib. Artıq heç kimdə şübhə doğurmur ki, bəzi ölkələr eqoist siyasət yürüdərək çoxlu sayda vaksin əldə edir, bəzi ölkələrə isə preparat çatmır".

araz.az  xəbər verir ki, bunu politoloq, "Cənubi Qafqaz" politoloqlar kubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, bu fakt hiddət doğurur: "Özü də ötən il Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilib və bu sessiyada vaksinlərin ədalətli paylanması məsələsi müzakirə olunub. Ölkələr inkişaf etməkdə olan dövlətlərə kömək etmək üçün öhdəlik götürüb, amma bu öhdəliklər icra olunmur. Elə ölkələr var ki, ümumiyyətlə vaksin əldə etməyib" 

Politoloqun sözlərinə görə, digər tərəfdən, aparıcı ölkələr öz ərazilərində istehsal olunan vaksinlərin digər dövlətlərə tədarük olunmayacağını açıq-aşkar elan edir:

"Xüsusilə, ABŞ Avropaya vaksin göndərməkdn imtina edib. Böyük Britaniya Avropa İttifaqına bir dənə də vaksin tədarük etməyib, amma Aİ ölkələrindən Böyük Britaniyaya əhəmiyyətli sayda "AstraZeneca" vaksini göndərilib. Bu da onu göstərir ki, aparıcı dövlətlər vaksinlərin ədalətli paylanması məsələsinə gəldikdə kifayət qədər ziddiyyətli siyasət yürüdür. COVAX bu siyasətin girovuna çevrilib və bu gün bu struktur özünün səmərəsizliyini, əsas məsələləri həll etmək bacarıqsızlığını nümayiş etdirir. Bu onu göstərir ki, ÜST-ün fəaliyyəti barədə tənqidlər əsaslıdır"

O əlavə edib ki, hazırkı vəziyyətdə ikili standartlarla analogiya ağla gəlir:

"Adətən biz deyirdik ki, ikili standartlar siyasi fəaliyyətə tətbiq olunur və qəbuledilməzdir. Amma indiki halda ikili standartlar humanitar siyasət və humanitar dəyərlərlə münasibətdə tətbiq olunur".\trend/

Əlaqəli xəbərlər